Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Siyaset
Oxunub: 175
20 noy 2025 | 10:17
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı


Paşinyan ermənilərin Qarabağa qayıdışını təhlükə saydığı halda, Fransadakı separatçı dairələr niyə yaxasını cırır? - Bakıdan kəskin etirazlar

Noyabrın 18-də 40 fransız-erməni təşkilatı Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarının 2-ci ildönümü münasibətilə “artsax xalqının geri qaytarılması və digər fundamental hüquqlarını” dəstəkləyən birgə bəyanat yayıb. Orada iddia olunur ki, 2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi “məcburi köçkün artsax ermənilərinin Azərbaycana təhlükəsiz və maneəsiz qayıtmasını təmin etməyi tapşırıb”.

Bəyanatda həmçinin deyilir ki, guya “cinayətkar blokada və hərbi hücum nəticəsində öz torpaqlarından qoparılan son 120 000 Artsax ermənisi evlərindən və mülklərindən məhrum şəkildə yaşamağa davam edir: "Həmçinin beynəlxalq strukturların sükutu fonunda onların kilsələri murdarlanır (?! - red.), qəbiristanlıqları dağıdılır (?! - red.), 2 minillik (?! - red.) varlığının izləri ardıcıl olaraq silinir. Bu qırğın siyasəti bütöv bir xalqın tarixi yaddaşını inkar etmək məqsədi daşıyır", - deyə reallıqları baş-ayaq təqdim edən revanşistlər həyasızcasına bildirir, Azərbaycana böhtan atırlar.

Bəyanatda habelə absurdcasına ermənilərin qayıdışı və təzminat ilkin şərt-tələb olaraq irəli sürülür. Halbuki Azərbaycanla Ermənistan sülh prosesini inkişaf etdirir, Paşinyan ermənilərin Qarabağa qayıdışının əleyhinədir, hətta təhlükə sayır, üstəgəl, onların əksəriyyəti Ermənistan vətəndaşlığını qəbul edib.

Bəs niyə bu 40 fransız-erməni təşkilatı yaxasını cırır? Makron hakimiyyətinin bu bəyanatda rolu ola bilərmi? Hərçənd hazırda Bakı-Paris əlaqələri normallaşmış kimi görünür. Üstəlik, ermənilərin Qarabağa köçürülməsinin maksimum 200 “yaşı” olar, nə vaxtdan onlar bu bölgədə iki min il yaşamış oldular?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu təşkilatların çoxu ermənilər tərəfindən idarə olunur. Onun sözlərinə görə, həmin QHT-lər erməni lobbisinin və müxtəlif anti-Azərbaycan dairələrin maliyyəsi ilə fəaliyyət göstərir. Ç.Qənizadə qeyd etdi ki, onların sifarişi Azərbaycanı şərləmək, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdan könüllü gedən ermənilərin məsələsinə cəlb etməkdir: “Onlar dünyada bu rəyi yaratmaq istəyirlər ki, guya Azərbaycan dinc əhalini bölgədən zorla çıxarıb. Halbuki uzaq tarix deyil və onların gedişini təsdiqləyən videofaktlar qalır. Onlar çox yaxşı bilirlər ki, heç bir mülki erməni antiterror əməliyyatı zamanı zərər görməyib. Bundan sonra da gülə-gülə avtobuslara oturub gediblər. Sadəcə, indi bu məsələni gündəmdə saxlamaqla Azərbaycan barəsində mənfi rəy yaratmaq istəyirlər. Dünya yaxşı bilir ki, biz bu məsələdə kifayət qədər ədalətli, beynəlxalq konvensiyalara uyğun hərəkət etmişik. Eyni zamanda, Ermənistanla sülh dövrünə qədəm qoymuşuq və ermənilərin qayıdışı gündəmdə deyil. 8 avqust zirvəsini bütün dünya, eləcə də Fransa lideri Makron alqışladı. Bundan sonra hansısa təşkilatların birləşib bəyanat yayması ilə bizə təsir edə bilməzlər”.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan QHT-ləri də bu məsələdə fəal olmalıdırlar. “Fransada erməni diaspor və lobbisi güclüdür. Onların birgə bəyanat yayması təəccüb doğurmadı. Bununla Azərbaycanı aqressor kimi qələmə vermək istəyirlər. Bu təşkilatlar Avropada təəssürat yaradır ki, ermənilər Qarabağdan qovulublar. Hərçənd onlara vətəndaşlıq təklif olunub, reinteqrasiya proqramı hazırlanıb, nümayəndələri ilə görüş keçirilib. Amma getməyə qərar verdilər. Biz kimisə məcbur edə bilməzdik. Onların əksəriyyəti də Ermənistan və Rusiya pasportuna sahib idi. Çünki o zaman mövcud olmuş qondarma rejimin əski parçası olan hansısa sənədi ilə xaricə çıxmaq mümkün deyil. Ona görə bu məsələdə də bir saxtakarlığa yol verilir. Yəni onlar Qarabağda yaşasalar da, Ermənistan və Rusiya vətəndaşları olublar”.

Professor Qabil Hüseynli bildirdi ki, Azərbaycanın siyasi təşkilatları, QHT-lər aktiv işləməli, beynəlxalq müstəvidə daha çox iş görməlidir: “Biz özümüz deyib, özümüz eşitməli deyilik. Unutmayaq ki, ermənilər çirkin təbliğat aparmaqda məharətlidirlər. Onların uzun illər "missiyası" Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, bizi dünyada vəhşi, özlərini məzlum göstərmək cəhdi olub. 44 günlük müharibə, ardınca antiterror əməliyyatı isə sübut etdi ki, Azərbaycan Ordusu düşmənlə necə mübarizə aparır. Biz ermənilərdən fərqli olaraq, dinc əhaliyə əl qaldırmadıq. Onlar isə işğal dövründə mülki əhalimizi qətlə yetiriblər. Fransada yerləşən o “təşkilatlar” Xocalı genosidindən danışsınlar. Azərbaycanlılar mülki ermənilərə heç zaman atəş açmayıb. Əgər bircə belə fakt olsaydı, həmin vaxt separatçılar və rus sülhməramlı adlanan qüvvələr həşir qoparmışdı, Makron yaxasını cırmışdı. Hətta ondan sonra BMT-nin faktaraşdırıcı missiyası Qarabağa gəldi və heç bir etniktəmizləmə faktı aşkarlamadı".

Q.Hüseynli qeyd etdi ki, Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzalamağa hazırlaşır, belə bəyanatlar isə bu prosesə kölgə salmaq, zərbə vurmaq kimi məkrli niyyət güdür: “Biz Fransadakı anti-Azərbaycan dairələrin cavabını verməliyik və bu bəyanatı pisləməliyik. Onlar həyasızcasına Azərbaycanı ittiham ediblər. Heç Ermənistanda daşnakçılar bu qədər absurd fikirlər səsləndirmirlər. Qarabağa ermənilərin nə vaxt köçürüldüyü bəllidir. Onların heç də tarixi torpaqları deyil və Qriboyedovun məktubları hər şeyi təsdiqləyir. İkincisi, onların heç bir hüququ pozulmayıb. Hüququ 30 il pozulan azərbaycanlılar olub. Sadəcə, qərəz, nifrət və kin dolu bir bəyanatdır”.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı