Xədicə İsmayılı müdafiə edən Amal Kluni barədə bilinməyənlər
Siyaset
Oxunub: 852
30 apr 2016 | 19:46
Xədicə İsmayılı müdafiə edən Amal Kluni barədə bilinməyənlər
Klunilər niyə Azərbaycana qarşıdır?
Xədicə İsmayılı müdafiə edən Amal Kluni barədə bilinməyənlər
Son günlər media cameəsi üçün əsas müzakirə mövzusu heç şübhəsiz ki, müstəqil jurnalist Xədicə İsmayılın azadlığa çıxma ehtimalıdır. Həmkarımızı Avropa Məhkəməsində Amal Kluni adlı vəkilin müdafiə etməsi ilk gündən müzakirə mövzusudur. İlk vaxtlar media onun erməni mənşəli olması barədə bir neçə versiyanın üzərində dayansa da, sonradan X.İsmayılın yerli vəkillərindən və A.Kluni cəbhəsindən gələn təkzib mövzunu nisbətən səngitdi.
Amma son olaraq Amal Kluninin Hollivud ulduzu olan həyat yoldaşı Corc Kluninin qondarma erməni soyqırımı ilə bağlı layihədə iştirak etmək üçün İrəvana getməsi rəngləri tündləşdirdi. Dünya mediasında uzun müddət bu xəbər “Klunilər İrəvana gedəcək” şəklində təqdim edilsə də, son olaraq Hollivud aktyoru səfərə həyat yoldaşı olmadan qatıldı. Bununla da Klunilərin “ermənipərəst”liyi ilə bağlı iddialar yenidən alovlandı.
Haqqın.az saytı bu mövzu ilə bağlı təhlil hazırlayıb. Təhlildə qeyd olunub ki, Kluni cütlüyü türk və Azərbaycan xalqına qarşı dərin nifrəti ilə seçilir. Bunun sübutu kimi Corc Kluninin Amalla evlənənə qədər hər hansı siyasi tədbirlərdə iştirak etməməsidir. Sayt yazır ki, hazırda cütlüyün “duet”ində əsas rolu Amalın oynaması da bunun sübutudur. Xanım vəkilin hazırda ən vacib vəzifəsi Azərbaycanın imicini aqressiv erməni boyaları ilə çəkməkdən ibarətdir.
Sözügedən məqalədə eyni zamanda qeyd olunub ki, A.Kluninin kampaniyasına bəzi azərbaycanlı bloggerlər də fəal şəkildə qoşulub. Türkiyədəki erməni qəzeti olan “Aqos”la əməkdaşlıq edən Arzu Abdullayeva, “Azadlıq” radiosu Azərbaycan xidmətinin keçmiş rəhbəri Kənan Əliyev, eləcə də Ələkbər Raufoğlu bunların sırasındadır. Onlar xanım Kluni ilə aktiv şəkildə əməkdaşlıq edirlər. Yazıda vurğulanır: “Xədicə İsmayılovanın işi siyasi layihədir. Orda aktiv rolu Amal Kluni oynayır. Sonuncu Azərbaycan fobiyasını gizlətmir”.

“Xədicə İsmayıl Azərbaycana qarşı” adlı iş eyni zamanda ölkənin imicini zədələməyə hesablandığı üçün xanım Kluninin canfəşanlığı da bu məsələdə ciddi faktdır. Çünki hadisələrin ilk günündən bəllidir ki, X.İsmayıl müdafiəsi üçün A.Kluniyə yox, sonuncu jurnalisti müdafiə etmək üçün ona müraciət edib.
Azərbaycanlı jurnalistlər olaraq təbii ki, həmkarımızın tezliklə azadlığa çıxmasını istəyir və bunun üçün atılan addımları alqışlayırıq. Amma bu prosesi öz məqsədləri üçün istifadə edən ermənipərəst bir vəkilin işdə aktiv iştirakı cəmiyyətin tanınmış üzvlərinə xoş deyil. Bunlardan biri hüquq müdafiəçisi Mətanət Əzizova, digəri isə politoloq Hikmət Hacızadədir. Hər iki tanınmış ictimai xadim bizə açıqlamalarında bununla bağlı neqativ fikirlərini bildiriblər. H.Hacızadə deyib ki, A.Kluni erməni mənşəlidir və əri Corc Kluni də İrəvana getmək üçün kasıb büdcəli Ermənistandan hər hansı maliyyə almayıb. Sadəcə bu, ailə dayanışmasıdır. M.Əzizova isə deyib ki, Xədicənin müdafiəsində vəkillik kralı olmaq vacib deyil: “Bu iş haqda bir az məlumatı olan vəkil sənədləri rahat hazırlayıb, Avropa məhkəməsinə göndərib Xədicəni müdafiə edə bilər. (Nümunə - Azərbaycan vəkillərinin minlərlə udulan işləri) Amal Kluninin əsas işi gözəl siması ilə Xədicə haqda məlumatın yayılmasıdı. Bunun üçün ayrılan pulla bir neçə QHT bu işi daha effektiv görə bilər. Və sözün qısası, subyektiv, mən istəməzdim Amalın adı Xədicənin adı ilə bir yerdə hallansın. Amal Kluni Xədicənin adını çəkəndə, hansı mesajla olursa olsun, qıcıqlanıram. Xədicənin işini bu xanım mənim aləmimdə kiçiltdi. Bu boyda dünyada ayrı adlı-sanlı vəkil tapılmadı?”

Hələ məsələ siyasi gündəmə düşdüyü ilk günlərdə vəkil Əsabəli Mustafayevin də maraqlı baxışı var idi. O, bildirmişdi ki, işə Böyük Palatada baxıldığı zaman Avropa Məhkəməsində xarici vəkilə ehtiyac yaranır: “Çünki o zaman proses şifahi keçirilir. Xədicə xanımın işinə bölmənin palatasında baxıla bilər. Bu işlə isə onun indiki vəkilləri asanlıqla bacarar. Həm də Amalın iştirakını hökumət ayrı istiqamətlərə yozacaq. Mənə elə gəlir ki, Amal bu işi öz reklamı xətrinə götürmək istəyir. Onda qoy öz vəkillərimiz reklam olunsunlar. Amal Avropa Məhkəməsində 2-3 iş aparıbsa, İntiqam Əliyev 200-ə yaxın iş göndərib. Buradan məlum olur ki, kim kimdən öyrənməlidir”.
Bu günlərdə BBC televiziyasına müsahibəsində A.Kluni “erməni soyqırımı” iddiaları ilə bağlı daha öncə apardığı işin Xədicə İsmayılovanı təmsil etməsinə kölgə salacağı barədə narahatlıqlara cavab olaraq deyib: “Fakt budur ki, mən bütün dünya boyunca jurnalistləri müdafiə edirəm. Bu iş Azərbaycana qarşı deyil, bu iş ifadə azadlığı üçündür. Mən bunu Azərbaycan hökumətinə izah etmişəm. Mediada mənə olan hücumlar oldu ki, mən Ermənistanı təmsil etmişəmsə bu işi necə təmsil edə bilərəm”.
O, etnik olaraq erməni olmadığını deyib və əlavə edib: “Hətta olsaydım belə, bu, dəxilsizdir. Bir dəfə də bunu dedim: Kambocanı təmsil etmişəm, bu məni kambocalı etmir və yaxud Yunanıstanla bağlı işim mənim yunan olmağım demək deyil. Bu, absurddur”.
A.Kluni Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məhz A.Kluni olub. Vikipediada yayılanlara görə, vəkil Amal Cloonenin qız soyadı Amaluddun olub və Livandakı druz adlı azsaylı xalqın nümayəndəsidir. O, bir neçə tanınmış insanın, o cümlədən WikiLeaksin yaradıcısı Culian Assanjın, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun və Misir mənşəli Kanada jurnalisti Məhəmməd Fəhminin vəkili olub.
Uşaq yaşlarından valideynləri ilə birgə Beyrutu tərk edib və İngiltərədə yaşayır. Amalın anası Bariya Livan qəzeti “Əl Hayat”da beynəlxalq xəbərlər bölümünün rəhbəri olub. Zamanında Bill Klinton, Fidel Kastro və Toni Blerdən müsahibələr götürüb.
X.İsmayılın vəkili Fariz Namazlı isə daha öncə verdiyi müsahibələrində A.Kluninin erməni olmadığını və həbsdəki jurnalistin onun müdafiəsindən razı olduğunu deyib.
Bütün hallarda ortada ciddi iddialar və təkzibini gözləyən faktlar var. Hər nə qədər “arvad ərə cavabdeh deyil” arqumenti güclü olsa da, Amal Kluni ilə evlənənə qədər siyasi arenadan maksimum uzaq dayanan Corc Kluninin birdən-birə Ermənistan sevdalısına çevrilməsi, eləcə də xanımının daha öncə ermənipərəst işlərdə müdafiəçi olması şübhələri artırır. Biz həmkarımızın azadlığa çıxmasını istəyirik, amma bunu Ermənistanın xeyrinə çevirənlərin əli ilə yox.

musavat.com
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA