Prezidentin köməkçisi: “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur, atəşi davam etdirir"
"Hazırda Azərbaycan Ordusu birtərəfli qaydada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, o cümlədən Minsk Qrupuna həmsədr olan ölkələrin və digər beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq, aktiv hərbi əməliyyatları dayandırıb, öz mövqelərini möhkəmlədərək atəşkəs rejiminə əməl edir. Sadəcə, silahlı qüvvələrimiz ermənilərin hələ də davam edən hücum cəhdlərindən müdafiə olunur və lazımi cavab verir".Bunu APA-ya müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, aprelin 2-də Ermənistanın Azərbaycan ordusunun mövqelərini, ətraf kəndləri, qaçqın düşərgələrini intensiv atəşə tutmasına cavab olaraq silahlı qüvvələrimiz hücuma keçmiş və vacib, strateji əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirmişdir. Hazırda isə ordumuz fəal hərbi əməliyyatları dayandırıb, yalnız müdafiə tədbirləri görür: "Amma ermənilər hələ də Azərbaycan mövqelərinə hücum edir, hətta bəzən daha intensiv şəkildə, bütün növ silahlardan atəş açırlar. Bu da onu göstərir ki, Ermənistan beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun çağırışlarına məhəl qoymur, mövcud qarşıdurmanı davam etdirmək istəyir".
Ə. Həsənovun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında da vurğulanıb ki, Ermənistan növbəti dəfə təxribata əl atıb və bu təxribat cəbhə bölgələrində silahlı qarşıdurmaya şərait yaradıb: " Azərbaycan ordusu müdafiə olunub, sonra da əks-hücuma keçərək bu təxribata kifayət qədər layiqli cavab verib. Azərbaycan ordusu bu gün işğal altındakı əraziləri azad etmək iqtidarındadır. Bu reallığı biz davamlı olaraq təxribatçı Ermənistana nümayiş etdirmişik və gələcəkdə də nümayiş etdirəcəyik. Azərbaycan bütün lazımi tədbirləri görməklə bərabər, ATƏT çərçivəsində danışıqların bərpa olunmasına və məsələnin sülh yolu ilə həllinə hazırdır".
Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan son proseslərlə bağlı həm beynəlxalq medianın, həm də sosial şəbəkə istifadəcilərinin obyektiv məlumat alması üçün zəruri tədbirlər görür: "Biz Azərbaycanın mövqeyi, baş vermiş hadisələrin təfsilatı ilə bağlı lazımi informasiyaları hər yerə çatdırırıq. Biz ermənilərin həm cəbhədəki, həm də informasiya məkanındakı təxribatına layiqli cavab veririk”.
Bu gün, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı