Bakı və İrəvan mühüm HADİSƏ ərəfəsində - Yeni GƏLİŞMƏ
"Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin”.
Bunu Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı deyib ki, biz de-fakto olaraq birtərəfli şəkildə dəhlizləri Ermənistan üçün açmışıq:
“Hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil”.
Eyni tədbirdə çıxış edən Ermənistan Prezidenti Vaaqn Xaçatryan isə Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş olacağının anonsunu verib.
“Məsələlərin sülh yolu ilə həlli üçün siyasi liderlərin rolu çox vacibdir. Bu, sizin cəsarətinizdən, liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji məqamlara baxmaq bacarığınızdan asılıdır. Bu, ölkələrin uğurunu şərtləndirəcək. Şükür ki, ölkəmizin liderləri bu yolu, gələcəyi, ölkələrimizin sülhünü və xalqın rifahını seçiblər. Bu, hər şeydən üstündür. Bunlar, sadəcə, sözlər deyil. Mən siyasi fəaliyyətimdə həmişə sülh üçün faydalı olmağa çalışmışam, çünki bir şeyi aydın başa düşürəm. Qonşularınız varsa, yalnız qonşularınızla, o cümlədən gündəlik həyatınızda sülh içində yaşayın. Başqa yol yoxdur. Başqa yol mübahisə, dava, vaxt itkisi deməkdir. Buna görə də həqiqətən uğur qazanacağımıza nikbinəm. Birgə iqtisadi və mədəni layihələrimiz də olacaq. İki ölkənin vətəndaş cəmiyyəti üzvləri görüşəndə, həqiqətən də, üstünlük qazanacağıq və artıq qazanmışıq. Növbəti dəfə işgüzar dairələr arasında da görüşlər olacaq”, - deyə Ermənistan prezidenti qeyd edib.
Xaçatryan İrəvanda insanların artıq avtomobilləri üçün Azərbaycan yanacağını ala bildiyini diqqətə çatdırıb: “İllər əvvəl bu barədə danışsaydınız, buna düşmən münasibəti olardı. Amma bu, yaşadığımız yeni reallıqdır. Böyük ölkələrin böyük problemləri var. Bizim öz ölkələrimiz, maraqlarımız, maraqlarımız naminə atmalı olduğumuz addımlar var. Əgər bir ölkənin strategiyası, öz gələcəyi ilə bağlı aydın mövqeyi və bu tədbirlərin həyata keçirilməsi mexanizmləri varsa, həqiqətən də bu çətin vəziyyətlərin öhdəsindən gələ bilər”.
İlham Əliyevin dediyi Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit nə vaxta reallaşa bilər? Bəs diplomatik münasibətlər olmadan biznes dairələri atasında baş tutacaq görüş nə dərəcədə tərəflər üçün faydalı olacaq? Tez deyil ki?
Deputat Azər Badamov Musavat.com-a deyib ki, Prezident İlham Əliyevin yaratdığı yeni reallıq regionumuza de-fakto sülh gətirib:
“De-fakto sülhün gəlişi Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın üçüncü ölkə üzərindən həyata keçirilməsinə imkan verib. Azərbaycan Ermıənistana daşınan yüklərə tranzit məhdudiyyətləri aradan qaldırıb. Ölkəmiz yaranmış sülh gündəliyinin daha da möhkəmlənməsinə xidmət edən addımları davam etdirməkdədir. Sülhün institutlaşdırılması və etimad mühitin gücləndirilməsi üçün addımlar davam etdirilir. Bu baxımdan vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri xalqlarımızın bir-birinə yaxınlaşmasına yol açır. Davosda Ermənistan prezidenti Vaaq Xaçatıryan Prezident İlham Əliyevin dediyi fikirlərə nəyisə əlavə etməkdə çətinlik çəkdiyini və bütün fikirləri ilə tam razı olduğunu bildirərək biznes strukturları arasında görüşlərin keçirilməsindən və Ermənistandan da daşınmaların həyata keçirilməsinə imkan yaradılmasının müzakirə olduğundan danışdı. Təbii ki, bu gün bütün daşınmalar Gürcüstan üzərindən həyata keçirilir. Bu bərqərar olunmuş de-fakto sülhlə bağlıdır. Amma de-yure sülhün olmaması, yəni yekun sülh müqaviləsinin imzalanmaması iki ölkə arasında birbaşa münasibətlərin qurulmasına mane olur”.
Onun fikrincə, Ermənistan birbaşa Azərbaycanla münasibətləri qurmağa tələsirsə, ilk növbədə iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına tələsməlidir:
“Azərbaycan bütün qonşuları ilə sülh və əməkdaşlıq şəraitində yaşamağa açıqdır. O cümlədən Ermənistan da qonşumuzdur və nə vaxtsa biz də iki qonşu ölkə olaraq normal münasibətləri formalaşdıracağıq. Məhz ona görə də 44 günlük Vətən müharibəsi zamanı müharibəni Şuşanı azad etməklə dayandırdıq. Əks halda biz tarixi torpaqlarımızı da azad edərdik və müharibə sonu görünməz münaqişəyə çevriləcəkdi. Amma Prezident İlham Əliyevin müdrik siyasəti və diplomatiyası regionumuza de-fakto sülh gətirib. Ermənistan da bu gün bərqərar olunmuş de-fakto sülhünün de-yure sülhə çevrilməsinə tələsməlidir”.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı