Siyavuş Novruzov: “Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”
““Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların YAP-a görüşlə bağlı müraciətində konkret müzakirə mövzuları göstərilməyib”.Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi müxalif partiya rəhbərlərinin YAP-a müraciətində konkretlik yoxdur və bu haqda hər hansı sənəd təqdim edilməyib: “Konkret bir proqram, plan, layihə ortada yoxdur. Biz nəyi müzakirə edəcəyik?! Yeni Azərbaycan Partiyası və iqtidar istənilən məsələnin müzakirəsinə hazırdır. Bilirsiniz ki, YAP-ın tərkibində Dialoq Komissiyası fəaliyyət göstərir və buna da Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov rəhbərlik edir. Keçən il Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyətinin iştirakı ilə 4 dəfə görüş keçirilib, müxtəlif təkliflər irəli sürülüb və bunlar ardıcıl şəkildə müzakirə olunub. Amma hər bir müzakirənin əsasında bir sənəd dayanmalıdır. Məsələn, parlamentdə qanun layihəsi olmalıdır ki, onu müzakirə edəsən. Bu gün də hər hansı bir siyasi partiya, ya da koalisiya bir məsələ qaldırırsa, ekspertlərin hazırladığı konkret bir sənəd ortaya qoymalıdır ki, bununla bağlı müzakirə getsin. Yenə təkrar edirəm ki, ortada konkret məsələ olmalıdır. Təəssüflər olsun ki, onlar belə bir sənəd ortaya qoymayıblar”.
Xatırladaq ki, Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün YAP-a müraciət edib. Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “Ağ Blok” daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib.
Bu gün, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı