İlham Əliyev və Türkiyə mediyası
Siyaset
Oxunub: 2 340
27 in 2016 | 01:00
İlham Əliyev və Türkiyə mediyası











Əliyevdən Qarabağla bağlı önəmli açıqlama: "Müstəqillik heç zaman verilməyəcək" - Türkiyə mediası prezidentin 26 iyun çıxışından yazdı

Türkiyə mətbuatı Azərbaycan prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin qurulmasının 98-ci ildönümü ilə bağlı çıxışına yer verib


Avropa.info xəbər verir ki, qardaş ölkənin nüfuzlu "Timeturk" saytı Azərbaycan prezidentinin çıxışını dərc edib. Həmin yazını təqdim edirik:

Azərbaycan prezidenti İlham Əliyev, Silahlı Qüvvələrinin 98-ci quruluş ildönümündə, zabitlər üçün inşa olunan mənzillərin açılışında iştirak edib.

Azərbaycan əsgərlərinin böyük peşəkarlığa malik olduğunu vurğulayan Əliyev, təmas xəttində son aylarda baş verənlərin bunu bir daha təsdiq etdiyini deyib.

"Azərbaycan ordusu güclü ordular arasındadır. Vətənpərvərlik yüksək səviyyədədir. Aprel ayında baş verən qarşıdurmalar bütün dünyaya Azərbaycanla hesablaşmaq lazım olduğunu isbat etdi. Ordunun döyüş qabiliyyəti daim inkişaf etdirilməlidir" deyə Əliyev qeyd edib.

Aprel ayında Ermənistan təxribata əl atdığını, Azərbaycan mövqeləri və dinc yaşayış məntəqələrinə atəş açıldığını bildirən Əliyev belə deyib:

"Altı mülki vətəndaşımız həyatını itirdi. Əsgərlərimiz şəhid oldu. Azərbaycan ordusu da düşmənə lazımi cavab verdi. Aprel münaqişələri bizim böyük hərbi qələbəmiz kimi tarixdə keçdi. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqların bir hissəsini işğaldan xilas etdi. Bu hadisələrin həm Ermənistana, həm də məsələ ilə məşğul olan qurumlara ciddi mesaj olacağına əminəm. Ermənistan bu prosesi sonsuz bir proses kimi görmək istəyir. Mövcud vəziyyəti qorumaq istəyirlər. Beynəlxalq vasitəçilərin təzyiqləri artanda da müxtəlif təxribatlar aparırlar."

DAĞLIQ QARABAĞA HEÇ VAXT MÜSTƏQİLLİK VERİLMƏYƏCƏK

Aprel hadisələrindən sonra Ermənistan rəhbərliyinin danışıqların davam etdirilməsi üçün bir neçə şərt irəli sürdüyünü bildirən Əliyev, bunları qeyd edib:

"Bu şərtlərin heç biri qəbul edilmədi, çünki kimsə bizə şərt qoya bilməz. Ermənistan tərəfi danışıqların dayandırılması və dondurulması vəziyyətində onları nələrin gözlədiyini çox yaxşı bilir. Vyanada keçirilən görüşdə Ermənistanın şərtləri qəbul edilmədi. Daha sonra, Sankt-Peterburqda keçirilən görüşü müsbət qiymətləndiririk. Orada ATƏT-in müşahidəçi sayının artırılmasını da danışdıq. Doğrudur, bəyanatda sayı bildirilmir, amma bu gün o ofisdə çalışan müşahidəçi sayı ən çox 2 və ya bir az daha çox artırıla bilər . Böyük bir müşahidəçi missiyası söz mövzusu deyil. Ermənilərin şərt qoşduqları münaqişələrin araşdırılması mexanizminə indiki halda lazım olmadığını düşünürəm. Birincisi, heç kim bu mexanizmin nəyə səbəb olacağı haqda dəqiq məlumat vermir.

İkincisi, bu münaqişənin dondurulması üçün edilirsə, Azərbaycan bunu qəbul etməyəcək. Bu, müzakirə prosesində müsbət irəliləyiş baş verəndə, torpaqlarımızın nə vaxt işğaldan azad ediləcəyini biləndə ola bilər . Müzakirələri məsələnin mahiyyəti üzərində aparmalıyıq. Ermənistanın işğalçı siyasətinə son verilməlidir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Dağlıq Qarabağın statusu sonrakı mövzudur. Müəyyən muxtariyyət statusu ola bilər, amma bu status ölkəmizin ərazi bütövlüyünü şübhə altına ala bilməz"
deyə Əliyev qeyd edib.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı