Parlament sədrləri İslamabad Bəyannaməsni qəbul etdi

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
Üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.
İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Üçtərəfli Görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldığını söyləyib.
Ölkələrimiz arasındakı əlaqələrin - istər Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan, istərsə də Türkiyə-Pakistan əlaqələrinin, o cümlədən qarşılıqlı dəstək, birlik və həmrəyliyin ən yüksək səviyyədə olduğunu deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir və günbəgün daha da möhkəmlənir və dərinləşir. Bu əlaqələrdə diqqət çəkən əsas məqam odur ki, ölkələrimiz arasındakı bütün məsələlər məhz dostluq və qardaşlıq prizmasından nəzərdən keçirilir.
Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasındakı bu il sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən görüşdə səsləndirdiyi fikirləri xatırladan Sahibə Qafarova deyib ki, Azərbaycanın dövlət başçısı Pakistanı Hindistan üzərində qələbəsi münasibətilə təbrik edərkən, belə bir fikir səsləndirdi ki, “ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür”.
O, eyni zamanda, cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərimizin – İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər halda, belə yaxın əlaqələri olan başqa üç ölkəyə çox az rast gələrik. Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.
Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasındakı əlaqələrə uyğun olaraq, parlamentlərimizin də üçtərəfli əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, bu mexanizmi daha da gücləndirmək, parlament diplomatiyasının effektiv alətlərindən birinə çevirmək yolları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Parlament üzvləri arasında müzakirə olunan mövzulara toxunan Milli Məclisin sədri, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik məsələsini ölkələrimiz arasında qardaşlığın və qarşılıqlı dəstəyin ən yaxşı şəkildə nümayiş etdirən bir məsələ olduğunu qeyd edib və bu istiqamətdə müzakirələri faydalı hesab edib.
Spiker həmçinin, iqlim dəyişiklikləri və dayanıqlılıq mövzusunun əhəmiyyətini qeyd edərək, ölkəmizin bu sahədə gördüyü işlər, o cümlədən, Azərbaycanın qardaş Türkiyədə baş vermiş zəlzələ, Pakistandakı daşqınlar zamanı öz qardaşlıq dəstəyini göstərdiyini vurğulayıb. O, digər tərəfdən, COP29 çərçivəsində Azərbaycanın qazandığı nailiyyətləri xüsusi qeyd edib. Parlament üzvlərimizin bu məsələlər haqqında müzakirələrini faydalı hesab edərək, gələcək əməkdaşlıq çərçivəsində iqlim dəyişiklikləri və təbii fəlakətlərə qarşı mübarizə məsələsinin daha çox əhatə olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan parlamentinin spikeri, həmçinin Üçüncü Üçtərəfli Görüşün yekunu olaraq, qəbul olunan İslamabad Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.
Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, Görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü