Azərbaycan Rusiyayla razılığa gəldi
Peterburq danışıqları ərəfəsində informasiya müharibəsi şiddətlənir; Rusiyadan işğalçıya görüşqabağı iki bəd sürpriz; erməni politoloq: “İrəvan özünün bütün şərtlərindən imtina edib...”
Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq elədiyi ölkələrdən biri və birincisi, məlum olduğu kimi, Rusiyadır. Bu əməkdaşlıq xüsusən də son illər xeyli dərəcədə genişlənib, Azərbaycan şimal qonşumuzun etibarlı silah alıcılarından birinə çevrilib.
O da faktdır ki, imzalanan müqavilələr, demək olar, problemsiz və vaxtında həyata keçməkdədir. Rusiya baş nazirinin müavini, bu ölkədəki hərbi-sənaye kompleksini kurasiya edən, Putinin yaxın adamı Dmitri Roqozinin az öncə qısa müddətdə Bakıya iki dəfə səfər eləməsi məhz buna hesablanmışdı.
Artıq Rusiya tərəfi müqavilə ilə Azərbaycana çatdırmalı olduğu “T 90C” tanklarının bütün partiyasını ölkəmizə təhvil verib. Belə bir açıqlamanı “Uralvaqonzavod” korparasiyasının baş direktoru Oleq Sienko bildirib. Bu ilin sonunadək Rusiyanın Azərbaycana “BMP-3" piyadalar üçün döyüş maşınlarının verilməsini yekunlaşdıracağı da gözlənilir.
Qeyd edək ki, Azərbaycan Rusiyadan böyük partiya silah və texnika alınması barədə hələ 2010-cu ildə müqavilə bağlanıb. Ekspertlər müqavilənin dəyərinin 1 milyard dollar həcmində olduğunu deyirlər.
***
Rusiyadan Azərbaycana bu kimi müasir ölüm saçan maşınların verilməsi haqda məlumatın məhz Azərbaycan və Ermənistan prezidentlərin Peterburq görüşünə (20 iyun) sayılı günlər qalmış açıqlanması diqqət çəkməyə bilmir. Məsələ ondadır ki, hazırda Ermənistanda ən güclü qıcıq doğuran mövzulardan biri elə Moskva ilə Bakı arasında davam edən silah ticarətidir. İstisna deyil ki, belə xəbərlərin dövriyyəyə buraxılmasının arxasında rəsmi Moskvanın ərköyün Ermənistana və onun toplumuna müəyyən formada gözdağı vermək istəyi də gizlənir.
Bu arada Ermənistanda üstəlik, prezidentlərin qarşıdakı görüşü ilə bağlı bədbin proqnozlar səslənməyə başlayıb. Məsələn, İrəvandakı Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru, tanınmış erməni politoloqu Manvel Sərkisyan hesab edir ki, Peterburq görüşü Ermənistana əslində zorla sırınıb. Onun sözlərinə görə, “birmənalı şəkildə demək olar ki, Rusiya və Azərbaycan Qarabağ məsələsində hansısa anlaşma əldə edib”.
“Faktiki şəkildə Qarabağa dair görüş formatı dəyişib, yenisi təklif olunub. Bu - faktdır. Bunu ATƏT-in bəyanatı da təsdiq edir ki, təşkilat Peterburq görüşünün təşkili ilə məşğul olmur, bu, Vyanadakı görüş formatı deyil. Artıq aydındır ki, mayın 16-da Vyanada aparılan danışıqların nəticələri reallığa çevrilməyib. Azərbaycanın belə bir istəyi yoxdur: Bakı həmişə olduğu kimi, istəyir ki, Rusiyanın əli ilə erməni respublikalarını (Ermənistanı və separatçı rejimi nəzərdə tutur - red.) neytrallaşdırsın” - politoloq qeyd edib.
Onun sözlərinə görə, Ermənistan parlamentinin vitse-spikeri Aduard Şarmazanov da də bəyan edib ki, Vyana öhdəlikləri yerinə yetirilmir, “ancaq nəticəsiz danışıqlar da heç olmayan danışırqlardan yaxşıdır”. “Yəni hazırda zorla sırınan bir situasiya yaranıb. Danışıqlar prosesinin formatı artıq pozulub. Danışıqların bərpası üçün İrəvan tələb irəli sürmüşdü ki, təmas xəttində insidentlərin araşdırılması mexanizmləri tətbiq edilsin. Əgər indilikdə bu yoxdursa və Ermənistan bununla belə, danışıqlara gedirsə, demək, bu bizə sırınmış bir görüşdür” - Sərkisyan bildirib.
“Aprel müharibəsindən sonra erməni tərəfi özünün bütün bəyanatlarından, addım və şərtlərindən imtina eləməklə qeyri-prinsipial mövqe göstərib” - erməni analitik sonda diqqətə çatdırıb.
***
Əlavə edək ki, bu ərəfədə qoşunların təmas xəttində yeni nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı Vyanada əldə edilən ilkin anlaşmanın həqiqətın fiasko olması haqda məlumatlar yayılıb. İş ondadır ki, işğalçı Ermənistanın təhlükəsizliyinə və işğalın qalmasına xidmət edən bu yeni, eyni zamanda baha başa gələcək mexanizm məsələsinə Azərbaycanla yanaşı, Rusiya da soyuq yanaşır. Səbəb belədir: əgər o halda Azərbaycanın öz ərazilərini güc yolu ilə azad eləmək imkanları məhdudlasacaqsa, Rusiya da narahatdır ki, həmin mexanizmləri tətbiq eləməklə Qərbin, ABŞ-ın Qarabağ konfliktinə nəzarət imkanları artacaq.
Bu mənada yeni mexanizm məsələsinin “sabotay edilməsini” prezidentlərin Peterburq görüşü ərəfəsində rəsmi Kremlin İrəvana daha bir anti-sürprizi saymaq mümkündür. Maraqlıdır, Rusiya Ermənistana gözdağımı verir?
Suala bitkin cavabı yəqin ki, iki gün sonra alacağıq.
Yada salaq ki, iyunun 20-də Peterburaqda prezident Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanla əvvəlcə ayrı-ayrılıqda görüşəcək. Sonra isə Qarabağa dair üçtərəfli görüş keçiriləcək.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı