Bu da cavab

İlham Əliyev geri çəkilə-çəkilə “atəş açır”: “Hədəfdə mənəm” deyən prezident nəyə işarə etdi?
Uzun müddətdir, Azərbaycanın geopolitik səmasında buludlar sıxlaşmaqdadır. Rəsmi təbliğat vasitələri və bəzi dövlət vəzifəliləri “günəşli hava” haqda pafoslu proqnozlar versə də, hər kəs gerçəyin fərqli olduğunu düşünürdü. Azərbaycan qarışıq bir siyasi proseslərə qədəm qoymaqdadır, sadəcə bunun rəsmi etirafı lazım idi. Bu etiraf isə ölkənin birinci şəxsindən gəldi.
28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə ölkə prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər sakit səmada ildırım kimi çaxdı.
Savash.org xatırladır ki, dövlət başçısı tədbirdə çıxışı zamanı müəyyən qüvvələrin hədəfində olduğunu açıqlayıb. Gəlin, həmin fikirlərə yenidən göz ataq: “Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”.
Etiraf edək ki, gözlənilməz bəyanatdı. Buna qədər də, dövlət başçısı müstəqil siyasət yürüdülməsindən, bunun kimlərinsə xoşuna gəlməməsindən bəhs etmişdi, amma “hədəf mənəm” sözü Azərbaycan prezidentinin leksikonunda yeni, həm də sərt ifadədir. İlham Əliyev ilk dəfədir ki, açıq şəkildə hədəfdə olduğunu dilə gətirir və konkret ad çəkməsə də onu hədəfə alanlara özünün vacib mesajını göndərir. Həmin mesaj təxminən bu mahiyyətdədir: “Təslim olmaq niyyətində deyiləm”.
Açıq şəkildə ifadə olunmasa da ittihamların Qərbə, onun siyasi təsisatlarına ünvanlandığı sirr deyil. Halbuki üzdən hər şey normal görünür: ölkə daxilində hakimiyyətə qarşı çıxa biləcək siyasi qüvvə qalmayıb, ilk baxışdan Qərblə Azərbaycan iqtidarının “bölünməyəsi malı” yoxdur. Amma indi aydın olur ki, bunlar aysberqin yalnız görünən tərəfidir, görünməyən tərəfdə isə nələrsə baş verir. Hər halda İlham Əliyevin məlum bəyanatı təsadüfi deyil və kifayət qədər informativ əsaslara söykənir.
Məsələnin maraqlı tərəfi isə dövlət başçısının sözügedən bəyanatının hər kəsin az qala “Qərblə Azərbaycan hakimiyyəti arasındakı buzlar əriyir” havasında olduğu bir vaxta təsadüf etməsi oldu.Gəlin son dövrün bəzi olaylarına diqqət edək:
ABŞ konqresinin Azərbaycana qarşı sanksiyaları müzakirəyə çıxarması və Avropa Şurası Parlament Assambleyasının məlum bəyanatı ilə gərginləşən münasibətlər prinsipcə tədrici normallığa qayıdır. Azərbaycan Prezidentinin ABŞ-a səfəri, Avropadan Bakıya gələn yüksək çinli diplomatlar və nəhayət son Qarabağ döyüşlərində ABŞ və Avropa dövlətlərinin birmənalı şəkildə Azərbaycanın öz torpaqlarını azad etmək hüququnu bəyan etməsi buzları xeyli əritmişdi. Bu arada rəsmi Bakının bir neçə siyasi məhbusu azad etməsi və bu siyahıda Qərbə yaxınlığı ilə seçilən Yunuslar ailəsinin olması da diqqətdən qaçmamalıdır. Digər bir tərəfdən üzərində dayandığımız bəyanatın səsələndirilməsindən saatlar öncə “Azadlıq” Radiosunun əməkdaşı, Qərbin çox az sayda məhbusa göstərdiyi ilgiyə layiq görülmüş Xədicə İsmayıl azadlığa buraxılmışdı. Gizlətməyə belə ehtiyac yoxdur ki, bu azadetmə Qərbin təzyiqləri sayəsində baş vermişdi. Bununla belə Azərbaycan hakimiyyəti dəfələrlə təzyiqlərə asan baş əyən tərəf olmadığını sərgiləyib. Bu baxımdan baş verənlərin yalnız təzyiq məhsulu olmadığı, ortada konkret anlaşmanın mövcudluğu fikri daha inandırıcı idi.
İlham Əliyevin yuxarıda bəhs etdiyimiz “hədəfdə mənəm” bəyanatı olmasaydı hər şeyin normallaşan xətt üzrə getdiyini düşünmək üçün kifayət qədər arqumentlər tapmaq olardı. Siyasi məhbus kimi tanınan şəxslərin bir-birinin ardınca azadlığa buraxılması isə istiləşən Qərb-Azərbaycan münasibətləri haqda moizələr üçün əla material rolunu oynaya bilərdi. Amma prezident Respublika Günündəki məşhur və şifrəli çıxışı ilə bu mövzuya nöqtə qoydu: Ziddiyyətlər nəinki yumşalmayıb, əksinə daha da dərinləşib. O ki qaldı, Qərbin tələbləri qarşısında Azərbaycanın müəyyən qədər geri çəkilməsinə (konkret halda Qərbin həbsdə görmək istəmədiyi şəxslərin azadlığa buraxılması-red) bu kimi hallar siyasətdə mütəmadi rastlanan olaylardır. Azərbaycan o ölkələrdəndir ki, böyük güclərin tələblərini sona qədər rədd edə bilməz. Amma unudulmamalıdır ki, Azərbaycan həm də o ölkələrdəndir ki, böyük gücləri özünün cəsarətli gedişləri ilə heyrətləndirə də bilir. İlham Əliyevin Azərbaycan dövlətinin yarandığı gündə həmin böyük güclərə “barmaq silkələməsi” də məhz həmin gözlənilməz cəsarətli gedişlərdən biri sayılmalıdır. Obrazlı ifadə etsək, Azərbaycanın dövlət başçısı geri çəkilə-çəkilə qarşı tərəfə “atəş açmağı” da unutmadı. Bu həm də Azərbaycan dövləti adından verilən mühüm mesaj idi: BİZ MÜƏYYƏN SƏBƏBLƏRƏ GÖRƏ GERİ ÇƏKİLƏ BİLƏRİK, TƏSLİM OLMAĞI İSƏ DÜŞÜNMÜRÜK...
Qərblə bu açıq qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağı haqda proqnozlar vermək isə o qədər də asan deyil.
Savash.org
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı