"Türkiyə Suriyada geniş miqyaslı əməliyyatlar aparmayacaq" -Müsahibə
Siyaset
Oxunub: 1 004
25 avq 2016 | 14:35
"Türkiyə Suriyada geniş miqyaslı əməliyyatlar aparmayacaq" -Müsahibə








“Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu Qaynarinfo.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Ərəstun bəy, necə düşünürsünüz Türkiyə Suriyadakı əməliyyatlarda ciddi uğur qazana biləcəkmi?
- Məncə, bu çox da geniş miqyaslı bir əməliyyat olmayacaq. Türkiyənin qarşısında konkret vəzifələr dayanır: öz sərhəddini təhklükəsizləşdirmək. Görünür bu məqsədlə də müəyyən strateji əhəmiyyətli nöqtələri, xüsusilə də Türkiyə sərhəddinə yaxın bölgələrdə, nəzarətə götürmək istəyir. Burda məqsəd Suriya ərazisinə nüfuz eləmək deyil. Söhbət bütün Suriya ərazisindəki terrorçu dəstələri zərəsizləşdirməkdən deyil, Türkiyəyə lazım olan strateji əhəmiyyətli nöqtələri İŞİD-dən təmizləməkdən gedir. Türkiyə onları neytrallaşdırmaqla öz ərazisinin təhlükəsizliyini təmin etmək məqsədi güdür.

- Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Rusiyadan üzr istəmək kimi şərh olunan məktubu yazanda “turizm sahəsindəki gəlirə görə buna dəyməzdi” deyə Türkiyə prezidentini tənqid edənlər olmuşdu. Amma belə görünür ki, Türkiyə Rusiyadan daha əhəmiyyətli güzəştlər qopara bilib. Məsələn, Rusiya Türkiyənin Suriyaya ordu yeritməsinə seyrçi qaldı...

- Düşünmürəm ki, Rusiya Suriyada söz sahibidir və Türkiyəyə icazə verəcək qədər güclüdür. Rusiyanın özünü Suriyadan qovdular, çıxdı getdi. Nəzərə alaq ki, Türkiyə Suriyaya antiterror koalisiyası dəstələrinin havadan dəstəyi ilə daxil olub. Sadəcə olaraq ola bilər ki, Türkiyə Rusiyanı fakt qarşısında qoyub, Rusiya bu günkü münasibətlərin müsbət inkişafını nəzərə alaraq susub.

- Suriyada vəziyyət sabitləşməyənə qədər Türkiyə sərhədləri təhdid altında olacağı deyilir. Ümumiyyətlə, Suriyada vəziyyət nə vaxt sabitləşə bilər?

- Bu, çox çətin sualdır. Suriyada bu gün düzən elə pozulub ki, orda hansısa bir gücün, bir qüvvənin vəziyyəti tənzimləyəcəyini təsəvvür eləmirəm. Koalisiyon hökumət qurulması nəzəri cəhətdən mümkündür, burda da Əsəd hökumətinin iştirakı məsələsi mübahisə doğurur. Yəni Suriya prosesi hələ çox çəkəcək. Belə görünür ki, yaxın zamanlarda onun çözülməsi gözlənilmir. Suriyada vəziyyət yalnız İraq ssenarisi üzrə normallaşdırıla bilər. Məsələn, ABŞ-dakı prezident seçkilərindən sonra qərar verilə bilər ki, Suriyaya NATO qüvvələri yeridilir və ölkə bütövlükdə nəzarətə götürülür. Yalnız bu halda mümkündür. Belə olmadığı təqdirdə heç bir danışıq, heç bir lokal döyüşlər-filanlar məsələni çözməyəcək.

- Son zamanlar Türkiyə Rusiya münasibətlərində bir istilik yaranıb. Sizcə bu uzun müddətli olacaq, yoxsa yenidən gərginlik yaranacaq?

- Fikrimcə bu, uzun çəkməyəcək. Türkiyə ciddi seçim qarşısında qoyulacaq. Ya Rusiya ilə tərəfdaşlıq, ya NATO ilə. Türkiyə də məcbur olacaq ikincini seçsin. İstəyir Ərdoğan olsun hakimiyyətdə, istəyir başqa birisi. Çünki Türkiyənin qərbə, NATO-ya strateji bağlılığı var.
- Türkiyə höküməti Fətullah Güləninin ABş-dan ekstradisiyasın tələb edir. Bu mümkün ola bilərmi?

- Fətullah Gülənin Türkiyəyə ekstradisiyası olacağını düşünmürəm. Bu, olmayacaq.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı