Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Siyaset
Oxunub: 1 119
1 sen 2016 | 08:23
Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR







Prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Qaynarinfo.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin “Şahdəniz-2” üzrə vitse-prezidenti Yuan Dramond “Şahdəniz” layihəsi ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, indiyədək layihənin icrası dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Hazırda mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin 77 faizi tamamlanıb. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

Sonra İlham Əliyev “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basıb.

Bu dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Blok 12 hasilat, 3 ixrac dikborusundan və bir idxal dikborusundan ibarətdir. Dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılacaq. Blok “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumları tərəfindən inşa edilib. Tikinti işləri iki il davam edib. Bu dayaq bloku Xəzərdə ən çox dikboru sayına malikdir. Blokun konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi və payalarla quraşdırılması işləri diqqətlə planlaşdırılıb. Bu işlərin təxminən 40 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Dayaq blokunun tikintisi cədvələ uyğun tamamlanıb və 2016-cı il iyulun 29-da dənizə yola salınmaq üçün uğurla Bakı dərin özüllər zavodunun yanalma körpüsündəki daşıma barjına yüklənib. Blok zavod ərazisində yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə, bütövlüklə ölkə daxilində inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, 5 mindən çox işçi cəlb edilib. Tikintiyə cəlb olunmuş işçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.

Onu da deyək ki, ilk dəfə olaraq “Şahdəniz-2” platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və “Amec-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində həyata keçirilib. Xəzərdə ən böyük dayaq bloklarından biri olan “Şahdəniz-2” dayaq blokları yerli şirkət olan “BOS Shelf”in üzv olduğu konsorsium tərəfindən Bakı dərin özüllər zavodunda inşa edilir. “Şahdəniz-2” və “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi” layihələrinin əsas töhfələrindən biri tikinti fazası ərzində minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq insan cəlb edilib və onların 80 faizdən çoxu Azərbaycan vətəndaşı olub.

Sonra İlham Əliyev kollektiv ilə görüşüb.


Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Prezident "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə salınması mərasimində - FOTOLAR
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR