Elmar Məmmədyarov Çexiyada erməni jurnalistin təxribatçı sualına cavab verib
Siyaset
Oxunub: 982
4 may 2016 | 19:24
"Vişeqrad qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşünün yekununda mətbuat konfransı keçirilib.
Elmar Məmmədyarov Çexiyada erməni jurnalistin təxribatçı sualına cavab verib
Mətbuat konfransında Çexiyada yaşayan erməni əsilli jurnalist tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova aprelin 2-də təmas xəttində baş verən hadisələrlə bağlı sual ünvanlanıb.

Bu barədə APA-ya məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin sözlərinə görə, E. Məmmədyarov jurnalistin təxribatçı sualına cavab verərək bildirib ki, 2 aprel tarixində baş vermiş hadisələr bilavasitə Ermənistanın təxribatı ilə başlayıb: “Nazir qeyd edib ki, həmin gün Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində yerləşən mülki Azərbaycan əhalisi ağır artilleriya silahlarından atəşə tutulub. Bunun nəticəsində də mülki şəxslər arasında ölən və yaralananlar olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks həmlə tədbirləri həyata keçirilib, nəticədə mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edilib”.
Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: “Nazir əlavə edib ki, münaqişənin həlli BMT-nin məlum 4 qətnaməsi əsasında təmin olunmalı, Ermənistanın işğalçı qüvvələri BMT TŞ-nin qətnamələrində tələb olunduğu kimi, dərhal və qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Nazir onu da qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri təxribatları davam etdirir. Aprelin 27-28-də də Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində qoşunların təmas xəttinə yaxın ərazilərdə mülki Azərbaycan əhalisi ağır artilleriyadan atəşə tutulub, nəticədə 2 nəfər həlak olub, 8 nəfər yaralanıb”.
E. Məmmədyarov onu da qeyd edib ki, Ermənistanın işğalı və təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində mülki Azərbaycan əhalisi etnik təmizlənməyə məruz qalıb, bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
O, həmçinin Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində insanlıq əleyhinə cinayət əməlləri, o cümlədən hərbi cinayətlər törətdiyini qeyd edərək, bu xüsusda Xocalı soyqırımını göstərib, qeyd edib ki, bir gecədə Xocalı şəhərinin bütün əhalisi erməni silahlı bölmələri tərəfindən qətlə yetirilib.
Sosial səhifələrdə paylaş
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı