Təcili! Prezidentdən iki qərar
Siyaset
Oxunub: 3 745
2 in 2016 | 19:48
Təcili! Prezidentdən iki qərar











Vətənə xidməti başa vuranlar iyulun 1-dən ordudan tərxis olunmağa başlayacaqlar

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2016-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılır.

Təcili! Prezident Naxçıvanı paytaxt elan etdi

Prezident İlham Əliyev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin lazımi səviyyədə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Təşkilat Komitəsi sədrinin müavini

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri

Təşkilat Komitəsinin üzvləri

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Səyyad Salahlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Aynur Sofiyeva – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Urxan Ələkbərov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi

Əsgər İsmayılov – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi

Vüqar Babayev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı