Bu gün Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq - Almaniyada
Siyaset
Oxunub: 920
1 sen 2016 | 05:17
Bu gün Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq - Almaniyada








Bu gün Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Sammitdə əsas müzakirə mövzularının təhlükəsizlik məsələləri, o cümlədən silahlanma üzərində nəzarət və terrorçuluqla mübarizə, ATƏT-in XİN rəhbərlərinin 2016-cı ilin dekabrında Hamburqda keçiriləcək görüşünə hazırlıq, həmçinin Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağı gözlənilir.

Nazirlərin qeyri-rəsmi görüşünün keçirilməsi təşəbbüsü ilə hazırda ATƏT-ə sədrlik edən Almaniya çıxış edib. Bu tədbir ənənəvi deyil, adətən nazirlər ildə bir dəfə – dekabrda bir araya gəlirlər. Əvvəl belə qeyri-rəsmi görüş 2010-cu ildə - Qazaxıstanın quruma sədrliyi dövründə keçirilib.

Görüş nazirlər səviyyəsində nəzərdə tutulsa da, Rusiya nazir müavini Aleksey Meşkov, ABŞ dövlət katibinin müavini Entoni Blinken ilə təmsil olunacaq. Almaniya sədrliyi iştirakçıların tam siyahısını təqdim etməyib. Lakin müvafiq ölkələrin xarici siyasət idarələrinin məlumatına əsasən, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, həmçinin Ukraynanın XİN başçısı Pavel Klimkinin görüşdə iştirakı gözlənilir.

Danışıqlar Bakı vaxtı ilə 14:30-da başlanacaq və Potsdamın "Dorint" otelində keçiriləcək. Görüşün yekununda Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer mətbuat konfransı keçirəcək. Həmçinin sammit iştirakçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.(report)
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest