Azay Quliyev: "Ermənistan - Azərbaycan münaqişəsinin həlli ilə bağlı hazırkı durğun vəziyyət regionda sülh və stabillik üçün təhlükəlidir"
"Ermənistan - Azərbaycan münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyət regionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bu münaqişənin həlli üçün irəliyə addım olar. Bu cür hərəkət həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh yaratma istiqamətində çox önəmli elementdir".APA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cenevrədə keçirilən payız sessiyasındakı çıxışında millət vəkili Azay Quliyev deyib.
A. Quliyev bildirib ki, hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsir düşüb: "Onlardan 600-ə qədəri qadın və yaşlılardır. Burdan Beynəlxalq Qırmız Xaç Komitəsinin prezidentindən azərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş edirəm".
A. Quliyev çıxışında ATƏT məkanındakı digər münaqişələrə də toxunub və Ukraynadakı vəziyyətin ATƏT PA-nın hazırkı narahatçılığının əsas nüvəsi olaraq qaldığını vurğulayıb: "Münaqişə zamanı dünya ictimaiyyəti Ukraynada hədsiz insan itkilərinin və mülkiyyətə dəyən ziyanın şahidi oldu. Bu günlərdə BQXK-nin isveçrəli əməkdaşı Laurent Etienin Ukraynada öldürülməsi həddindən artıq utancverici bir hadisədir. Fürsətdən istifadə edərək, Beynəlxalq Qırmızı Xaş Komitəsinə və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verirəm" .
Beynəlxalq ictimaiyyətin Ukrayna məsələsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdiyini xatırladan deputat "bu qərarlar ilk növbədə beynəlxalq hüququn bir sıra təməl prinsiplərinin, xüsusilə, mübahisələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünə hörmətin vacibliyini nəzərdə tutur" deyə qeyd edib.
A. Quliyev İraq və Suriyadakı hadisələr barədə də fikirlərini bildirib: "Yeni təhdidlərin əsas səbəbi İŞİD kimi terrorçu qruplar üçün əlverişli şərait yaradan və getdikcə şiddətlənən münaqişələr, həmçinin o bölgələrdə dövlətçiliyin və idarəetmənin uğursuzluğa düçar olmasıdır. İŞİD ola bilsin adı ilə yenidir, lakin, bu yeni bir təhdid forması deyil. İndi İŞİD-ın 40- 50 min nəfərlik ordusu var. Sual olunur, hansı ölkələr və yaxud qüvvələr İŞİD-in belə bir gücə çevrilməsinə köməklik edir? Kim İŞİD-ı dəqiq və ardıcıl kəşfiyyatla təmin edir? Hər kəsə məlumdur ki, kənardan dəstək olmasa bu cür təşkilat qurula, fəaliyyət göstərə və bu qədər ciddi təhlükəyə çevrilə bilməzdi. Əgər biz İŞİD-ı yox etmək istəyiriksə, o zaman bu suallara aydınlıq gətirməmiz lazımdır".
apa.az
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi