Türkiyədə diplomatik korpusun yenilənməsinin pərdəarxası

Qardaş ölkə ilə bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdiyi bir vaxtda diplomatik korpusun gücləndirilməsi həm də zəruri addım kimi görünür
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədəki diplomatik nümayəndəliklərdə genişmiqyaslı kadr dəyişiklikləri edib. Ötən həftə dövlət başçısının sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olundu.
Ardınca diplomatik korpusun digər mühüm istiqamətlərində də rotasiya həyata keçirildi. Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi vəzifələrindən azad edildi. Onun yerinə indiyədək Azərbaycanın Qars şəhərində baş konsulu olmuş Zamin Əliyev təyin edildi. Qarsdakı baş konsul vəzifəsi isə Qoşqar Zeynalova həvalə olundu.
İlk baxışdan bu dəyişikliklər diplomatik xidmətdə tətbiq olunan planlı rotasiya təsiri bağışlayır. Beynəlxalq praktikada səfir və baş konsulların müəyyən müddətdən sonra dəyişdirilməsi normal idarəetmə mexanizmi hesab olunur. Son illərdə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. Müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat layihələri, regional təhlükəsizlik, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Zəngəzur dəhlizi kimi strateji istiqamətlər diplomatik nümayəndəliklərin üzərinə daha böyük məsuliyyət qoyur. Bu baxımdan yeni təyinatlar Bakı-Ankara münasibətlərində diplomatik korpusun qarşıya qoyulan yeni vəzifələrə uyğunlaşdırılması ilə əlaqələndirilir. İki ölkə arasında strateji müttəfiqlik siyasi iradəyə söykəndiyi üçün ayrı-ayrı kadr dəyişiklikləri bu münasibətlərin mahiyyətini dəyişmir. Hətta qardaş ölkə ilə bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdiyi bir vaxtda diplomatik korpusun gücləndirilməsi zəruri addım kimi görünür.
Bu yanaşmanı Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də təsdiqləyir. Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın iki dövlətdir və siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi əməkdaşlıq, eləcə də xalqlar arasında münasibətlər baxımından bu səviyyədə yaxın nümunə tapmaq çətindir.
Prezidentin sözlərinə görə, Azərbaycan-Türkiyə birliyi hər iki xalqın ən böyük sərvətlərindən biridir və regionda sabitliyin əsas dayaqlarından sayılır. Onun fikrincə, iki ölkənin nəqliyyat, enerji və siyasi əməkdaşlığı təkcə Bakı ilə Ankara üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş region üçün təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır.
Milli Məclisin deputatı Elşad Musayev də hesab edir ki, Türkiyədə aparılan kadr dəyişikliklərini sırf rotasiya və peşəkar idarəetmə prosesi kimi qiymətləndirmək lazımdır.
Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri elə səviyyədədir ki, ayrı-ayrı diplomatların dəyişməsi strateji tərəfdaşlığın mahiyyətinə təsir göstərə bilməz: “Bu təyinatlar Xarici İşlər Nazirliyinin təqdimatları əsasında həyata keçirilir. Azərbaycanın diplomatik kadr potensialı ildən-ilə güclənir. İndiyədək də müxtəlif təyinatlar olub, lakin bu, münasibətlərin inkişafına heç vaxt mənfi təsir göstərməyib. Azərbaycan-Türkiyə əlaqələri özünəməxsus xarakter daşıyır və qardaşlıq prinsiplərinə əsaslanır. Xarici təsirlər və süni maneələr bu münasibətləri sarsıda bilməz”.
Elşad Musayev hesab edir ki, hazırkı mərhələdə diplomatik fəaliyyət yalnız klassik diplomatiya ilə məhdudlaşmamalıdır. Onun fikrincə, media, diaspor və informasiya diplomatiyası sahəsində Bakı ilə Ankara daha koordinasiyalı fəaliyyət göstərməlidir.
Deputat bildirir ki, Ermənistan və erməni diaspor təşkilatları müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı təbliğatı davam etdirirlər. Bu səbəbdən Azərbaycan və Türkiyə beynəlxalq ictimai rəydə birgə fəaliyyətini daha da gücləndirməlidir.
E.Musayev eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın diplomatik fəallığının artırılmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, Qars və İstanbuldakı təyinatlar, eləcə də digər türk dövlətlərinə yeni diplomatların göndərilməsi Bakının Türk dünyasına verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Qeyd edək ki, Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Türkiyənin Azərbaycandakı səfirliyi 1992-ci ilin yanvarında, Azərbaycanın Ankaradakı səfirliyi isə həmin ilin avqustunda fəaliyyətə başlayıb.
Yeni səfir Rəşad Aslanov bu təyinata qədər Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Malta və San-Marino üzrə akkreditə olunmuş səfir, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond yanında daimi nümayəndə kimi fəaliyyət göstərib.
1977-ci il təvəllüdlü Rəşad Aslanov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, daha sonra beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. O, Böyük Britaniyanın Birmingem Universitetində insan hüquqları sahəsində peşəkar hazırlıq keçib, həmçinin Dövlət İdarəçilik Akademiyasında beynəlxalq müqavilələr hüququ üzrə ixtisaslaşıb.
Hazırkı kadr dəyişiklikləri göstərir ki, Azərbaycan diplomatik xidmətini yeni geosiyasi reallıqlara uyğunlaşdırmağa çalışır. Ankara, İstanbul və Qars kimi strateji istiqamətlərdə təcrübəli diplomatların irəli çəkilməsi Bakı ilə Ankara arasında artıq yalnız siyasi deyil, hərbi, iqtisadi, enerji və Türk dünyasının inteqrasiyası istiqamətində formalaşan yeni əməkdaşlıq modelinin diplomatik təminatı kimi qiymətləndirilə bilər.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi