Azərbaycan prezidenti: “Biz atəşkəsi pozmamışıq, təxribata layiqli cavab vermişik”
Siyaset
Oxunub: 1 050
3 apr 2016 | 15:40
Azərbaycan prezidenti: “Biz atəşkəsi pozmamışıq, təxribata layiqli cavab vermişik”Azərbaycan prezidenti: “Biz atəşkəsi pozmamışıq, təxribata layiqli cavab vermişik”

“Ermənistanın bu hərəkətlərinin səbəbi mənim üçün sirr deyil. Dəfələrlə həm Azərbaycan ictimaiytəinə, həm bu məsələlərlə bağlı vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, Ermənistan sülh, işğal etdiyi torpaqlardan çəkilmək istəmir: “Ermənistan bütün səylərini ona yönəldib ki, maksimum status-kvonu saxlaya bilsin. Bunun kifayət qədər çox sübutları var. Danışıqlar prosesi 20 ildən çoxdur ki, aparılır. Bu 20 il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atır, daim təmas xəttində Ermənistan tərəfdən gərginlik yaradılır. Eyni zamanda keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan anlaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər. 2014-cü ildə Fransa prezidenti Fransua Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi və görüş çox konstruktiv şəraitdə keçmişdi. Görüşün nəticəsi ümidverici idi. Görüşdə eyni zamanda təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi barədə danışırdıq. Ancaq o görüşdən 2 həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda, Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 48 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Xüsusilə Parisdə uğurlu sayılan görüşdən sonra bunun nə mənası vardı?! Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı.

Azərbaycan ordusu da hərbi helikopterlərdən birini məhv etmişdi. Bu, Ermənistana lazım idi. Ermənistana lazım idi ki, desinlər, Azərbaycan atəşkəsi pozur, özünü aqressiv aparır. Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik”.
Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib