Qərbin Qafqazı qarışdırmaq cəhdləri yenə artır: Bakı və İrəvan anlaşır, Avropa Birliyi isə pozmağa çalışır
Siyaset
Oxunub: 147
11 dek 2025 | 09:00
Qərbin Qafqazı qarışdırmaq cəhdləri yenə artır: Bakı və İrəvan anlaşır, Avropa Birliyi isə pozmağa çalışır


Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşma ehtimalı və regional sülh gündəliyi ön planda olsa da, Avropa Birliyi hələ də bu prosesi pozmağa yönəlik cəhdlərindən imtina etməyə tələsmir... Bu, onu göstərir ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması prosesi qarşısında ən böyük əngəl həmişə olduğu kimi, yenə də məhz kobud kənar müdaxilə cəhdlərindən qaynaqlanır...

Yeni Müsavat xəbər verir ki, Cənubi Qafqazda son vaxtlar cərəyan edən siyasi-diplomatik proseslər bu regionda tamamilə yeni reallığın formalaşdığını göstərir. Ermənistan rəsmilərinin ard-arda verdiyi sülh mesajları, rəsmi İrəvanın Azərbaycanla tranzit əməkdaşlığına can atması və “3+3” formatının yenidən gündəmə gəlməsi savaşdan sonrakı dövr üçün yeni prioritetlərin önünün açıla biləcəyini biruzə verir. Və bu siyasi-diplomatik dinamika həm geoiqtisadi, həm də geopolitik baxımdan, Cənubi Qafqazda inteqrativ modellərin aktuallaşmasına münbit şərait yaradır.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın Almaniyanın paytaxtı Berlində səsləndirdiyi bəyanat Ermənistanın mövqeyində ciddi dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki erməni baş nazir bildirib ki, rəsmi İrəvan siyasi və texniki cəhətdən Türkiyə ilə Azərbaycan arasında Ermənistan üzərindən tranzit xəttini dərhal açmağa hazırdır. Bu bəyanatdan bir müddət öncə isə Azərbaycan Ermənistana qarşı tranzit məhdudiyyətlərini artıq qismən aradan qaldırmağa başlamışdı. Nəticədə, Qazaxıstandan Ermənistana ilk dəfə olaraq, dəmir yolu ilə taxıl daşınmışdı. Və baş nazir Nikol Paşinyan bunu müstəqil Ermənistan tarixində örnəyi olmayan önəmli hadisə adlandırmışdı.

Ona görə də, indi bəzi önəmli məqamlar da diqqəti çəkir. Belə ki, rəsmi İrəvan vaxtilə Ermənistanı blokadaya düçar etmiş yanlış siyasi-ideoloji konsepsiyadan tədricən imtina etməyə başlayıb. Yəni, son vaxtlar Ermənistanın Cənubi Qafqazdakı nəqliyyat-kommunikasiya marşrutlarına maksimum dərəcədə inteqrasiya olunmasına yönəlik siyasət indi artıq rəsmi İrəvanın əsas doktrinasına çevrilir. Buna paralel olaraq isə Azərbaycanın regional logistik mərkəz rolunun möhkəmlənməkdə olduğu da müşahidə edilir. Və rəsmi Bakı Cənubi Qafqaz-Mərkəzi Asiya-Türkiyə nəqliyyat-kommunikasiya xəttində əsas tranzit aktor kimi öz mövqeyini daha da gücləndirir.

Maraqlıdır ki, rəsmi İrəvan indi Azərbaycanla yalnız nəqliyyat-kommunikasiya əməkdaşlığına deyil, həm də iqtisadi-ticari münasibətlərə də can atır. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi İrəvanın Azərbaycan istehsalı olan malların idxalında maraqlı olduğunu açıqlayıb. O, həmçinin Azərbaycanın məhsullarının Ermənistan vasitəsilə Naxçıvana və Türkiyəyə tranzitinin müzakirə edildiyini də bildirib.

Təbii ki, Azərbaycan və Ermənistan arasında təxminən 30 illik hərbi-siyasi qarşıdurmadan sonra bu bəyanatlar postsovet dövrünün ən radikal geopolitik dəyişikliklərinin ilkin əlamətləri kimi diqqəti çəkir. Bu, Ermənistan üçün iqtisadi diversifikasiya, regional logistik sistemə qoşulma şansı, yeni iqtisadi-ticari bazarlara çıxış imkanlarının genişlənməsi deməkdir. Azərbaycan üçün isə Zəngəzur dəhlizi layihəsinin ətrafında mövcud olan gərginliyin yumuşalması, indiyə qədər istifadə edilənlərə alternativ nəqliyyat-kommunikasiya marşrutlarının açılması, Naxçıvanla birbaşa əlaqələrin gücləndirilməsi imkanlarını yaradır.

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsi prosesində yeni mərhələnin başlanma ehtimalı da artmış kimi görünür. Belə ki, Alen Simonyanın sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin daha bir bölgəsində delimitasiya prosesinin yekunlaşacağı gözlənilir. Və bu, o deməkdir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlik texniki hazırlıq prosesi real və davamlı xarakter daşıyır.

Nəhayət, daha bir önəmli geopolitik məqam ondan ibarətdir ki, Cənubi Qafqaz üzrə “3+3” formatı yenidən aktivləşdirilir və regionda yeni siyasi-diplomatik arxitektura formalaşır. Ermənistan XİN-dən verilən açıqlamaya görə, “3+3” formatında növbəti görüş ya İrəvanda, ya da Bakıda keçirilə bilər. Halbuki, Rusiyaya müəyyən geopolitik manevr imkanları açması ucbatından bu format son vaxtlara qədər Ermənistanda ciddi mübahisə doğuran məsələ sayılırdı.

İndi isə belə anlaşılır ki, rəsmi İrəvan bu regional formatdan kənarda qalınmasını artıq Ermənistanın maraqlarına zidd hesab edir. “3+3” formatı Türkiyə, Rusiya və İranın da daxil olduğu geniş regional masa kimi geopolitik baxımından, öz əhəmiyyətini hələ də qoruyur. Ona görə də, Alen Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda keçirilə biləcək növbəti görüşdə iştirakını istisna etmir. Və bu, rəsmi İrəvanın ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi çoxşaxəli regional formata qatılmağa qarşı çıxmadığını göstərir.

Ancaq Avropa Birliyinin Cənubi Qafqaz siyasəti hələ də regional sülh prosesinə olduqca ciddi təhdid qaynağı olaraq, qalmaqdadır. Belə ki, Avropa Birliyi və Ermənistan arasında imzalanmış son əməkdaşlıq sənədində Azərbaycanın milli maraqlarını hədəfə alan məqamlar yer almaqdadır. Rəsmi Bakı isə dərhal Avropa Birliyini regional sülhə əngəl olmaq cəhdlərində qınayıb və həmin sənədə sərt reaksiya verməklə, etirazını bildirib. Və böyük ehtimalla rəsmi İrəvan da Azərbaycanın haqlı olduğunu anlamamış deyil.

Buna baxmayaraq, rəsmi İrəvan ənənəvi “erməni narrativləri”ndən tamamilə xilas olmadığından, Azərbaycana qarşı olan qərəzli mövzuların gündəmə gətirilməsinə hələ də xüsusi maraq göstərir. Ona görə də, rəsmi İrəvan Avropa Birliyi və Ermənistan arasında imzalanmış qərəzli sənədə Azərbaycanın sərt reaksiyasını şərh etməkdən hələlik yayınmağa çalışır. Yəni, rəsmi İrəvan həmin sənədin Azərbaycan-Ermənistan sülh prosesinə neqativ təsir göstərməyəcəyini iddia etməklə, kifayətlənməyə üstünlük verir.

Bu davranış Ermənistanın yürütməyə çalışdığı “ikibaşlı diplomatiya”ya hələ də sadiq olduğunu göstərir. Yəni, bir tərəfdən, Azərbaycanla sülh sazişinin imzalanması və regional sistemə inteqrasiya siyasəti yürüdülür. Digər tərəfdənsə, Avropa Birliyinə yaxınlaşma prosesindən belə, Azərbaycana qarşı istifadə etməyə cəhd göstərilir. Və nə qədər qəribə də olsa, rəsmi İrəvan hazırda bu iki siyasi trayektoriyanı bir-birinə toqquşdurmadan paralel şəkildə idarə etmək strategiyasını seçib.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşma ehtimalı mövcuddur. Ancaq Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ön planda olsa da, Avropa Birliyi hələ də bu prosesi pozmağa yönəlik cəhdlərindən imtina etməyə tələsmir. Bu, onu göstərir ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması prosesi qarşısında ən böyük əngəl həmişə olduğu kimi, yenə də kobud kənar müdaxilə cəhdlərindən qaynaqlanır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı