İran ali dini liderinin nümayəndəsi: “Dağlıq Qarabağ uğrunda döyüşməyə hazırıq”
İran ali dini liderinin nümayəndəsi: “Dağlıq Qarabağ uğrunda döyüşməyə hazırıq”İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Höccətül-İslam Seyid Həsən Amili bu gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.
APA-nın məlumatına görə, o, Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.
Qarabağda döyüşməyi arzuladıqlarını deyən H. Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır: “İranın ali dini lideri buyurub ki, Qarabağ İslam diyarıdır və bu diyarda baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxs şəhid sayılır. Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm. Ərdəbil əyalətində çalışan dövlət qurumları da Azərbaycan millətinin qan, tibbi ləvazimat və digər ehtiyaclarını ödəmək üçün heç nəyi əsirgəməsinlər. Bu gün Qarabağda baş verən hadisələr əslində Stalinin üzdəniraq planlarından qaynaqlanır. Əslində təkcə Qarabağ deyil, həm də Stalin dövründə onun tərəfindən millətlər arasında ixtilaf salmaq kimi mənfur niyyətlərlə dəyişdirilmiş sərhədlər dəyişdirilməli və Azərbaycana qaytarılmalıdır”.
H. Amili qeyd edib ki, Azərbaycan bu münaqişədə özünün dost və düşmənini, xidmətçi və xəyanətkarı tanımalıdır: “ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söz versə də, bu qrup heç bir iş görməyəcək, həm də digər beynəlxalq qurumların bu sahədə görə biləcəkləri işlərə əngəl törədəcək. Onlar bu münaqişənin dinc yolla həllini istəmirlər”.
İranın Gilan əyalətində yerləşən Astara şəhərinin imam cüməsi Höccətül-İslam Şeyx Hafiz Kazimniya da xütbəsində deyib ki, Qarabağ İslam dünyasının bir parçasıdır: “Heç kim Qarabağın işğal edilməsinə şübhə ilə yanaşmır. Qarabağ müsəlman ölkəsi olan Azərbaycana qayıtmalıdır. Biz hər növ münaqişə, müharibə və itkiyə qarşıyıq. Lakin Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır. Bu ölkənin heç bir şəhəri, qəsəbəsi və kəndi işğal altında qalmamalıdır”.
Təbriz şəhərinin imam cüməsi Ayətullah Möhsün Müctəhid Şəbistəri də xütbəsində bildirib ki, son günlər Qarabağda baş verənlər 1994-cü ildə Azərbaycanla Ermənistan arasındakı müharibədən sonra misli görünməmiş bir hadisədir.
Bu gün, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı