İrəvan mühüm tarix açıqladı: gələn martda... - Bakıdan reaksiya
Siyaset
Oxunub: 189
2 dek 2025 | 15:30
İrəvan mühüm tarix açıqladı: gələn martda... - Bakıdan reaksiya



Referendum və seçkilər eyni günə təyin edilə bilərmi?
Ötən həftəsonu Ermənistan Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib. İclasa ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib. Şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər.

“Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, yəni mətnin hazırlanması və onun hazırlanması üçün müddətləri bir daha təsdiqləmək istərdim. Bu öhdəlik konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olmasını nəzərdə tutur. Bu gün prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə etdik”, - nazir qeyd edib. Məlumdur ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununa nəzərdə tutulub. Əgər yeni konstitusiya layihəsi martadək hazır olacaqsa, o zaman referendum və seçkilər eyni günə - iyuna təyin edilə bilərmi, yoxsa Paşinyan referendumu seçkilərdən sonraya saxlamaq niyyətindədir?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ermənistanda konstitusiya islahatları uzun müddətdir müzakirə mövzusudur: “Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildə erməni xalqına konstitusiya dəyişikliyi vədi vermişdi. O dövrdən indiyədək Paşinyan hökuməti bu vədini yerinə yetirə bilməyib. 2019-cu ilin axırlarında Ermənistanda COVİD-19 virusunun yayılması, ardınca II Qarabağ savaşının başlaması, 2023-cü ildə isə ordumuzun keçirdiyi antiterror əməliyyatı nəticəsində xeyli sayda Qarabağ ermənisinin Ermənistana köçməsi referendum prosesinin təxirə salınması ilə nəticələndi. 2023-cü ildən sonra isə Ermənistan Konstitusiyası həm də bizi ilgiləndirən məsələyə çevrildi. Çünki Paşinyanın sələfləri konstitusiyalarının preambulasına bizim əraziləri əlaqələndirən müddəa salmışdılar. Belə ki, konstitusiyanın preambulasında 1990-cı il Sovet İttifaqından müstəqillik bəyannaməsinə istinad edilir, Ermənistanla Qarabağın birləşdirilməsi təklif olunur. Bu da istər-istəməz Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilir. Rəsmi Bakı da haqlı olaraq bu müddəanın Ermənistanın əsas qanunundan çıxarılmasını tələb edir. II Qarabağ savaşında ağır məğlubiyyətə uğrayan Paşinyan hakimiyyəti isə ictimai narazılıqdan çəkinərək bunu yerinə yetirə bilmir. Müxtəlif zamanlarda Azərbaycanın bu tələblərini müxtəlif bəhanələrlə geri çevirməyə çalışan rəsmi İrəvan, belə görünür ki, sonunda beynəlxalq güc mərkəzlərinin də tövsiyələri ilə haqqa gəlib. Təsadüfi deyil ki, bu ilin avqust ayında Vaşinqtonda baş tutan İlham Əliyev-Donald Tramp-Nikol Paşinyan görüşündən sonra rəsmi İrəvanın tədricən ritorikasını dəyişdirərək Azərbaycanın bütün tələblərinə konstruktiv yanaşdığı müşahidə olunurdu.

Siyasi şərhçi deyib ki, görüşdən əvvəl Azərbaycan rəsmiləri Ermənistan qarşısında 3 şərt qoymuşdular: “ATƏT-in Minsk Qrupundan imtina, Zəngəzur dəhlizinin açılması və konstitusiya dəyişikliyi. Ermənistanın baş naziri Vaşinqton görüşündən dərhal sonra ilk iki şərti qəbul edəcəyinə yaşıl işıq yandıraraq sülh müqaviləsini bağlamağa hazır olduğunu bildirsə də sonuncu şərtə tərəddüdlə yanaşırdı. Azərbaycan prezidentinin ona cavabı konkret olmuşdu: Ermənistan ev tapşırıqlarını yerinə yetirməyib. O, öz konstitusiyasına dəyişikliklər edildikdən sonra sülh müqaviləsi imzalana bilər". Görünür, ABŞ-ın da iradlarını və təhlükəsizlik qarantiyalarını nəzərə alan Paşinyan artıq sonuncu şərtimizi qəbul etmək məcburiyyətində qalıb".

Heydər Oğuzun fikrincə, Ermənistanda konstitusiya dəyişikliyi ilə əlaqədar refendumla seçkilər, böyük ehtimalla, eyni anda keçiriləcək: “Bir neçə gün əvvəl Ermənistan Konstitusiya İslahatları Şurasının növbəti iclasının keçirilməsi və Paşinyanın bu dəyişikliklərin başlıca səbəbini İrəvanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə əlaqələndirməsi də bu ehtimalı gücləndirir. Bilirsiniz ki, bu vaxta qədər İrəvan konstitusiya dəyişikliyi ilə bağlı referendumu 2027-ci ilə saxlamaq istəyirdi. Yəqin məqsədi də o idi ki, hakimiyyətdə qalmasını təmin etdikdən sonra keçiriləcək referendumu "yetərsay əmələ gəlmədi" və ya “xalq səs vermədi” iddiaları ilə ötüşdürə bilsin. Amma ona bu imkan verilmədi və gələn ilin mart ayına qədər layihənin hazılanması prosesinə başladı. Bu tələskənlik onu göstərir ki, Paşinyan hökuməti seçkilərlə referendumu iyun ayında tamamlamaq istəyir".

Siyasi şərhçinin fikrincə, referendumun iyuna qədər hazır olmasının prinsipial səbəbi var: “Ölkənin indiki konstitusiyasına görə, referendumda ən azı seçicilərin yarısı iştirak etməli və onların da 50%-i "hə" cavabı verməlidir. Bu isə seçicilərin ən azı 25%-nin səsini almaq zərurəti deməkdir. Təbii ki, Qarabağdan imtina etmək referendumuna ölkə əhalisinin yarısının gəlməmək və yetərli sayda səs toplamamaq ehtimalı da istisna edilmir. Odur ki, referendumun daha çox seçicinin iştirak edəcəyi seçkilərlə eyni vaxtda keçirilməsi Ermənistanın beynəlxalq öhdəlikləri yerinə yetirməsini asanlaşdıran amil kimi dərk olunur. Görünür, bu səbəbdən də ən uyğun tarix kimi seçkilərlə eyni zaman üzərində dayanıblar".

Heydər Oğuz onu da vurğuladı ki, Paşinyan hökuməti nəyin bahasına olursa-olsun, referendumdan təsdiq seçənəyinin çıxmasına çalışacaq: “Lazım gələrsə, öz hakimiyyətini qurban vermək bahasına konstitusiyanın bizim tələbimizə uyğun şəkildə dəyişdirilməsinə üstünlük verəcək. Çünki İrəvanda bu fikir var ki, konstitusiyadan bizim torpaqlarımıza iddia müddəaları çıxarılmasa, Azərbaycan yenidən müharibə etmək məcburiyyətində qalacaq və İrəvan qazandığı bütün diplomatik dividentlərdən məhrum olacaq. Hətta ABŞ və Qərb dövlətlərinin razılığı ilə Ordumuzun Zəngəzur dəhlizi əməliyyatlarına başması da istisna edilmir. Mənim fikrimcə, istər İrəvanda, istərsə də Bakıda ”ayrı hava çalan" çatlaq səslərin nəzarət altına alınmasında bu amilin də xüsusi rolu var".
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı