Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb

Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycan və ABŞ arasında, eyni zamanda, İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən iqtisadiyyat, enerji, investisiya və texnologiya sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb.
İmzalanan müqavilələrin maliyyə dəyəri 7,5 milyard dollardır.
Bu sənədlərdən biri “Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi” adlı Azərbaycan və ABŞ arasında imzalanan çərçivə sənədidir. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən isə ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzalayıb.
Bununla yanaşı, SOCAR, “TotalEnergies”, XRG və BOTAŞ arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kub metr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə Avropa regionu üzrə böyük vitse-prezidenti Martina Opizzi, XRG-in beynəlxalq qaz üzrə prezidenti Mohammed Al Aryani, BOTAŞ-ın direktoru və direktorlar şurasının sədri Abdulvahit Fidan imzalayıblar.
Digər imzalanan sənədlər Niş CCGT layihəsi ilə bağlıdır. Belə ki, SOCAR və “Serbiya Elektrik Enerjisi Sənayesi” (EPS) arasında Serbiyanın Niş şəhərində qaz elektrik stansiyasının tikintisi üzrə birgə müəssisənin səhmdarlar sazişinin əsas şərtləri və layihənin əsas kommersiya elementlərinin müəyyən edilməsi üzrə əsas şərtlər sənədi imzalanıb. Sənədə SOCAR-ın prezidenti Rövşən Nəcəf və EPS-in baş direktoru Duşan Jivkoviç imza atıb.
Həmçinin SOCAR ilə “Shell” arasında enerji sahəsinin müxtəlif istiqamətləri üzrə potensial əməkdaşlığın baza prinsiplərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb. Sənəd mövcud hasilat aktivlərində səmərəliliyin artırılması, yeni yataqların kəşfiyyatı və işlənməsi, “Downstream” və LNG layihələrində iştirak, süni intellektdən istifadə, eləcə də texnologiya, bilik və insan kapitalının inkişafı istiqamətlərini əhatə edir. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, “Shell”in şirkət və payların satınalınmaları, divestisiyalar və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezident Valid Hadi imzalayıb.
Bundan başqa, SOCAR və AASS şirkəti arasında San-Marinoya qaz satışını nəzərdə tutan saziş imzalanıb. Sazişə əsasən, 2026-cı ilin oktyabr ayından qazın təchizatı həyata keçiriləcək. Sənədə SOCAR tərəfindən Rövşən Nəcəf, AASS tərəfindən baş menecer Marcello Forcellini imza atıb.
SOCAR ilə ABŞ-nin “Comstock Resources” şirkəti arasında mövcud və yeni qaz yataqlarında, eləcə də bu yataqlara xidmət edən infrastruktur layihələrində potensial əməkdaşlıq və investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, “Comstock Resources”in maliyyə və investorlarla əlaqələr üzrə vitse-prezidenti Ron Mills imzalayıb.
Bunlara əlavə olaraq, SOCAR və “JP Morgan” arasında strateji layihələrin maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsi və SOCAR-ın uzunmüddətli kapitala çıxış imkanlarının artırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, “JP Morgan” şirkətinin mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda kredit və strukturlaşdırılmış kreditlər üzrə vitse-prezidenti Martinas Saltenis imzalayıb.
SOCAR ilə “Chevron” arasında Orta Xəzər hövzəsinin Azərbaycan sektorunun neft-qaz perspektivliyinin qiymətləndirilməsi məqsədilə birgə texniki tədqiqatın aparılmasına dair Birgə Tədqiqat Sazişi imzalanıb. Sənədi SOCAR tərəfindən Rövşən Nəcəf, “Chevron” tərəfindən şirkətin Avrasiya üzrə İcraçı direktor Derek Magness imzalayıb.
SOCAR və “Apollo Global Management” arasında TANAP layihəsi üzrə investisiya dəstəyi haqqında saziş imzalanıb. Sənəddə TANAP layihəsi üzrə strateji maliyyə əməkdaşlığı; “Apollo” “SOCAR Türkiyə”nin TANAP-da 7 faizlik payını saxlayan holdinq şirkətində minoritar və qeyri-nəzarət payları əldə edir. Sənədə SOCAR tərəfindən qurumun prezidenti Rövşən Nəcəf, “Apollo Global Management” tərəfindən şirkətin idarəedici direktoru Jonathan Bar imza atıb.
SOCAR və “Apollo Capital Management” arasında enerji maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair də Anlaşma Memorandumu imzalanıb. Sənəddə TANAP üzrə mövcud maliyyələşmənin 300 milyon dollaradək artırılması və SOCAR Qrupunun digər aktivləri üzrə maliyyələşmə mexanizmlərinin araşdırılması nəzərdə tutulur. Tərəfləri SOCAR prezidenti Rövşən Nəcəf, “Apollo Capital Management”in idarəedici direktoru Jonathan Bar təmsil edib.
Həmçinin SOCAR və Corc Vaşinqton Universiteti (GWU) arasında “Washington Hub” platforması çərçivəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəddə “Washington Hub” platforması çərçivəsində qarşılıqlı maraq sahələrinin müəyyən edilməsi və birgə layihələrin həyata keçirilməsi üzrə əsas prinsiplərin razılaşdırılması qeyd olunur. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, GWU qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova imzalayıb.
SOCAR və “Haimaker.ai” arasında Süni İntellekt Bulud İnfrastrukturunun inkişafına dair əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədə SOCAR prezidenti Rövşən Nəcəf, “Haimaker.ai” şirkətinin baş icraçı direktor və həmtəsisçi Su Le imza atıb.
Daha sonra Azərbaycan və ABŞ arasında 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolu imzalanıb. Protokol iclasın nəticələrini özündə əks etdirir. Sənədə Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən Kaleb Orr imza atıb.
İqtisadiyyat Nazirliyi ilə “Oracle” şirkəti arasında əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyi adından sənədi nazir müavini Səməd Bəşirli, “Oracle” şirkəti adından isə baş vitse-prezident Jason Rees imzalayıb.
Eyni zamanda, SOCAR ilə “Lummus Technology” arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Saziş neft emalı və neft-kimya sahələrində əməkdaşlıq çərçivəsinin müəyyən edilməsini, texnoloji infrastrukturun inkişafını, mühəndislik işlərinin həyata keçirilməsini və potensial lisenziya proseslərini, o cümlədən “Petkim” “Master Plan” layihəsi üzrə lisenziyaların əldə olunmasını əhatə edir. SOCAR adından sənədi prezident Rövşən Nəcəf, “Lummus Technology” adından isə Yaxın Şərq və Şimali Afrika (MENA) regionu üzrə vitse-prezident və baş direktor Lummus Technology Fadi Mhaini imzalayıb.
Qeyd edək ki, imzalanan sənədlər (investisiya dəyəri 7,5 milyard dollar) Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının enerji, investisiya, innovasiya və strateji resursların idarə olunması sahələrində yeni mərhələyə keçdiyini nümayiş etdirir.
Dünən, 18:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
Dünən, 16:00
Sabah 36 dərəcə isti olacaq
Dünən, 15:30
ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
Dünən, 13:20
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Dünən, 13:10
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Dünən, 12:26
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Dünən, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Dünən, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Dünən, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Dünən, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Dünən, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Dünən, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Dünən, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Dünən, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Dünən, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Dünən, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Dünən, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Dünən, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Dünən, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Dünən, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Dünən, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Dünən, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
16-06-2026, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
16-06-2026, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
16-06-2026, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
16-06-2026, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
16-06-2026, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?