Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE

Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya ilə Ermənistan arasında ticari-iqtisadi münasibətlərin yumşaldılması ehtimalı barədə danışıb. Onun sözlərinə görə, bu, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə baş verməyəcək.
Parlament üzvü vurğulayıb ki, münasibətlərdə hər hansı pisləşmə İrəvanın Moskvanın düşmənləri ilə ittifaq qurmaq siyasəti ilə bağlıdır. Zatulinə görə, "Dövri təmaslara baxmayaraq, Paşinyan hakimiyyətdə olduğu müddətdə gərginlik azalmayacaq". O, həmçinin qeyd edib ki, Rusiya Ermənistanın şantajına uymayacaq. Zatulin hesab edir ki, baş nazir uduzmaqdan qorxduğu üçün Avropa Birliyinə qoşulmaqla bağlı referendum keçirməyəcək.
Gerçəkdənmi Ermənistanda referendum yaxın zamanda keçirilsə, əhali Avropaya inteqrasiyanı yox, Rusiyanın orbitinə qayıtmağı seçəcək? Zatulin nəyə arxayındır, yoxsa bu bir təbliğat xarakterli şantajdır?
Deputat Elşad Musayev Musavat.com-a qeyd edib ki, referendumda nəticələr som parlament seçkiləri kimi ola bilər. Onun sözlərinə görə, Paşinyanın partiyasının 50 faizə yaxın səsi var və ümumxalq səsverməsində də təkrarlanması istisna deyil.
“Ancaq fərq ondan ibarətdir ki, bu məsələ daha taleyüklü qərarın verilməsidir. Ona görə həm Rusiya böyük təzyiq kampaniyasına başlayacaq, həm referendumda səsverməyə təsir göstərməyə cəhd edəcək. Eynilə Qərb də avrointeqrasiya tərəfdarlarını dəstəyi artıracaq. O cəhətdən, ağır bir səsvermə olacaq. Hətta nəticələr elan olunduqdan sonra Ermənistanda ara qarışa bilər. Sadəcə, Paşinyan referenduma getmək istəmir. Məsələ bundan ibarətdir. Ona görə də Moskva danışıqlarında hansı razılaşma olacağını gözləmək lazımdır. Bundan sonra demək olar ki, Ermənistanın növbəti addımları nə ola bilər”,_ deyə deputat bildirib.
Elşad Musayev əlavə edib ki, bu ilin sonunda referendum keçiriləcəyini gözləmir: “Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaycaqlar. Amma bu qərar verilərsə, Avropa İttifaqı İrəvana dəstəyi genişləndirəcək. Rusiya bilir ki, bu qərar Ermənistanı özündən daha da uzaqlaşdıra bilər”.
Bu gün, 11:22
“Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir” - Yenilənib
Bu gün, 11:19
“Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik” - Yenilənib
Bu gün, 11:03
Hərbi təlimdə iştiraka dair saxta sənəd vermişdi - Hakim qarşısına çıxarılır
Bu gün, 10:59
CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu
Bu gün, 10:55
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bu gün, 10:29
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir
Bu gün, 10:25
İlham Əliyev "Avaza" Kompleksində
Bu gün, 09:52
Müəllimlər hər gün geyimə görə yoxlanılacaq? – Yeni qaydanın DETALLARI
Bu gün, 09:47
Neftimiz 5 dollara yaxın bahalaşdı
Bu gün, 09:43
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir
Bu gün, 09:40
Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı
Bu gün, 09:37
İlham Əliyev Türkmənistana gedib
Bu gün, 09:11
İrəvanın Qarabağ erməniləri üçün planı dalana dirəndi – Minlərlə sertifikat...
Bu gün, 09:00
İki gündür Bakıda su yoxdur – qurum isə “verilib” deyir
Dünən, 17:02
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 16:57
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 16:00
Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?
Dünən, 15:30
Rusiya “çemodan”larını hazırladı, Ermənistandan çıxır – Məsuliyyəti İrəvanın üzərinə qoydu
Dünən, 14:56
Vilayət Eyvazov vətəndaş qəbulu keçirdi
Dünən, 14:22
ABŞ husi hücumları barədə Ər-Riyada aylar əvvəl xəbərdarlıq edibmiş
Dünən, 13:39
Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”
Dünən, 13:16
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
Dünən, 13:00
Moskvada Putin əleyhinə mitinq - BAŞLADI
Dünən, 11:44
Bu kəndin əkin sahələrinə su çəkiləcək - 9 milyon ayrıldı
Dünən, 11:36
Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
Dünən, 11:31
Prezident: İtkin düşmüş şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Dünən, 11:28
Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır