Prezidentimiz sərt cavab verdi
.jpg)
Prezident Sarkisyana konkret Qarabağ mesajı verdi
Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqi zamanı səsləndirib.
Dövlət başcısı vurgulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur:
Yəni, bu, bizim ümummilli məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm, çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın. Azərbaycan ərazisinin bir hissəsi uzun illərdir ki, işğal altındadır, torpaqlarımız zəbt edilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır: "Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər, onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır. Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq. Həmişə bunun tərəfdarı olmuşuq."
Dövlət başçısı qeyd edib ki, ancaq bununla bərabər, heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi.
Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər.
Daha sonra Azərbaycan Prezidenti gələn həftə Rusiyada, Sankt-Peterburq şəhərində görüş keçiriləcəyini bildirib: "Bizim ümidlərimiz var ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər və tapmalıdır. Buna nail olmaq üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var. Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir".
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı