PREZİDENTİMİZ qalib gəldi
Rus şərhçi: “Əliyev Peterburqda qalib gəldi”
Prezident İlham Əliyev Sankt-Peterburqda onu anlatdı ki, danışıqlar prosesini əsas tutaraq, münaqişənin daha 20 il davam etməsinə göz yummayacaq. O, Vladimir Putinlə görüşdə də birbaşa bildirdi ki, Bakı status-kvonu qəbul etmir və ərazilər geri qaytarılmalıdır.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Sergey Strokan deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev prosesi ölü nöqtədən tərpətməyə qətiyyət göstərsə də, onun erməni kolleqası növbəti dəfə monitorinq mexanizminin təkmilləşdirilməsi və təmas xəttində hadisələrin araşdırılmasına ehtiyac haqda danışdı: “Yəni Sərkisyan bütün vasitələrlə status-kvonu saxlanmağa çalışır”.
Ekspert əlavə edib ki, Rusiya tərəfləri barışdırmaq üçün uzun illər boyunca fəaliyyət göstərib.
“2011-ci ildə Dmitri Medvedyev prezidentləri Kazanda görüşdürdü. Hətta tərəflər münaqişəni həll etməyə yaxın idilər. Lakin bu baş tutmadı. O vaxtdan 5 il keçib. Bu illər ərzində nələr dəyişib? Bakı və İrəvanda liderlər həmin liderlərdir. Dəyişən odur ki, indi prosesi Medvedyev yox, Putin aparır. Bu, əlbəttə, əhəmiyyətlidir, lakin yeganə fərq deyil. İkinci fərq odur ki, bu regionda sabitliyin saxlanılması əvvəlki kimi mümkün deyil. Vəziyyət nəzarətdən çıxır, idarə olunmaz hal alır və böyük müharibə ilə hədələyir. Nəhayət, ən vacib məqam Bakıda ciddi dəyişikliklərin nəzərə çarpmasıdır. İrəvanda çox hiss olunmasa da, son beş ildə Azərbaycan siyasi, hərbi, diplomatik arsenalını xeyli gücləndirib. Prezident İlham Əliyev bu gün postsovet məkanında dünya siyasətçiləri ilə ən fəal ünsiyyət saxlayan liderdir. Hətta, erməni diasporunun güclü olduğu paytaxtlarda belə onu arqumentlərini dinləyirlər və bu arqumentlər həm Vaşinqtonda, həm də Berlində qəbul edilir, dəstək qazanır”, - o bildirib.
Ekspert bildirib ki, Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan Ordusunun təmas xəttinə yaxın bölgədə təlimlərə başlaması da diqqət çəkir.
Onun sözlərinə görə, Sankt-Peterburq görüşündə böyük sıçrayış olmasa da, bu görüşü mənasız da adlandırmaq doğru deyil: “Əslində bu görüşdən sonra yeni vəziyyət yaranacaq. Qərb faktiki olaraq bu prosesdə Moskvanın aparıcı rolunu qəbul edir. Moskva nəticədə İrəvanı güzəştə məcbur edəcək, başqa yol yoxdur”.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı