“Putinin Qarabağ planı reallaşsa..." - Metyu Brayza
Siyaset
Oxunub: 994
20 avq 2016 | 13:58
“Putinin Qarabağ planı reallaşsa..." - Metyu Brayza








“Dağlıq Qarabağ konflikti də daxil, SSRİ məkanında qızışdırılan etnik münaqişələr Sovet İttifaqının zəifləməsi və ardınca dağılmasını istəyən qüvvələrin qələbəsi idi”.

Musavat.com-un məlumatına görə, bu sitat ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın ABŞ-ın “Atlantik Council” beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş məqaləsindəndir.

Məqaləni ilk növbədə Vaşinqtonun Dağlıq Qarabağ məsələsinə daha çox diqqət və güc ayırmasına çağırış kimi qiymətləndirmək lazım gəlir. Diplomata görə, yalnız bu halda Kremlin Qarabağa məsələsində dominantlığını əngəlləmək mümkündür. Onun fikrincə, əgər prezident Vladimir Putinin planı həyata keçsə, Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas təhlükəsi altına düşəcək.

“ABŞ üçün bu təkliflər (Putinin təşəbbüsündən söhbət gedir-red.) gerçəkdən də gözlənilməzdir və onlara qarşı hansısa kontur-tədbirlər qoyulmalıdır” – Brayza bildirib.

Müəllif daha sonra yazır: “Putinin bu yaxınlardakı təkliflərinin əsasında 2007-ci ildə Minsk Qrupunun təklif elədiyi və “Madrid prinsipləri” kimi tanınan təkliflər dayanır. Bu sənəd siyasi nizamlama üçün aşağıdakı paket elementləri nəzərdə tutur:

- Ermənistan Dağlıq Qarabağ ətrafında işğal elədiyi bütün 7 rayonu qaytarır;

- Dağlıq Qarabağ “aralıq hüquqi status” qazanır;

- Yekun hüquqi status Dağlıq Qarabağ əhalisinin səsverməsi yolu ilə müəyyən olunur, səsvermənin tarixi sonra müəyyən ediləcək;

- Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi yaradılır;

- Beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyu kəndlərin təhlükəsizliyini təmin edir;

- Azərbaycan Ermənistanla nəqliyyat əlaqələrinə tətbiq elədiyi bürün məhdudiyyətləri götürür.

Bu prinsiplər bir neçə il aparılan danışıqlar nəticəsində Azərbaycan və Ermənistanın prezidentləri və xarici işlər nazirləri tərəfindən qəbul edilib – hərçənd, bu sistem heç vaxt rəsmən razılaşdırıəlmayıb. 2009-cu ilin yanvarında Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyan optimistcəsinə bəyan elədilər ki, yekun etibarilə bu prinsiplər qəbul ediləcək. Ancaq həmin ilin sonunda Serj Sətkisyan öz mövqeyini dəyişdi və Azərbaycana yeddi yox, beş rayonun qaytarılmasının mümkün olduğunu bildirdi. Yeddi rayon əvəzinə beş rayonun qaytarılması məsələsi indiyə qədər də danışıqlarda irəliləyiş yolunda əsas maneə olaraq qalır”.

Brayza ardınca yazır: “İyunun 20-də Putin Sankt-Peterburqda öz azərbaycanlı və erməni həmkarları ilə görüşdə bu dalandan çıxmağın yolunu tapdı. Görünür o, irəliyə doğru tədricən hərəkət eləməyi təklif edib – Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır. Madrid prinsiplərinin bürün digər aspektləri, o sırada yerdə qalan beş rayon məsələsi sonrakı danışıqların predmeti olacaq. Həm Əliyev, həm də Sərksiyan Putinin 20 iyun təklifini alqışlayıb – baxmayaraq ki, formal şəkildə onu qəbul də etməyiblər.

Məsələ ondadır ki, hansısa kompromis qərarın rəsmən qəbul olunması siyasi və təhlükəsizlik sferasında risklər vəd edir: ehtimal ki, bu səbəbdən iyulun 17-də bir qrup erməni radikal milliyyətçisi, o cümlədən Qarabağ müharibəsinin veteranları bir polis əməkdaşını öldürüb, bir neçəsini də girov götürməklə İrəvanda polis binasını tutmuşdular”.

Diplomata görə, Azərbaycanda da Qarabağ məsələsində sərt xətt müşahidə edilir. “Məsələn, vaxtilə mən Ermənistanla kompromisli anlaşmanın təbliğinə görə bir neçə azərbaycanlı deputatın tənqidinə məruz qalmışdım” – Brayza deyib.

“Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin beşiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistandakı və Azərbaycandakı ictimai fikrə zaman lazımdır ki, bunu - Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin... Vaşinqtona isə səslənən təkliflərə diqqət kəsilməsi lazım. Putinin təklifləri halında ABŞ imkandan yararlanmalı və Minsk Qrupunun fəaliyyətini ən yüksək siyasi səviyyədə canlandırmalıdır” – məqalənin sonunda Brayza vurğulayır.
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"