Ermənistan torpaqları boşaltmağa razılaşıb
Qabil Hüseynli: “Müqavilə haqqında deyilənlər ciddi təsir bağışlamır”
Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini nəzərdə tutan daha bir sənəd ortaya çıxıb. Həmin fakta görə, 1993-cü ilin sonlarında Füzuli rayonunun bir hissəsinin azad edilməsi ilə nəticələnən hərbi əməliyyatdan sonra Rusiyanın Müdafiə Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqlar keçirilib. Bununla bağlı yayılan videomaterialda Azərbaycan və Ermənistanın müdafiə nazirlərini, həmçinin Dağlıq Qarabağ separatçılarının rəhbərini Rusiyanın müdafə naziri Pavel Qraçovun tənbeh etdiyi göstərilir. Görüşdə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da iştirak edib.
Məlum olur ki, Horadiz əməliyyatından sonra 1994-cü il fevral ayının 18-də Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa razılıq verən sənədə imza atıb. Azərbaycan tərəfindən bu müqaviləni o vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədov imzalayıb. Lakin siyasi şəraitin qeyri-bərabər olması və ermənilərin psixoloji üstünlüyü bu sənədin icrasına mane olub. Ermənistan isə indiyə qədər Azərbaycan torpaqlarından çıxmaq barədə öhdəliyi yerinə yetirmir. Məmmədrəfi Məmmədov bildirir ki, 18 fevral razılaşmasının 3-cü bəndində yazılıb ki, 1994-cü il iyun ayının 1-ə qədər işğal olunmuş ərazilər boşaldılsın: “İndi deyirlər ki, orada qeyd olunmayıb hansı məsafəyə qədər boşaldılsın. Mən isə deyirəm ki, əgər onlar zəbt etdikləri Azərbaycan ərazilərini boşaltmaq istəyirlərsə, nə fərqi var məsafə nə qədər olsun”.
Bu fikirlə Rusiyanın müdafiə nazirinin də razılaşdığı nümayiş etdirilir.
Qeyd edilən videomaterial ciddi müzakirə predmetinə çevrilib. Əgər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını nəzərdə titan belə bir müqavilə varsa, nəyə görə indiyə qədər ictimaiyyətdən gizli qalıb? Yaxud rəsmi Bakı bu məsələni apardığı danışıqlarda qaldırmaqla Ermənistandan öz ordusunu Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmağı tələb edə bilərdi. Əgər belə bir razılaşma olmayıbsa, o halda müdafiə nazirləri hansı müqavilədən danışırlar? Maraqlıdır ki, indiyə qədər Azərbaycanın həm Müdafiə, həm də Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı susmağa üstünlük verib. Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Səməd Seyidovun bu məsələ ilə bağlı mövqeyi isə çox maraqlı olub. Millət vəkili ANS telekanalına açıqlamasında “Tarixlə məşğul olmamağı, hər şeyə real gözlə baxmağı” məsləhət görüb. Səməd müəllimin məntiqinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə keçmiş tarix kimi yanaşmalı, imtina etməlidir.
Həmin dövrdə xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri işləyən Qabil Hüseynli isə belə bir müqavilə barədə məlumatsız olduğunu dedi:
"Horadiz əməliyyatından sonra Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsi barədə razılığın əldə edilməsi və Pavel Qraçovun da Ermənistanı buna vadar etməsi barədə deyilənlər mənə xeyli qəribə gəlir. Hətta 1993-cü ildə Ermənistanın prezidenti Ter-Petrosyan Moskvada Rusiya prezidenti Boris Yeltsinə deyib ki, Dağlıq Qarabağda əməliyyatları həyata keçirmək üçün böyük güc tələb olunur. Buna baxmayaraq, Yeltsin deyib ki, indi də Türkiyə türklərinin dizini yerə gətirmək lazımdır. Horadiz əməliyyatında Azərbaycan xeyli irəliləyiş əldə etdi və erməni ordusunu geri püskürdə bildi, səhv etmirəmsə 28 kənd alındı. İşğal əməliyyatları yeni bitmişdi və ermənilər Dağlıq Qarabağın ətrafında bufer zona yarada bilmişdilər. Belə olan halda onların öz qoşunlarını tamamilə Azərbaycan ərazisindən çıxaracağına dair hər hansı bir sənədə imza atması inandırıcı görünmür. Onu da nəzərə almalıyıq ki, Pavel Qraçov Azərbaycan torpaqlarının, Şuşanın işğalında rolu olmuş bir adamdır. Onun erməniləri Azərbaycan torpaqlarını azad etməyə vadar etməsi nə dərəcədə inandırıcıdır? Məmmədrəfi Məmmədov da müdafiə naziri kimi müsbət xidmədləri ilə yadda qalmayıb. O, Azərbaycan ordusunu bərbad vəziyyətə salıb. Ona görə beləbir müqavilə haqqında deyilənləri ciddi təsir bağışlamır”.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı