Bakı ilə İrəvanın iqtisadi dialoqu Kreml və Tiflisi niyə qorxudur: Qafqazda sülhə açılan "enerji qapısı"nı kim sabotaj edir
Siyaset
Oxunub: 136
15 dek 2025 | 09:16
Bakı ilə İrəvanın iqtisadi dialoqu Kreml və Tiflisi niyə qorxudur: Qafqazda sülhə açılan "enerji qapısı"nı kim sabotaj edir


Azərbaycan-Ermənistan enerji dialoqu pozitiv inkişaf edərsə, bu proses Rusiyanın regional monopoliyasını zəiflədər, Gürcüstanın tranzit ölkə statusunu ciddi sual altına salar... Bu halda, ABŞ və Qərbin Cənubi Qafqazda iqtisadi-ticari əsaslı regional sülh modeli güclənəcək və bu, enerji faktorunun region üçün artıq geopolitik təsir mexanizmi olduğunu göstərir...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda onilliklər boyu hərbi-siyasi qarşıdurma üzərində qurulan regional düzən tədricən yeni — iqtisadi-ticari və kommunikativ mərhələyə qədəm qoyur. Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsinin Qəbələdə müzakirə olunduğunu təsdiqləməsi bu transformasiyanın ən diqqətçəkən göstəricilərindən biridir. Bu açıqlama yalnız mümkün enerji ticarəti faktı deyil, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçə biləcəyinə dair mühüm siyasi mesajdır.

Onu da qeyd etmək lazımdır ki, Mqer Qriqoryanın “əməkdaşlıq üçün imkan var” ifadəsi siyasi-diplomatik baxımdan, son dərəcə ölçülüb-biçilmiş, ancaq məzmun etibarilə olduqca dərin geopolitik mesaj daşıyır. Çünki Ermənistan tərəfi açıq şəkildə bildirir ki, enerji məsələsində artıq dövlətlərarası siyasi sazişlər deyil, məhz bazar prinsipləri əsasında formalaşan özəl sektor əməkdaşlığı ön plana keçməyə başlayıb.

Belə anlaşılır ki, birincisi, Ermənistan faktiki olaraq, Azərbaycanın regional enerji oyunçusu statusunu qəbul edir. Eyni zamanda, rəsmi İrəvan bu sahədə Ermənistan üçün alternativlərin məhdud olduğunu etiraf etmək məcburiyyəti ilə də barışıb. Və digər tərəfdən isə Azərbaycan üçün bu proses geopolitik risk daşımadan, iqtisadi təsir alətlərini daha da genişləndirmək imkanı yaradır.

Eyni zamanda, erməni nazir müavininin neftin “bazar dəyərinə” satılacağını vurğulaması Ermənistanın Rusiyadan enerji asılılığı modelindən tədricən uzaqlaşmaq niyyətinin dolayısı etirafı kimi də qəbul oluna bilər. Hər halda, Ukrayna savaşı fonunda Rusiyanın enerji resurslarından geopolitik silah kimi istifadə etməsi rəsmi İrəvanı alternativ qaynaqlar axtarmaq məcburiyyətində buraxır.

Təbii ki, bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi qərarını açıq şəkildə alqışlaması da qətiyyən təsadüfi deyil. Bu, ilk növbədə, rəsmi İrəvanın regional kommunikasiya xətlərinin açılmasını Ermənistan üçün artıq təhlükə deyil, məhz iqtisadi xilas mexanizmi kimi gördüyünü biruzə verir.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın “Cənubi Qafqaz regionunun bütün ölkələri üçün iqtisadi dayanıqlıq” vurğusu isə rəsmi İrəvanın Azərbaycan ilə dialoqunun yalnız ikitərəfli münasibətlər kontekstində olmadığını da göstərir. Yəni, rəsmi İrəvan bu dialoqu əslində, daha geniş çərçivədə - Avrasiya ticarət və logistika sisteminin bir hissəsi kimi təqdim etməyə çalışır. Burada Azərbaycan üçün əsas geostrateji üstünlük ondan ibarətdir ki, regional sülh gündəliyi artıq təhlükəsizlik yox, iqtisadi-ticari rasionalizm üzərindən irəliləyir. Və bu isə rəsmi Bakı üçün Qərb paytaxtlarına münasibətdə əlavə təsir faktorları yaradır.

Ancaq nə qədər qəribə və ya gözlənilməz də olsa, məhz bu önəmli proseslərin pozitiv inkişafına paralel olaraq, Gürcüstan amili də indi ön plana çıxmağa başlayıb. Hətta Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili belə, ölkəsinin hökumətinə qarşı sərt ittihamları ilə Cənubi Qafqazda üzdə görünməyən, ancaq önəmli xarakter daşıyan bir əngələ işarə edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yanacaq daşınması məhz Gürcüstan ərazisindən keçməli idi. Ancaq rəsmi Tiflisin tətbiq etdiyi yüksək tariflər və qeyri-rəsmi rüsumlar bu prosesi faktiki olaraq, bloklayıb.

Maraqlıdır ki, son vaxtlar rəsmi Tiflis Azərbaycan ilə strateji münasibətləri xüsusi olaraq, qabartmağa həvəsli görünür. Ancaq əslində isə müşahidələr onu göstərir ki, Gürcüstan hakimiyyətinin bəzi davranışları tranzit ölkəyə aid çərçivədən çıxaraq, geopolitik sabotaj keyfiyyəti qazanmağa başlayıb. Və Mixail Saakaşvilinin rəsmi Tiflisə yönəlik ittihamlarında da ön plana çıxan Gürcüstanın geopolitik sabotaj cəhdləri üç istiqamət üzrə indeksləşmiş kimi görünür.

Belə anlaşılır ki, Gürcüstanda hakimiyyətdə olan Rusiyaya bağlı Bidzina İvanişvilinin siyasi komandası bu ölkəni regional tranzit qovşağı kimi deyil, məhz "logistik nəzarət aləti" kimi istifadə etməyə çalışır. Eyni zamanda, rəsmi Tiflis regional çərçivədə Azərbaycan-Ermənistan normallaşmasının Gürcüstanın “vasitəçi üstünlüyünü” zəiflətmə ehtimalına da müqavimət göstərməyə cəhd edir. Nəhayət, Gürcüstan ABŞ-ın irəli sürdüyü regional dəhliz və geoiqtisadi inteqrasiya konsepsiyasının Rusiyanın geopolitik maraqlarına ciddi şəkildə zidd olduğunu da nəzərə alır.

Əslində, rəsmi Tiflisin son davranışları böyük ölçüdə Gürcüstan üçün də ciddi risk daşıyır. Çünki əgər, belə davam edərsə, Azərbaycan ilə strateji münasibətləri qabartmasına baxmayaraq, Gürcüstan yalnız iqtisadi deyil, siyasi baxımdan da etibarsız tərəfdaş imici qazana bilər. Ona görə də, indi rəsmi Tiflis öz davranışlarını “Bu, Kremlin tapşırığıdır, yoxsa, ABŞ-a meydan oxumadır” sualı üzərindən arqumentləşdirməyə məcbur qala bilər.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstan hakimiyyətinin son illərdə Rusiya ilə açıq konfrontasiyadan yayınması, eyni zamanda, ABŞ və Qərbə qeyri-müəyyən mesajlar göndərməsi regionda birmənalı şəkildə etimadsızlıq mühiti yaradır. Hər halda, əgər, Azərbaycan-Ermənistan enerji və tranzit əməkdaşlığı Gürcüstan üzərindən deyil, məhz alternativ marşrutlarla reallaşarsa, onda rəsmi Tiflis bu ölkənin əsas geopolitik kapitalı olan tranzit dövlət statusunu böyük risk altına atmış olacaq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan-Ermənistan enerji dialoqu artıq sadəcə, iki ölkə arasındakı texniki razılaşma prosesi deyil. Çünki bu proses pozitiv istiqamətdə inkişaf edəcəyi təqdirdə, Rusiyanın regiondakı enerji monopoliyasını zəiflədəcək, Gürcüstanın tranzit ölkə statusunu ciddi sual altına salacaq, ABŞ və Qərbin Cənubi Qafqazda iqtisadi-ticari əsaslı regional sülh modelini gücləndirəcək. Və bu yeni reallıq enerji faktorunun Cənubi Qafqaz üçün artıq geopolitik təsir mexanizmi olduğunu göstərir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü