Cənubi Qafqazda yeni status-kvo: Münaqişədən sülhə keçidin Azərbaycan modeli
Siyaset
Oxunub: 147
11 dek 2025 | 09:11
Cənubi Qafqazda yeni status-kvo: Münaqişədən sülhə keçidin Azərbaycan modeli


Cənubi Qafqazda son illər formalaşan geosiyasi dinamika regionun gələcək təhlükəsizlik arxitekturasını tamamilə yenidən müəyyənləşdirir. Azərbaycanın yaratdığı yeni reallıqlar və postmünaqişə mərhələsində formalaşdırdığı status-kvo təkcə regional deyil, həm də Avrasiya məkanında uzunmüddətli sülhə və əməkdaşlığa real töhfələr verir. Bu prosesin əsas siyasi-fəlsəfi çərçivəsini isə Prezidentin köməkçisi Hikmət Hacıyevin Doha Forumundakı çıxışları aydın şəkildə ortaya qoyur.

Yeni status-kvo: Münaqişədən sülhə keçidin Azərbaycan modeli

Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni reallıq regionda 30 illik münaqişə dövrünə son qoyaraq sülhə əsaslanan inkişaf mərhələsini gündəmə gətirdi. Hikmət Hacıyev bu reallığı “ədalətli sülhə əsaslanan yeni status-kvo” kimi xarakterizə edərək vurğulayıb ki, regionda sabitliyin bərpası artıq geridönməz xarakter alır.

Bu yeni dönəmdə əsas məqsədə çevrilən amillər bunlardır: Dayanıqlı sülh və təhlükəsizlik modelinin qurulması; regional əməkdaşlığın genişləndirilməsi; Azərbaycan–Ermənistan münasibətlərində etimadın möhkəmləndirilməsi; Cənubi Qafqazın qlobal rəqabət platformasından əməkdaşlıq məkanına çevrilməsi.

Bu yanaşma, Hikmət Hacıyevin sözləri ilə desək, sülhü yalnız hökumətlərarası sənəd deyil, həm də “xalqlar arasında uzunmüddətli, davamlı və geri dönməz etimad layihəsi”nə çevirməyi hədəfləyir.

“Kemp-Devid Modeli”: Vaşinqton razılaşmasına aparan yol

Hacıyev Cənubi Qafqazda mümkün tarixi sülh sazişini tez-tez “Kemp-Devid modeli” ilə müqayisə edir. Burada əsas məqsəd analoji olaraq regionda yeni təhlükəsizlik arxitekturasının qurulması, davamlı siyasi dialoqun təşkili və münaqişə risklərinin sıfıra endirilməsidir.

Onun fikrincə, Ermənistanla əldə olunacaq tarixi Vaşinqton razılaşması regionun siyasi və geosiyasi çərçivəsini tamamilə dəyişəcək: Münaqişə dövrünün qapanması; sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması; regional iqtisadi inteqrasiyanın başlanması; qlobal güclərin prosesə dəstəyi ilə yeni təhlükəsizlik platformasının qurulması.

Bu saziş yalnız iki ölkənin deyil, bütövlükdə Avrasiyanın enerji, nəqliyyat və təhlükəsizlik xəritəsini yenidən formatlayacaq bir addım kimi qiymətləndirilir.

Doha Forumunun mesajları: Etimadın bərpası və yeni təhlükəsizliyin əsasları

Hacıyevin Dohadakı çıxışında iki mühüm tezis ön plana çıxır:

1. Sülhü qorumaq üçün güclü təhlükəsizlik arxitekturası lazımdır

Hacıyev vurğulayıb ki, regionda sülhü pozmaq istəyən aktorlar ola bilər, buna görə də, etimadın möhkəmləndirilməsi, geri dönməz hüquqi-siyasi mexanizmlərin qurulması, regional təhlükəsizlik platformasının yaradılması vacibdir. Azərbaycan regional liderlik nümayiş etdirərək bu prosesə məsuliyyətlə yanaşır.

2. Etimad mühitinin yaradılması

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da Dohada Hacıyevlə birlikdə verdiyi mesaj regionda yeni psixoloji mühitin formalaşdığını göstərir. Qriqoryanın “etimad divarında yeni kərpiclər” ifadəsi tərəflərin sülhü real praktik addımlarla irəlilətməyə çalışdığını təsdiqləyir. Bu, təkcə Ermənistan, Azərbaycan cəmiyyətinə deyil, eyni zamanda beynəlxalq aləmə verilən mesaj idi ki, artıq tərəflər etimad mühitinin yaradılması istiqamətindəki niyyətləri ciddidir. Biz bura hər iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılqılı səfərini qeyd etsək, o zaman mənzərə tam aydın olar. Çünki biz qarşıdakı mərhələdə dayanıqlı sülhə xidmət edən qarşılıqlı etimad mühitinin yaranması məqsədi təkcə vətəndaş cəmiyyətinin nümayəndələrinin deyil, digər sahənin əməkdaşlarının, xüsusən də media, mədəniyyət, parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin şahidi ola bilərik. Ona görə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə Armen Qroqoryanın birgə müsahibəsi, eyni zamanda Doha Forumundakı dialoq bölgənin gələcəyi üçün mühüm siyasi siqnaldır.

Hacıyevin sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərliyi artıq “ixtilafları kənara qoyub sülhə doğru hərəkət etmək” qərarı verib. Bu, qlobal miqyasda davam edən münaqişələr fonunda Cənubi Qafqaz üçün nadir “uğur hekayəsi”dir.

Bakının mesajı aydındır: regional rəqabət deyil, əməkdaşlıq modeli; qlobal güclərin prosesə dəstəyinin vacibliyi; sülhün iqtisadi inteqrasiya ilə möhkəmləndirilməsi. Bu, həm regionun, həm də Avrasiya coğrafiyasının təhlükəsizliyinə töhfə verəcək.

Cənubi Qafqazda yeni siyasi srxitekturanın bünövrəsi

Azərbaycanın formalaşdırdığı yeni reallıq və ardıcıl şəkildə həyata keçirdiyi sülh təşəbbüsləri regionun gələcəyini müəyyənləşdirən əsas faktora çevrilib.

Doha Forumunda səslənən mesajlar üç fundamental nəticəni ortaya qoyur:

- Cənubi Qafqazda münaqişə epoxası başa çatıb.
- Regional sülh və təhlükəsizlik modeli Azərbaycan liderliyi ilə formalaşır.
- Sülh prosesinə qlobal dəstək regionun uzunmüddətli sabitliyini təmin edəcək.

Yeni status-kvo Cənubi Qafqazı əməkdaşlıq və tərəfdaşlığın mərkəzinə çevirən siyasi reallıqlar üzərində qurulur. Bu isə yalnız region ölkələri üçün deyil, Avrasiya və qlobal təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyət daşıyır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı