Məxfi Qarabağ planı: Putinin Bakı səfəri və...
Siyaset
Oxunub: 1 071
10 may 2016 | 10:36
Məxfi Qarabağ planı: Putinin Bakı səfəri və...









Qarabağ planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçiriləcək. Bu barədə axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlama verib.

Politoloqun sözlərinə görə, Rusiya prezidentinin səfəri ilə bağlı ortaya atılan məlumatlar ermənilərin Putinə son yalvarışlarının nəticəsidir: “Ermənilər Azərbaycan ordusunun məhz mayın 8-də Şuşa istiqamətində hücuma keçəcəyini nəinki gözləyirmiş, hətta Moskvanı da buna inandıra bilmişdilər. Rus hərbi kəşfiyyatı da müəyən məlumatlar toplamışdı ki, guya Azərbaycanın bütün silah növləri, hətta qırıcı təyyarələri də təmas xətti boyunca təlim uçuşları həyata keçirir və mayın ilk ongünlüyündə sözügedən hücum planı baş tuta bilər. Görünür, hər ehtimala qarşı Rusiyanın özü də bu məsələ haqqında dəqiq informasiya toplamadığından Putinin Bakıya gəlməsi xəbəri ilə hadisələri bir növ təxirə saldı. Putinin belə bir darmacalda, Qələbə bayramına hazırlaşdığı vaxtda Bakıya səfəri nəyisə həll edə bilməzdi. Bu dezinformasiya müəyyən mənada öz rolunu oynasa da, əslində, Azərbaycana Dağlıq Qarabağ üçün daha əlverişli şərait yaratdı. Qarabağ planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçirləcək”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətində diplomatik aktivlik müşahidə edilmədiyini deyən politoloq bu kontekstdə Medvedyevin Bakı görüşünə toxunub: "Rusiyanın baş naziri Bakıda olanda Azərbaycanın bölgədə sülhün yaradılması ilə bağlı konseptual planı ilə tanış oldu. Aprel gərginliyi də sübut etdi ki, Azərbaycanın bu planı sırf ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlikdir. Laçın və Kəlbəcərin qaytarılmasının ikinci mərhələyə saxlanılması məsələsi Bakı tərəfindən rədd edildikdən sonra Rusiya bunu Azərbaycan tərəfinin maksimal mövqelərdə dayanması kimi qiymətləndirdi. Ermənistan isə bundan istifadə edərək mülki əhalimizi yenidən atəşə tutdu. Bütün bunlar isə Azərbaycanın irimiqyaslı təlimlər keçirməsinə təkan verdi. Təlimlər artıq başa çatmaq üzrədir, döyüş vəziyyəti isə yüksək səviyyədədir. Nə Ermənistan, nə Rusiya, nə də üçüncü bir dövlət bölgədə ədalətli sülh yaratmağa hazırdır. Bu isə bölgədə sülhün yalnız hərbi yolla mümkünlüyü fikrini gücləndirir”.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı