Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək

Cənubi Qafqazda 2020-2023-cü illərdə hərbi-siyasi dəyişikliklərlə formalaşan yeni reallıq indi artıq iqtisadiyyat və logistika müstəvisinə keçib... Əgər, əvvəllər bu regionda əsas savaş torpaqlar və sərhədlər üğrunda gedirdisə, indi bu mübarizə məhz dəmir yolları, dəhlizlər və tranzit marşrutları üzərinə keçib...
Cənubi Qafqazda son günlər müşahidə olunan siyasi-diplomatik və logistik dinamika bölgənin gələcək geopolitik arxitekturasında dönüş nöqtəsinə çevrilməkdədir. Azərbaycanın Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə razılıq verməsi, Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı yeni bəyanatları və Ermənistan baş naziri Nikol Paşinyanın regional nəqliyyat-kommunikasiya marşrut planlarını açıqlaması artıq postsavaş reallığında “nəqliyyat diplomatiyası” mərhələsinə keçidin əsas göstəricisidir. Və bu paralel proseslər bir tərəfdən iqtisadi əlaqələrin bərpasını, digər tərəfdən isə regional təsir zonalarının yenidən bölgüsünü formalaşdırır.
Məsələ ondadır ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlamasına görə, rəsmi Bakı Rusiya məhsullarının Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana tranzitini artıq təsdiqləyib. Bu qərar, ilk baxışda texniki-logistika addımı kimi görünsə də, əslində, Azərbaycanın çoxvektorlu xarici siyasətinin iqtisadi təzahürüdür. Belə ki, Qərbin sərt sanksiyaları nəticəsində Rusiya üçün Gürcüstan və Azərbaycan istiqamətləri alternativ iqtisadi-ticari arteriyalara çevrilib. Rəsmi Bakı bu razılıqla, bir tərəfdən Rusiya ilə qarşıdurma mühitini yumşaldır. Və digər tərəfdən isə sanksiyaların tərkib hissəsi olmayan “neytral tranzit ölkə” statusunu qoruyur.
1640150623_zengezur-dehlizi-xerite-cnn.jpg (28 KB)
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının son qərarı həm də Azərbaycanın regional logistika mərkəzi rolunu daha da möhkəmləndirir. Rusiya Dəmir Yolları (RJD) artıq Azərbaycan ilə koordinasiyalı şəkildə yeni nəqliyyat-kommunikasiya marşrutunun texniki modelini hazırlayır. Əgər, belə bir marşrut tam işlək vəziyyətə gətirilərsə, bu, yalnız Rusiya deyil, həm də Cənubi Qafqaz üçün yeni ticarət konfiqurasiyasının formalaşması demək olacaq. Rəsmi Bakının bu önəmli addımı Azərbaycanın “tənzimləyici oyunçu” statusunu da gücləndirir. Yəni, rəsmi Bakı həm Rusiya ilə əməkdaşlıq münasibətlərini qoruyur, həm də Türkiyə və Qərb ilə Orta Dəhliz layihələrində paralel iştirak edir.
Maraqlıdır ki, Türkiyə Zəngəzur dəhlizini Orta Dəhlizin qlobal halqasına çevirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun son bəyanatı rəsmi Ankaranın Zəngəzur dəhlizini yalnız regional deyil, həm də qlobal logistika layihəsi kimi qiymətləndirdiyini göstərir. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun tam potensialının açılması və Azərbaycan-Naxçıvan xəttinin bərpası istiqamətində görülən işlər Orta Dəhlizin buraxılış gücünü əhəmiyyətli dərəcədə artıracaq.
Təbii ki, bu, faktiki olaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Türkiyə-Azərbaycan-Mərkəzi Asiya-Çin xəttinin yeni mərhələyə keçməsini təmin edəcək. Rəsmi Ankara bu layihə ilə Çin və Avropa arasında ticarət prosesini Rusiya üzərindən keçmədən təmin etmək niyyətindədir. Zəngəzur dəhlizi isə bu prosesdə Türk dünyası inteqrasiyasının fiziki təməli rolunu oynayır. Beləliklə, Türkiyə üçün Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də siyasi-ideoloji və strateji önəm daşıyır. Və bu, Türkiyə üçün Türk Dövlətləri Təşkilatının qlobal nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi, Avropa-Asiya ticarət əlaqəsini öz üzərindən yönləndirmə perspektivi və Cənubi Qafqazda geopolitik nüfuzunu artırmaq imkanları deməkdir.
ee6e3412db76388971b1714fe1cf24604.jpeg (238 KB)
Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmazında maraqlı olan Ermənistanın baş naziri Nikol Paşinyan isə parlamentdəki son çıxışında “sülh artıq faktiki reallıqdır” deyərək, ölkənin uzunmüddətli münaqişə psixologiyasından “sülh iqtisadiyyatı”na keçməsinin zəruriliyini vurğulayıb. Erməni baş nazirin Azərbaycan və Türkiyə arasında yükdaşımaları üçün açıqladığı Marqara-Yexqnadzor-Sisian-Qoris marşrutu regionda yeni dövrün praktiki ifadəsidir. O, bildirib ki, Türkiyə yük maşınlarının bu xətt üzrə Ermənistandan Azərbaycana keçidi təmin oluna bilər. Və bu, Zəngəzur dəhlizinə alternativ, ancaq funksional baxımdan, eyni tranzit xəttidir.
Əslində, baş nazir Nikol Paşinyan bu addımla bir tərəfdən, Ermənistanın regional iqtisadi blokadadan çıxışını təmin etməyə çalışır. Digər tərəfdən isə Ermənistandan keçəcək dəhliz üzərində nəzarət imkanları qazanmaq istəyir. Yəni, rəsmi İrəvan “dəhliz” terminindən imtina etsə də, faktiki olaraq, regional məkana inteqrasiya siyasətinə başlayıb. Bununla yanaşı, erməni baş nazirin “ABŞ-la Tramp marşrutu üzrə intensiv iş aparılır” iddiası Ağ Evin Cənubi Qafqazda yeni diplomatik fəallıq mərhələsinə keçdiyini göstərir. Bu, həm Ermənistanın Qərbə siyasi inteqrasiyası, həm də ABŞ-ın Rusiya və İranın regional təsirlərinə qarşı yeni nəqliyyat-kommunikasiya strategiyası kimi də dəyərləndirilə bilər.
Təbii ki, Cənubi Qafqazda “marşrutlar savaşı”nın yeni mərhələsinin başlanması həm də fərqli geopolitik siyasi konfiqurasiya yaradır. Belə ki, hazırda Cənubi Qafqazda iki əsas logistik iqtiqamət biq-birinə paralellik təşkil edir. Rusiya-Azərbaycan-Ermənistan logistik istiqamət Kremlin maraqlarına tamamilə uyğun olsa da, bu, rəsmi Bakının balans siyasəti çərçivəsində nəzarət etdiyi marşrutdur. Digər tərəfdən, Azərbaycan-Ermənistan-Türkiyə xətti - Zəngəzur dəhlizi isə rəsmi Ankaranın Orta Dəhlizi tam gücü ilə işə salmaq məqsədilə xüsusi olaraq, təşviq etdiyi strateji istiqamətdir.
tSzBei2VWbVe81e9T5PG.jpg (71 KB)
Maraqlıdır ki, bu iki önəmli logistik marşrutun kəsişdiyi məkan isə məhz Azərbaycan ərazisidir. Bu baxımdan, Azərbaycan həm tranzit gəlirlərini artırır, həm də regionun logistik mərkəzi və geopolitik moderatoru statusunu qazanmış olur. Rəsmi İrəvan isə bu iki strateji logistik istiqamətin arasında Ermənistan üçün tarazlıq nöqtəsi axtarır. Yəni, bir tərəfdən Rusiyanın iqtisadi təsirindən uzaqlaşmağa çalışır, digər tərəfdən isə Qərb-Türkiyə-Azərbaycan logistika xəttinə inteqrasiya olunmağa can atır.
Göründüyü kimi, Cənubi Qafqazda 2020-2023-cü illərdə hərbi-siyasi dəyişikliklərlə formalaşan yeni reallıq indi artıq iqtisadiyyat və logistika müstəvisinə keçib. Əgər, əvvəllər bu regionda əsas savaş torpaqlar və sərhədlər üğrunda gedirdisə, indi isə bu mübarizə dəmir yolları, dəhlizlər və tranzit marşrutları üzərində gedir. Azərbaycan bu prosesdə bütün tərəflərlə işləyə bilən əsas tənzimləyici güc mərkəzi, Türkiyə regional nəqliyyat lideri, Ermənistan isə qapalı iqtisadiyyatdan açıq inteqrasiya siyasətinə keçməyə çalışan yeni “oyunçu” rolunda çıxış edir.
Belə anlaşılır ki, bundan sonra Kreml də bu yeni regional düzəndə Rusiyanın təsir mexanizmlərini məhz logistika və enerji şəbəkələri üzərinə keçirtməyin yollarını axtarnağa məcbur qalacaq. Bütün bunlar birmənalı şəkildə onu göstərir ki, Cənubi Qafqaz artıq yalnız coğrafi və ya siyasi xəritə deyil. Çünki bu region indi nəqliyyat-kommunikasiya və iqtisadi-ticari əlaqələrin qovşağı kimi yenidən formalaşmağa başlayıb. Və bu mərhələdə logistik alətlərə nəzarət edən tərəf həm də bütün regionun gələcək geopolitik balansını da müəyyən etmək hüququ qazanacaq.(musavat.com)
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı