Azərbaycan sərhədlərində dəhşətli müharibə ssenariləri: Rusiya, yoxsa NATO?
Döyüş hazırlığının qəfil yoxlanılmasından sonra Cənub hərbi dairəsi sentyabrın 5-də irimiqyaslı strateji komanda-qərargah təlimlərinə başladı.
Sentyabrın 10-una kimi davam edəcək “Qafqaz-2016” adlanan hərbi təlimlərdə Rusiya ordusunun 12,5 min hərbi qulluqçusu, aviasiya qüvvələri, müxtəlif hərbi texnikası və gəmiləri iştirak edir. Təlimlər Cənub hərbi dairəsinin poliqonlarında, Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçirilir. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması və Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə ordunun döyüş hazırlığı yoxlanılacaq.
“Qafqaz-2016” təlimlərini şərh edən ekspertlər bu fikirdədir ki, Rusiya müharibəyə hazırlaşır. Onlar hətta, Rusiyanın bir neçə istiqamətdə müharibəyə hazırlıq gördüyünü iddia edirlər.
“InfoResist”lə danışan hərbi ekspert Svyatoslav Stesenkonun fikrincə, Rusiyanın bir neçə cəbhədə genişmiqyaslı müharibə üçün gücləri çatmayacaq.
“Sözsüz ki, Moskva Ukraynaya qarşı böyük müharibəyə hazırlaşır. Bir neçə ölkəyə qarşı vuruşmaq artıq Rusiyanın gücü çatan iş deyil. Bunun üçün nə hərbi-texniki, nə də iqtisadi hazırlıq var”, - Stesenko deyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının başçısının sabiq müavini, general-leytenant İqor Romanenko hesab edir ki, təlimlərin keçirilməsində bir neçə səbəb var.
“Xatırladım ki, avqustun 25-dən 31-dək Cənub hərbi dairəsində döyüş hazırlığının qəfil yoxlanılması keçirildi. Bunun hesabına rusiyalılar qruplaşmanın şəxsi heyətini yüz minə çatdırdılar. Bu, sözügedən istiqamətdə qoşunlarımızın sayını üç dəfə ötür. Bundan əvvəl analoji yoxlama 2014-cü ilin fevralında keçirildi. Ondan sonra Krım zəbt edildi”, - Romanenko qeyd edib.
Daha əvvəl general-leytenan “Obozrevatel” nəşrinə bildirib ki, Rusiyanın Ukraynaya mümkün genişmiqyaslı müdaxiləsini göstərəcək ən azı üç fakt var.
Generalın sözlərinə görə, bu faktlardan biri ondan ibarətdir ki, Rusiya ordusu “qəfil yoxlama”nın gedişatında tam döyüş hazırlığı vəziyyətinə gətirilib: “Əgər Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayı yüz minə çatdırılarsa, bu, faktiki olaraq Kremlin böyük müdaxilə üçün hazırlığını bildirəcək. Böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı “kiçik qalib müharibə”nin cəhdlərini gözləmək olar”.
İqor Romanenkonun fikrincə, ikinci fakt ondan ibarətdir ki, təlimlər deyil, məhz yoxlamalardan söhbət gedir: “Bu isə rusiyalılara hərbi müşahidəçiləri cəlb etməməyə imkan verir”.
“Və nəhayət, hərbi qulluqçuların sayının məhdud olduğu indiki halda rusiyalılar yoxlamanın gedişatında əlavə olaraq otuz mindən çox şəxsi heyəti cəlb etdilər. Bu, təlim deyil, yoxlamadır”, - general üçüncü faktı göstərib.
Romanenko xatırladıb ki, Rusiya belə bir ssenarini 2014-cü ilin fevralında reallaşdırıb: “Bu, Ukrayna üçün uyğun olan qruplaşmanın yaradılması, bu qruplaşmanın tətbiqi və Krımın zəbt edilməsilə bitdi. 1968-ci ildə Çexoslovakiyada sovet qoşunlarının tətbiqi də həmçinin “yoxlama”dan başlandı. Yaranmış vəziyyət kifayət qədər təhlükəlidir”.
General vurğulayıb ki, Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün Rusiyaya ən azı 100 min hərbi qulluqçu lazım olacaq. General Kremlin Qərbi və Mərkəzi hərbi dairələr, o cümlədən hava-kosmik və hava desant güclərinin hesabına lazım olan gücü formalaşdıracağını istisna etmir: “Əgər, belə bir qruplaşma yaradılarsa, o halda danışmaq mümkün olacaq ki, rusiyalılar genişmiqyaslı müharibənin başlanmasına hazırdır”.
Hərbi-hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musienkonun sözlərinə görə, Krımın hərbiləşdirməsi və Qara dəniz ərazidə Rusiya sürətlə silahlanması bir neçə amillə bağlıdır.
“Hər şeydən əvvəl, Rusiya Qara dəniz regionunda nəzarəti təmin etməyə çalışır. Xüsusilə bu, ondan sonra daha aşkar oldu, NATO
Rumıniyada hava hücumundan müdafiə sistemləri yerləşdirdi. Rusiyanın son hərbi manevrlərinə əsasən nəticə çıxartmaq olar ki, Rusiya qərbi və cənubunun möhkəmləndirir. Belə hərəkətlər göstərir ki, Rusiya öz ordusunu yalnız Ukrayna ilə deyil, həm də NATO ölkələri ilə mümkün genişmmiqyaslı münaqişəyə hazırlayır. Demək olmaz ki, münaqişə bu il olacaq, amma gərginlik və təhlükə artır", - o, vurğulayıb.(publika.az)
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı