Azərbaycan polisi: dövlətçiliyin keşiyindən yeni Vətən quruculuğuna

İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk milli polis orqanları yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla həmin tarixi gün “Azərbaycan Polisi Günü” elan edilib. Beləliklə, milli dövlətçilik tariximizin mühüm institusional ənənələrindən biri bərpa olunaraq əbədiləşdirilib.
Azərbaycan polisi ilk növbədə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmin olunmasında müstəsna xidmətləri ilə yanaşı, dövlətin gücünü qanunlarla, vətəndaşın təhlükəsizliyini məsuliyyətlə, sabitliyi isə gündəlik fədakar xidmətlərilə təmin edən mühüm dövlət təsisatıdır.
Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi:
“Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır!”
Verilən ali qiymət Azərbaycan polisinin keçdiyi şərəfli yolun mahiyyətini dəqiq ifadə edir.
Ümummilli Liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarında peşəkarlığın yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşdırılması, milli kadrlara geniş meydan verilməsi əsas siyasətə çevrildi. Müstəqillik dövründə isə polis orqanlarının yenidən qurulması dövlətin qorunmasının və sabitliyin təmin edilməsinin mühüm şərtlərindən biri oldu.
Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıdışı yeni tarixi mərhələnin başlanğıcı idi. Blokada və hərbi təhlükələr şəraitində Naxçıvanın müdafiə olunması, milli rəmzlərin bərpası, idarəçilik sisteminin möhkəmləndirilməsi bütöv Azərbaycanın gələcək dövlət modelinin əsaslarını yaratdı.
1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra dövlətçilik iradəsi bütün Azərbaycan miqyasında həyata keçirildi. Ölkədə hökm sürən anarxiyanın, qanunsuz silahlı dəstələrin, siyasi qarşıdurmaların və vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında yenidən formalaşdırılan daxili işlər orqanlarının mühüm rolu oldu.
Prezident İlham Əliyev həmin dövrü qiymətləndirərkən bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə polis orqanlarının müasir səviyyədə formalaşdırılmasına böyük təkan verildi, sağlam xidmət mühiti yaradıldı və polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi ölkənin ümumi inkişafına müsbət təsir göstərdi. Dövlət başçısının vurğuladığı kimi, sabitlik bütün inkişafın təməlində dayanan əsas amildir.
Azərbaycan polisi dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də öz tarixi missiyasını yerinə yetirib. Daxili işlər orqanları və Daxili Qoşunlar sıralarından çoxsaylı əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə yüksəlib. Onlar xidməti vəzifələrini yüksək milli amallarla yerinə yetirən əməkdaşlar kimi dövlətimizin müstəqilliyi və torpaqlarımızın müdafiəsi naminə həyatlarını qurban verən Vətən övladlarıdır.
Peşə bayramını qeyd edərkən şəhid polis əməkdaşlarının və Daxili Qoşunların qəhrəman hərbi qulluqçularının əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların ailələri dövlətimizin və xalqımızın daim diqqətindədir.
Azərbaycan polisi Vətən müharibəsi dövründə də Silahlı Qüvvələrimizin yanında oldu, üzərinə düşən döyüş və təhlükəsizlik vəzifələrini şərəflə yerinə yetirdi. Qələbədən sonra isə daxili işlər orqanlarının qarşısında tamamilə yeni vəzifələr meydana çıxdı.
İşğaldan azad olunmuş torpaqlarda dövlət sərhədlərinin, strateji obyektlərin, yaşayış məntəqələrinin və insanların təhlükəsizliyinin təmin edilməsi, qanunsuz saxlanılmış silah-sursatın, mina və partlayıcıların aşkar olunması, təhlükəli ərazilərə icazəsiz girişlərin qarşısının alınması, yolların və ictimai məkanların qorunması məhz həmin yeni vəzifələrin mühüm hissəsidir.
Lakin artıq söhbət yalnız müharibədən sonrakı təhlükəsizlik tədbirlərindən getmir. Yeni Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış həyata keçirilir, şəhərlər və kəndlər təzədən qurulur, insanlar öz doğma yurdlarına qayıdırlar. Deməli, polis də həmin ərazilərdə müvəqqəti təhlükəsizlik missiyasından dayanıqlı məskunlaşmanın və yeni ictimai həyatın qorunması missiyasına keçir.
Böyük Qayıdışın gerçəkləşdirilməsi ilə əlaqədar polis orqanlarının və Daxili Qoşunların fəaliyyəti yeni şəraitə uyğunlaşdırılıb, azad edilmiş ərazilərdə asayişin və təhlükəsizliyin təmin olunması böyük əzm və peşəkarlıqla davam etdirilir.
Azərbaycan polisi yeni Vətən quruculuğunun hüquq və təhlükəsizlik sütunlarından biridir.
Yeni Vətən qurmaq insanların əmin-amanlıq içində yaşadığı, qanunun işlədiyi, uşaqların təhlükəsiz böyüdüyü və vətəndaşın öz dövlətinin himayəsini gündəlik həyatında hiss etdiyi mühit yaratmaqdır.
21-ci əsrin dördə birini arxada qoyan dünyada polis orqanlarının qarşısındakı dayanan çağırışlar və təhlükələr də dəyişib.
Əvvəllər cinayət anlayışı əsasən küçədə, mənzildə, nəqliyyatda və fiziki məkanda törədilən hüquqazidd əməllərlə əlaqələndirilirdisə, indi cinayətlərin mühüm hissəsi sərhədsiz rəqəmsal məkana keçir. Kiberdələduzluq, bank kartlarından vəsaitlərin oğurlanması, saxta elektron platformalar, sosial şəbəkələr vasitəsilə narkotiklərin satışı, fərdi məlumatların ələ keçirilməsi və insanlara rəqəmsal təzyiq yeni kommunikasiya inqilabının yaratdığı təhlükələrdir.
Daxili İşlər Nazirliyində Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yaradılması, müasir texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və peşəkar kadr hazırlığı bu çağırışlara verilən institusional cavabdır. DİN-in rəsmi mövqeyində də kiberməkanda törədilən dələduzluqların, bank kartlarından pul vəsaitlərinin talanmasının və narkotiklərin onlayn dövriyyəsinin qarşısının alınması polisin əsas vəzifələrindən biri kimi göstərilir.
Əlbəttə, müasir cəmiyyətlərin polisə olan tələbləri daim yüksəlir. Vətəndaş polis əməkdaşında qanununçuluq, ədalətli münasibət, operativlik, nəzakət və məsuliyyət keyfiyyətlərinin rəhbər tutulmasını istəyir. Buna görə də polis-vətəndaş münasibətlərinin daim təkmilləşdirilməsi, müraciətlərə çevik baxılması, şəffaflığın artırılması və insan hüquqlarına həssas münasibət daxili işlər orqanlarının nüfuzunu daha da gücləndirən əsas amillərdir.
Prezident İlham Əliyev Azərbaycan polisini güclü nizam-intizama, yüksək peşəkarlığa və müasir maddi-texniki imkanlara malik mühüm dövlət təsisatı kimi qiymətləndirərək, onun fəaliyyətini müasir tələblərə uyğun daim təkmilləşdirməsinin vacibliyini vurğulayıb.
Polis əməkdaşı gecə-gündüz, bayram və istirahət günlərində, sərt hava şəraitində, təhlükəli əməliyyatlarda, insanların ən çətin anlarında öz xidməti vəzifəsini yerinə yetirir. Bəzən bir cinayətin qarşısının alınması, itkin düşmüş uşağın tapılması, təhlükədə olan ailənin xilas edilməsi, ağır yol hadisəsində insanların həyatının qorunması arxasında polis əməkdaşının saatlarla, günlərlə davam edən görünməz zəhməti dayanır.
Polisin xidməti çox zaman başqalarının rahatlığı naminə öz rahatlığından imtina etməkdir.
Polisin xidməti müstəqil dövlətə və xalqa sədaqət andıdır.
2 İyul - Azərbaycan Polisi Günü münasibətilə bütün hüququ-mühafizə orqanlarını və polis əməkadaşlarını səmimi-qəlbdən təbrik edirik.
Azərbaycan polisinin yolu dövlətçiliyin qorunmasından Zəfərə, Qələbədən isə Böyük Qayıdışa və yeni Vətən quruculuğuna uzanan şərəfli xidmət yoludur.
Bayramınız mübarək, əziz Azərbaycan polisi!
Bu gün, 16:00
Paşinyanın referendum XOFU
Bu gün, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Bu gün, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Bu gün, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu gün, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Bu gün, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Bu gün, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Bu gün, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Bu gün, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Bu gün, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Bu gün, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Bu gün, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Bu gün, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Bu gün, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu gün, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Bu gün, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Bu gün, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Bu gün, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Bu gün, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Bu gün, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Dünən, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."