Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır
Siyaset
Oxunub: 258
13 noy 2025 | 19:50
Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır



Cənab Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söylədiyi fikirlər həm son illərdə aparılan islahatların mahiyyətini bir daha nümayiş etdirdi, həm də yeni təyinat alan məmurlara strateji istiqamət göstərdi.
Prezidentin çıxışı bir növ dövlət idarəçiliyində yeni mərhələnin konturlarını cızdı — şəffaflıq, xalqa xidmət və sosial ədalət prinsipi bu siyasətin əsas dayaqları kimi ön plana çəkildi. Cənab Prezident çıxışının əvvəlində vurğuladı ki, hər bir rəhbər vəzifəli şəxs xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməlidir. O, yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, “xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq” idarəçiliyin başlıca qayəsidir. Bu, Prezidentin illərdir davam etdirdiyi “xalq dövləti” modelinin praktik ifadəsidir. Məhz bu prinsip sayəsində dövlət orqanları ilə vətəndaş arasında etimad körpüsü daha da möhkəmlənib. Prezident çıxışında məmur davranışının əhəmiyyətinə xüsusi toxundu. O, dövlət qulluqçularının təkəbbür və lovğalıqdan uzaq, təvazökar olmasını tələb etdi: “Məmur özünü xalqdan üstün tutmamalıdır". Dövlət başçısı eyni zamanda bir daha xatırlatdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və “heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq". Bu mesaj cənab Prezidentin rəhbərliyi ilə son illərdə aparılan kadr islahatlarının davamı kimi səsləndi. Artıq bir çox yüksək vəzifəli şəxslərin məhkəmə qarşısında cavab verməsi, dövlət sistemində “özünütəmizləmə” prosesinin reallığını sübut edir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son illərdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkənin infrastruktur siması tam dəyişib. Bütün bölgələrdə elektrik enerjisi təchizatı, yollar, su layihələri və sosial obyektlər yüksək səviyyədə yenilənib. Dövlət başçısının sözləri ilə desək, “Azərbaycanın bölgələrində bu gün hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir, kənd yollarının 80 faizi təmirlidir”. Bu faktlar Prezidentin uzun illər ərzində həyata keçirdiyi dayanıqlı regional siyasətin konkret nəticələridir. O, təkcə paytaxtın deyil, ucqar kəndlərin də inkişafını dövlət siyasətinin mərkəzinə gətirib. Prezidentin çıxışında sosial ədalət anlayışı xüsusi yer tutdu. O bildirdi ki, “hər bir bölgədə insanlar görməlidirlər ki, ədalət hər zaman üstünlük təşkil edir”. İlham Əliyev vurğuladı ki, əvvəllər bəzi mərkəzi orqanlarda baş vermiş xoşagəlməz hallara qarşı artıq ciddi təmizlənmə aparılıb və bu gün dövlət aparatında ədalət və məsuliyyət prinsipi bərqərar olub. Dövlət başçısı bölgələrdə məşğulluğun təmin edilməsini əsas prioritetlərdən biri kimi qeyd etdi. Prezident bildirdi ki, dövlət proqramları çərçivəsində yeni müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı genişləndirilir. Bu addımlar həm regionların iqtisadi potensialını artırır, həm də miqrasiyanın qarşısını alır. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha göstərdi ki, Azərbaycan dövlət idarəçiliyi sistemində şəffaflıq, ədalət və xalqla birbaşa təmas əsas hədəflər olaraq qalır.
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü