Prezidentimizdən üst-üstə yeni qərar
Siyaset
Oxunub: 1 680
24 in 2016 | 09:10
Prezidentimizdən üst-üstə yeni qərar











Prezident İlham Əliyev 6 sərəncam və 6 fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəfər Məmməd oğlu Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilsin”.

***

Prezident İlham Əliyev Niyazi Hüseynqulu oğlu Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev Əlövsət Qəzənfər oğlu Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev Əli Yusif oğlu Qaraxanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə Əli Yusif oğlu Qaraxanov “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Abbasov Səxavət Abbas oğlu

İsmayılov Əli İsmayıl oğlu

Nəbiyev Bağban Qoca oğlu”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 981; 2010, №7, maddə 610, №8, maddə 720; 2012, №2, maddə 79; 2014, № 2, maddə 123; 2015, № 9, maddə 1002) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “3.7.5-ci” sözləri “3.7.6-cı” sözləri ilə əvəz edilsin.

2. 3.5-ci bəndə “barədə” sözündən sonra “, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı” sözləri əlavə edilsin.

3. 3.7.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.7.6-cı yarımbənd əlavə edilsin:

“3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə).”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.13-1-ci və 11.23-1-ci bəndlər əlavə edilsin:

“11.13-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;

11.23-1. aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;”.

***

Prezident İlham Əliyev “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №9, maddə 864) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə”nin 6.6-cı bəndində “terror aksiyasının” sözləri “terror aktının” sözləri ilə, 14-cü hissəsində isə “Terror aksiyasının” sözləri “Terror aktının” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Hidayət oğlu Allahverdiyevin iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

Elbəy Hidayət oğlu Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin”.

Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;

Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında;

“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman;/Axar.az/
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu