Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf

Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir?
“Qarabağa aid danışıqlar prosesi heç vaxt Qarabağ probleminin həllinə yönəlməyib. Bütün danışıqlar prosesi Ermənistanı və müəyyən mənada Azərbaycanı geosiyasi tələdə saxlamaq məqsədi güdüb. Yəni bu danışıqlarda ”məqsəd Qarabağ problemini həll etmək deyil, Ermənistan Respublikasını müstəqil dövlətə çevrilmək imkanından məhrum etmək idi. Əslində isə Qarabağın taleyi 1996-da Lissabon sammitində Azərbaycanın xeyrinə həll olunub. Bütün bunlar barədə isə cəmiyyətə açıq şəkildə heç nə deyilməyib".
Ermənistan baş naziri Nikol Paşinyan bu sözləri parlamentdə hökumət saatı zamanı çıxışında deyib. Əslində bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin 30 illik sülh danışıqları barədə dəfələrlə söylədiklərinin təkrarı və təsdiqidir. Bəs, niyə Ermənistan lideri indi bunu etiraf etməli oldu?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gerçəkləri ölkəsinin parlament kürsüsündən səsləndirməklə, öz xalqına Qarabağ düyününün çözülməsi istiqamətində 30 ilə yaxın aparılan danışıqlarn əsil hədəfinin tamamilə başqa olduğunu demək istəyib: “Onun dedikləri həqiqətdir. Ancaq Paşinyan hər şeyi sona qədər demir. Gəlin bu hədəflərin Paşinyanın səsləndirmədiyi bir başqa üzündən danışaq. Ermənistanın o vaxtkı cinayətkar rəhbərləri bu danışıqları uzatmaqla zamanla Qarabağ məsələsini Azərbaycan xalqının yaddaşından silməyi hədəfləyirdi. Lakin bu cinayətkarlar bir məsələni hesablaya bilmədilər ki, Azərbaycan dövləti öz torpaqlarını onlara bağışlamayacaq və sadəcə olaraq zamanla onları geri almağın fürsətini yetişdirir”.
F.Yusifov hesab edir ki, Ermənistan dövlət başçısı bütün bunları söyləməklə erməni toplumunu real sülhə hazırlayır: “Paşinyan bu çıxışı ilə sanki erməni toplumuna deyir: ”ayıl ey millət, yetər kimlərinsə əlində dövlət adlı bir oyuncaq olmaq, artıq zaman yetişib - ya biz oyuncaq dövlət dərimizi yırtıb real bir dövlətə çevrilməliyik ya da məhv olmalıyıq". Paşinyanın Ermənistan parlamentindəki çıxışının açılımı budur. Yəni əslində Paşinyan bizim üçün yeni heç nə demir, sadəcə olaraq bir dövlət başçısı kimi xalqı qarşısında gerçəkləri etiraf edir. Etsin! Bu toplumun on illər uzunu beyni yuyulmuşları üçün bu həm də yaxşı təbliğatdır.
Bütün bunların fonunda demək istəyirəm ki, Paşinyan bu gün gerçəkdən Ermənistanı Rusiyanın forpostu, Fransa kimi dövlətlərin oyuncağı statusundan xilas etmək yolunda mücadilə edir və bu yolda az uğur da qazanmayıb".
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı