Cəbrayıla yol çəkəcəkdi, bu gün “gəlin, Zəngəzur dəhlizini çəkək” deyir
İşğal dövründə Basarkeçərdən Kəlbəcərə yol çəkən, Cəbrayıla üçüncü yolun anonsunu verən Ermənistan rəhbərliyi bu gün seçki platformasını açıqlayıb və “hər şey bitdi” deyib! Azərbaycanın işğal olunmuş ərazilərinə kimin yol çəkdirdiyinin bir o qədər də əhəmiyyəti yoxdur, bu qanunsuzluğu Ermənistanın rəhbər şəxsləri həyata keçirirdilər, əsas odur ki, bu gün o ölkənin başında dayananlar tamam fərqli mövqedədirlər.
2018-ci ilin bu günlərini xatırlayaq. Qolu sarıqlı, beli çantalı Nikol Paşinyanın bir dəstə adamla Serj Sərkisyanı hakimiyyətdən düşürməsi çoxlarını heyrətləndirmişdi. Paşinyanın parlamentdə cəmi 59 səslə (42 deputat əleyhinə səs vermişdi), özü də ikinci turda baş nazir seçilməsi şok effekti doğurdu. Seçilən kimi ilk səfərini Azərbaycanın Şuşa şəhərinə edən, yeyib-içib, “yallı gedən”, məsti-xumar olub torpaq üstə sərələnən, sonrakı ildə Qarabağın Ermənistana aid olduğu barədə iddialar səsləndirən bir adam bu gün yaxasında “Real Ermənistan”ın bayrağı seçki təbliğatı aparır və əsas sözü də odur ki, birdən “Qarabağ” deyərsiniz, onda özünüzdən küsün!
Sözsüz ki, bu reallığı yaradan Azərbaycan dövləti, Azərbaycan Prezidenti və qalib ordumuzdur!
Paşinyanın seçki platformasına diqqət edin: “Sizin dəstəyinizlə “Mülki Müqavilə” partiyası ən mühüm missiyasını yerinə yetirdi. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün dinc inkişaf dövrünü açıb”.
Azərbaycanla əldə olunan sülh təkcə hakim komanda deyil, bütövlükdə Ermənistan üçün xilas yoludur, Paşinyan bunu çox yaxşı bilir. O, hələ də cəhd göstərir ki, savaş ritorikasında olan yolsuzlar da anlasınlar, yenidən ermənilərin beynini zəhərləməyə çalışmasınlar. Düzdür, müalicə çox ağır və uzunmüddətli prosesdir. Tarix boyunca uşaqlarına düşmən olaraq türkü nişan verən ermənilərin faciəsidir bu...Ona görə də Paşinyan yaxasına taxdığı Ermənistanın “real xəritəsi”ndən uşaqların da yaxasına sancır, onlardan başlamaq istəyir müalicəyə.
“Mülki Müqavilə” partiyasının fövqəladə konfransında çıxış edən Paşinyan Qarabağ hərəkatının Ermənistan üçün “geosiyasi tələ” olduğunu və bu mövzunun artıq arxivə verildiyini deyib. O, açıq mətnlə bildirib ki, sülhə nail olmağın yeganə yolu keçmiş iddialardan tamamilə imtina etməkdir! Sitat: “Daha kimin harada yaşadığını, kimin nəyinin olduğunu eşələməyəcəyik. Biz bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var”.
Bəli, Paşinyan bu müddətdə arxivlərə də baş vurmaq imkanı qazanıb. O bilir ki, nəinki Azərbaycana aid tarixi xəritələrdə, hətta Çar Rusiyasına aid sənədlərdə, 1903-cü ilin xəritəsində Qafqazda Ermənistan adlı bir ölkə yoxdur, olanı da 9 min kv.km-lə Azərbaycan ərazisində məhz Sovet Rusiyası yaradıb. Lakin bu günə qədər həmin ölkənin “kadastr sənədi” alınmayıb, hətta Paris Sülh Konfransında belə, Ermənistan qeydiyyatdan keçməyib, Azərbaycan dövlətindən fərqli olaraq.
Paşinyan bilir ki, 2020-ci ilin 44 günlük dərsindən və 2023-cü ilin antiterror zərbəsindən sonra yenidən səhvlərə yol versə, davanı davam etdirmək fikrinə düşsə, Azərbaycan dövləti Parisdəki xəritəni masaya daşıyıb, tarixi haqqına sahiblənə bilər. Ona görə də “ağıllı olaq” mesajını verir ölkədaşlarına. Ən doğrusu da budur.
Qarabağdan könüllü gedən ermənilərin “zorla köçürülmüş” adlandırılmaması, 7 iyun seçkilərinə gəlməklə əslində Azərbaycanla imzalanacaq yekun sülh müqaviləsinə və TRIPP (Zəngəzur dəhlizi) layihəsinə səs verməyə çağırış edilməsi də təqdirolunandır. Bəli, bu, Azərbaycan Prezidentinin yaratdığı reallıqdır. Paşinyan vaxtilə Cəbrayıla yol çəkmək istəyirdi ki, Qarabağa, Şərqi Zəngəzura alternativ marşrutlarla gəlsin. Budur, seçicilərinə xitab edir ki, “səsverməyə gəlin, gedək, Zəngəzur dəhlizini – TRIPP-i çəkək”, deyir! Alqışlansın!
Qafqazda normal atmosferin yaranması üçün öncə ermənilərdən maşa kimi istifadəyə son qoyulması lazımdır. Paşinyan bu yolda haraya qədər məsafə qət edə biləcək, demək çətindir. Çünki vaxtilə etibarı sarsıdan çox ziddiyyətli mövqelər sərgiləyib. Amma görünən budur ki, Moskva danışıqları Paşinyan üçün təminat rolunu oynayıb.
Əks təqdirdə, Paşinyan Rusiya lideri ilə görüşdən qayıtdıqdan sonra yerli məhkəmə əsas rəqib Samvel Karapetyanın ev dustaqlığını daha 3 ay artırmağa cürət etməzdi. Üstəlik, milyarderin tərəfdarları qapazaltı edilib, həbs olunub. Nikol Paşinyanın Rusiya prezidenti ilə iyunun ikinci yarısında görüş razılaşması barədə açıqlaması da çox şeyi deyir. Və...çox rahat şəkildə Azərbaycanla sülhdən danışması, “miatsum bitdi” deməsi. Təsəvvür edin, Paşinyan neçə saatdır seçki platformasını açıqlayıb, amma hələ də onunla rəqabətə girdiyini elan edən, 80-ci illərdən “miatsum” şüarı ilə meydana atılan, cinayətlər törədən, Qarabağ məsələsini həmişə əlində bayrağa çevirib, talançılıqla məşğul olan Köçəryan-Sərkisyan cütlüyündən soraq yoxdur, sanki lal-kar olublar. Bəlkə də ölüblər. Onsuz da Qarabağ azad olunandan ölmüşdülər...musavat.com
Antalya Diplomatiya Forumundakı o kadrı kimsə unutmaz yəqin: Azərbaycan, Türkiyə və Pakistan liderləri bir arada! Bu birlik bizimlə düşmən olmaq istəyənlərə gözdağıdır. Kimsə unutmasın gərək!
Bu gün, 12:14
Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
Bu gün, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu gün, 11:14
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Bu gün, 11:07
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Bu gün, 10:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu gün, 10:03
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu gün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Bu gün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Bu gün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Bu gün, 09:35
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Bu gün, 09:29
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Bu gün, 09:24
Qalibaf Bakıya gəldi
Bu gün, 09:00
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı