Türk Dövlətləri Təşkilatı Qəbələdə: Yeni Turanın gücü formalaşır
Siyaset
Oxunub: 161
6 okt 2025 | 10:53
Türk Dövlətləri Təşkilatı Qəbələdə: Yeni Turanın gücü formalaşır


Oktyabrın 6–7-də Azərbaycan Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitinə ev sahibliyi edəcək. Zirvəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin liderlərinin qatılması gözlənilir.

Sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır. Amma əslində bu toplantı tək bir siyasi gündəmin deyil, Türk dünyasının yeni strateji mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Türk dünyası ailəsi: İlham Əliyevin çağırışı və strateji istiqamət
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin 14 fevralında, andiçmə mərasimində səsləndirdiyi məşhur sözlər – “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” – bu gün artıq konseptual reallığa çevrilib. Prezident demişdi ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər..."

Bu AİLƏ artıq sadəcə mədəni və mənəvi bağları qoruyan platforma deyil; o, iqtisadi, siyasi, hərbi və texnoloji inteqrasiyanın lokomotivi, Yeni Turan ideyasının müasir modeldə təcəssümü halına gəlir: Çoxbayraqlı, çoxdövlətli Yeni Turan!

Qəbələdə keçiriləcək sammit həm də bir mesajdır: Türk dünyası öz gələcəyini öz əlləri ilə qurur.

Qardaş dövlətlərin birliyi: iqtisadi və hərbi inteqrasiyanın yeni mərhələsi
TDT–nin qarşısında duran məsələlər var: “Türk Şengen”inin yaradılması, ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan kimi formalaşdırmaq.

Bu gün Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusunda olan ölkələrin ümumi göstəriciləri artıq özlüyündə güc balansını dəyişməyə qadirdir:

• Ümumi ərazi: təxminən 4,3 milyon kvadrat kilometr.

• Əhalisi: 180 milyondan çox (əgər Rusiyadakı türklər, İranda yaşayan azərbaycanlılar və qaşqay türkləri, Çində yaşayan uyğurları da bu mənzərəyə daxil etsək – bu rəqəm 350–400 milyon nəfəri keçə bilər).

• Ümumi ÜDM: 2 trilyon ABŞ dollarına yaxın.

• Təbii sərvətlər: neft, qaz, uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensial – dünyanın ən strateji resurslarının böyük hissəsi bu coğrafiyada yerləşir.

Bu rəqəmlər təsadüfi deyil – Türk Dövlətləri Təşkilatı artıq enerji, nəqliyyat və təhlükəsizlik baxımından Avrasiya məkanının dayağıdır.

Orta Dəhliz: Avrasiya geosiyasətinin ürəyi
Çinlə Avropa arasında uzanan Transxəzər Orta Dəhlizi – yəni, Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xətti – bu gün yalnız logistika layihəsi deyil, həm də Türk geosiyasətinin onurğa sütunudur.

Azərbaycan, Türkiyə və Qazaxıstan bu xəttin üç əsas dayağıdır. Əgər bu dəhliz dayansa, Avrasiyanın enerji, ticarət və nəqliyyat sistemləri iflic olar. Bu səbəbdən Qəbələ sammiti həm də Orta Dəhlizin gələcəyi və Türk inteqrasiyasının infrastruktur əsasları baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ Zəfəri – Türk dünyasının ruhi dirçəlişi
Azərbaycanın 2020-ci ildə qazandığı Qarabağ Zəfəri təkcə bir müharibənin qalibiyyəti deyildi. O, Türk dünyasında ruhən dirçəlişinə, özünəinamın bərpasına səbəb oldu.

Bu qələbə göstərdi ki, Türk dövlətləri yalnız mədəni qardaşlıqla deyil, siyasi və hərbi həmrəyliyə də qadirdir. Türkiyənin o dövrdə göstərdiyi dəstək, Türk dünyasının bütün üzvlərində həm qürur, həm də ortaq mənsubiyyət hissini artırdı.

Bu gün Qəbələdə toplanacaq liderlər artıq həmin ruhun daşıyıcılarıdır – bu ruhun adı Yeni Turandır.

Moskva və Tehrana mesaj: Türk birliyi əbədi gerçəklikdir
Bu sammit həm də geosiyasi mesaj daşıyır. Rusiya ilə Azərbaycanın münasibətlərinin gərginləşdiyi, eyni zamanda Qazaxıstanın da Moskva ilə problemlər yaşadığı bir dövrdə Türk liderlərinin Qəbələdə toplanması, Türk birliyinin siyasi müstəqilliyini və iradəsini nümayiş etdirir.

Bu, eyni zamanda İrana da aydın siqnaldır – Türk dünyasının birləşməsi artıq qarşısıalınmaz tarixi prosesdir.

Yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatı təkcə regionun deyil, artıq qlobal siyasətin də oyunçusuna çevrilməkdədir. Gənc və dinamik əhalisi, strateji yerləşməsi, enerji və ticarət yollarına nəzarəti ilə TDT gələcəkdə bölgələrarası balans yaradan, münaqişələrin qarşısını alan və beynəlxalq sabitliyə töhfə verən bir quruma çevrilə bilər.

Bu potensialı reallığa çevirən əsas qüvvə isə Azərbaycan və Türkiyə tandemidir.

Qəbələ sammiti sadəcə bir görüş deyil – Türk dünyasının gələcək xəritəsini çəkən strateji toplantıdır.

Burada veriləcək qərarlar gələcək onilliklərdə Avrasiyanın enerji, təhlükəsizlik və diplomatik arxitekturasını müəyyən edə bilər.

Yeni dünya düzəni formalaşır.

Və bu düzənin mərkəzində Türk Dövlətləri Təşkilatı, onun ilhamverici nüvəsi kimi isə Azərbaycan və Türkiyə dayanır.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü