QƏRAR VERİLİB!
Siyaset
Oxunub: 7 532
10 may 2016 | 14:07
QƏRAR VERİLİB!











Azərbaycan təcili müharibəyə başlayacaq

Azərbaycan təcili müharibəyə başlamalıdır Cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. Hətta bəzən Azərbaycan ordusunun cəbhədə irimiqyaslı hərbi əməliyyatlara keçəcəyi konkret tarix də açıqlanır


Bir müddət əvvələ qədər hücum tarixi kimi mayın 8-i Şuşanın işğal günü göstərilirdi. Yayılan bu tip məlumatları isə Müdafiə Nazirliyi təkzib etmir. Əksinə haqlı olaraq bəyan edir ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın suveren hüququdur.

Məsələn, məşhur britaniyalı jurnalist, analitik və Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal “Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində yazır ki, apreldə 4 günlük müharibə bir neçə nəsil idi ki, dondurulmuş vəziyyətdə qalan Qarabağ münaqişəsinin “buzunu əritdi”. Onun sözlərinə görə, atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da bu baş vermədi: “Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan Bosniya münaqişəsinin 2-3 addımlığındadır. Bu isə bütün region üçün zərərli ola bilər”.

T.Vaal qeyd edir ki, Qarabağ üzrə əldə olunan razılaşma bir neçə ildi ki, gərginlik altındadır. Hər iki tərəf qoşunların təmas xəttinə ağır texnikasını yeridib.

“Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. böyük ehtimalla Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi”, – Qarabağ üzrə mütəxəssis yazır.

Qarabağda gərginliyin yenidən artacağını qeyd edən T.Vaal məqaləsində bildirir ki, hər iki tərəfin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha dağıdıcı ola bilər.

Ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın yaxın zamanlarda Qarabağda irimiqyaslı hərbi əməliyyatlar reallaşdırması baş verəcək: “Sadəcə olaraq bunu yubadan bir sıra faktorlar var. Azərbaycan beynəlxalq qurumların Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atmasını gözləyir. Amma hələ ki, belə bir addım atılmır”.

Ü.Cəfərov hesab edir ki, Azərbaycan tez bir zamanda Qarabağda iri miqyaslı hərbi əməliyyatlara başlamalıdır. Çünki artıq Ermənistan aktiv şəkildə silahlanma kursu yürüdür: “Azərbaycan yaxın zamanlarda hərbi əməliyyatlara başlamalıdır. Bu ona görə edilməlidir ki, düşmən qüvvə toplamasın. Problem ondan ibarətdir ki, düşmən hazırda müttəfiqləri tərəfindən aktiv şəkildə silahlandırılır. Nə qədər ki, Qarabağ problemi həllini tapmayıb, Azərbaycan bu istiqamətdə qətiyyətli addımlar atmalıdır. Azərbaycan buna tam hazırdır. Yeganə qalan məsələ siyasilərin qərar verməsidir. Bu məsələdə canfəşanlıq göstərən Rusiya isə Qarabağ probleminin həllində maraqlı görünmür. Ona görə Azərbaycan daha qətiyyətli addımlar atmalıdır”. Politika.Az
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı