İlham Əliyev: Yerevan müsəlman ölkələrinə düşmən gözü ilə baxır
“Ermənistan rəhbərliyi bu münaqişəyə dini don geyindirməyə çalışır”
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.
Dövlət başçısı görüşdə çıxış edib.
Müqəddəs Ramazan ayının başlaması münasibətilə görüş iştirakçılarını təbrik edən prezident İlham Əliyev Ramazan ayında belə görüşlərin gözəl ənənəyə çevrildiyini bildirib. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlət başçısı bunun dostluğumuzu və həmrəyliyimizi nümayiş etdirdiyini deyib.
Prezident İlham Əliyev bildirib ki, görüş iştirakçılarının təmsil etdiyi ölkələrin Azərbaycan ilə həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələri qurulub. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edən dövlət başçısı onu da vurğulayıb ki, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq var.
Prezident İlham Əliyev aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə bu həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdıraraq həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pislənildiyini qeyd edib.
“Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk” deyən dövlət başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb, onun fəsadları barədə danışıb, Ermənistanın bizə qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıtdığını söyləyib.
Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər.
“Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar, yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb” deyən prezident İlham Əliyev ölkəmizdə məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini, erməni kilsəsinin şəhərin mərkəzində toxunulmaz qaldığını və Azərbaycan dövlətinin bu kilsənin təmirinə vəsait ayırdığını da bildirib.
Ermənistan rəhbərliyinin bu ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü olduğunu vurğulayıb. Dövlət başçısı onu da deyib ki, bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü ilə baxdığını təsdiq edir.
Prezident İlham Əliyev həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də digər məsələlərlə bağlı bütün müsəlman aləminin birlik, həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən prezidentİlham Əliyev bu il ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun nəticələrini Azərbaycanın bu yolda böyük uğurlara imza atdığını sübut edən daha bir amil kimi dəyərləndirib.
Bakıda ötən il birinci Avropa Oyunlarının baş tutduğunu, gələn il isə İslam Həmrəylik Oyunlarının keçiriləcəyini deyən dövlət başçısı İslam Həmrəylik Oyunlarının tarixdə təkcə idman yarışı kimi qalmayacağına, bu Oyunların bütün dünyaya İslamın birliyə, sülhə, əmin-amanlığa çağırışını nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
Bu Oyunlardan bir il sonra Naxçıvanın İslam mədəniyyəti paytaxtı elan olunacağını, bir neçə il əvvəl Bakının bu şərəfli ada layiq görüldüyünü deyən prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri arasında birliyin gücləndirilməsi istiqamətində səyləri davam etdiriləcəyini vurğulayıb.
Görüşə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirən Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri adından Azərbaycan xalqına müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb, müstəqilliyimizin bərpa olunmasının qarşıdan gələn 25-ci ildönümü münasibətilə təbrik edib.
Səfir Azərbaycanın uğurlarından danışıb, bu uğurların müsəlman dünyasında yüksək dəyərləndirildiyini bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrin bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı