1 ilinə az qaldı...-Bakı və İrəvan o sənədi nə vaxt imzalayacaq?
Siyaset
Oxunub: 68
30 iy 2026 | 09:00
1 ilinə az qaldı...-Bakı və İrəvan o sənədi nə vaxt imzalayacaq?


Ötən ilin 8 avqustunda Azərbaycan və Ermənistan sülh mətnini parafladı. Sənəd Vaşinqtonda imzalandı və Ağ Ev lideri Trampın iştirakı ilə gerçəkləşdi. Bu razılaşmanın 1 ilinin tamamına təxminən 10 gün qalıb. Geridə qalan müddətdə isə Bakının son tələbi reallaşmayıb - Qarabağ iddiasını qanunvericilik aktlarından çıxarmaq.

Paşinyan yeni konstitusiya mətninin isə ilin sonunda dərc olunacağını açıqlayıb. Lakin iki ölkə sülh yolunda böyük yol qət edib: sərhəddə atışma olmayıb, tranzit qadağası ləğv olunub, neft məhsullarımız bu ölkəyə ixrac edilir, Rusiya taxılı və gübrəsi ərazimizdən daşınır.

1 ilə yaxın müddətdə sülh yolunda irəliləyən tərəflər yekun sazişə nə qədər yaxındır?

Milli Məclisin deputatı Naqif Həmzəyev Müsavat.com-a açıqlamasında dedi ki, Vaşinqton görüşünün üzərindən bir il keçsə də, amma tarix təqvimdəki rəqəmdən başqa bir şey demir: "8 avqust 2025-ci ildə Ağ Evdə, Prezident Tramp aracılığıyla parflanan sülh mətni bu gün də masanın üzərində, imzasız vəziyyətdə qalır. Və hər iki tərəf bunun səbəbini gizlətmir. Məsələ artıq danışıqların məzmununda deyil, Ermənistanın öz daxili hüquqi arxitekturasındadır.

Prezident İlham Əliyevin fevral ayında Münhendə səsləndirdiyi formula, əslində, bütün prosesin bugünkü fotosudur. Sülh artıq faktiki reallıqdır, atəşkəs möhkəmdir, tranzit açıqdır, ticarət canlanıb, amma kağız üzərində təsdiqi yalnız bir şərtə bağlıdır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi oxuna bilən bəndlərin ləğvi. Bakının bu mövqeyi son bir ildə heç dəyişməyib, əksinə, hər dəfə fərqli platformalarda daha aydın şəkildə təkrarlanıb. Bunun arxasında sadəcə prinsipiallıq deyil, hüquqi məntiq dayanır".

Deputat onu da diqqətə çatdırdı ki, Ermənistanın Konstitusiya Məhkəməsinin gələcəkdə sazişi etibarsız sayması, yaxud radikal siyasi qüvvələrin bu boşluqdan istifadə etməsi riski real ssenari kimi qəbul edilir: " Başqa sözlə, Bakı üçün imza formallıq deyil, sazişin uzunömürlülüyünün zəmanətidir. İrəvan tərəfindən mənzərə daha mürəkkəbdir. 7 iyun parlament seçkiləri Paşinyan üçün gözlənilən qələbə ilə nəticələndi. "Vətəndaş Müqaviləsi" səs çoxluğunu qorudu. Amma bu qələbə avtomatik həll demək deyil. Seçki nəticələri eyni zamanda ölkənin nə qədər parçalandığını da göstərdi. Səsverənlərin üçdə biri açıq şəkildə revanşist mövqeli qüvvələrə tərəf çıxdı. Yəni Paşinyanın əlində mandat var, amma konsensus yoxdur.
Yeni konstitusiya məsələsi bu fonda irəliləyir, amma öz sürəti ilə. Paşinyan "Dördüncü Respublika" adlandırdığı islahatın seçkilərdən sonra müzakirəyə çıxarılacağını dəfələrlə vurğulayıb. Layihənin ilin sonunadək ictimaiyyətə təqdim olunacağını bildirib. Lakin bu, referendumun tarixi demək deyil. Referendum ayrı, çox mərhələli və siyasi baxımdan həssas bir prosesdir ki, hələ rəsmi təqvimi belə açıqlanmayıb. Konstitusiya layihəsi ilin sonunda elan olunsa belə, sonrakı mərhələlər — ictimai müzakirə, parlamentdə təsdiq, referendum təşkilatı, kampaniya dövrü — adətən aylarla ölçülür. Bunun üzərinə Ermənistan daxilində islahata ehtiyatla yanaşan, hətta ona qarşı çıxan siyasi seqmentin gücünü də əlavə etsək, ortaya çıxan mənzərə aydındır. 2026-cı ilin bitməsinə qədər yekun sazişin imzalanması real ssenari deyil. Bu o demək deyil ki, proses dayanıb. Əksinə, ötən il ərzində qət edilən məsafə — atışmasız sərhəd, açılan tranzit, neft-qaz və taxıl axınının bərpası göstərir ki, tərəflər arasında etimad artıq praktiki müstəvidə qurulub. Sadəcə, kağız üzərindəki son addım siyasi təqvimin, seçki dövrünün və konstitusiya mexanikasının gecikməsinə bağlı qalıb. Əgər İrəvan referendum təqvimini 2026-cı ilin sonuna, ya da 2027-ci ilin əvvəlinə sıxışdıra bilsə, imza mərasimi növbəti Zayed mükafatından çox-çox əvvəl, real diplomatik hadisə kimi baş verə bilər. Amma bunun sürəti indi Bakıda yox, İrəvanın öz daxili siyasi kalkulyasiyasında həll olunur".
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi