Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”

Bakıdan Ermənistan əhalisinə çağırış: “Ayağa qalxın...”
Xəbər verildiyi kimi, Nikol Paşinyanın iştirak etdiyi son teatr tamaşası ətrafında yaranan qalmaqal erməni mətbuatında geniş müzakirə doğuran mövzulardan birinə çevrilib. Belə ki, Paşinyanın iştirakı ilə Bjurakan qəsəbəsində nümayiş olunan “Hasar” tamaşasında “Qərbi Ermənistan”a eyham vuran səhnələrin olması baş nazirin kəskin etirazına səbəb olub.
Paşinyan tamaşadan sonra açıq şəkildə narazılığını ifadə edərək bildirib ki, bu kimi məqamlar Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəldə bilər. Onun sözlərinə görə, ölkə real təhlükələrlə üz-üzə qaldığı bir vaxtda diqqətimizi “keçmiş torpaqların” (?! - red.) nostalji xatırlanmasına deyil, hazırkı Ermənistan dövlətinin möhkəmləndirilməsinə yönəltmək vacibdir. “Biz hasarları elə qurmalıyıq ki, öz dövlətimizi qorusun, kiminsə xəyali sərhədlərini deyil”, - baş nazir bildirib.
Bu isə Ermənistan daxilində fikir ayrılıqları doğurub. Revanşist mövqeli bəzi qəzetlər və siyasi dairələr bunu “senzura” və “tarixin silinməsi” kimi təqdim edir. Məsələn, “Past” adlı radikal nəşr Paşinyanın bu mövqeyini Türkiyə və Azərbaycanın “təzyiqlərinin nəticəsi” kimi qələmə verməyə çalışıb. Qeyd edək ki, bu günlərdə möhürlərdən Ağrıdağın təsvirinin çıxarılması həmin çevrələrdə eyni dərəcədə sərt tənqidlərə tuş gəlmişdi.
Bu arada məlum olub ki, Ermənistanda “artsax nümayəndəliyi”nin binası ilə bağlı məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib. Erməni mediasının yazdığına görə, iyulun 15-də Baş Prokurorluq İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı “artsax nümayəndəliyi”nin binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırıb. Xatırladılıb ki, bina 1997-ci ildə baş nazir Robert Köçəryanın qərarı ilə “Qarabağ hökuməti”nə bağışlanıb (Axar.az).
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan hakimiyyətinin İrəvanda “artsax nümayəndəliyi”ni hələ də saxlaması, üstəlik, binanın geri alınması ilə bağlı məhkəmə prosesinin 2026-cı ilin may ayına təyin edilməsi ciddi suallar yaradır. Niyə gələn ilin mayı, seçkilərdən sonramı?
Başqa yandan, Paşinyan öz toplumunu fəsadsız-filansız “Qərbi Ermənistan”, Ağrıdağ (“Ararat”) kimi mərəzlərdən, “artsax”ın mənasız simvollarından xilas edə biləcəkmi?
Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL) - TurkicWorld
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri və hakim komanda keçmişdən qalan, ideologiyaya mənfi təsir göstərən qurum, quruluş və simvollardan qurtulmağa çalışır: ""Artsax nümayəndəliyi"nin binası ilə bağlı məhkəmə iclasının gələn ilin may ayına təyin olunması da təsadüfi deyil və nəzərə almaq lazımdır ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan tez bir zamanda “Artsax nümayəndəliyi”nin fəaliyyətinə son qoyub binanı müsadirə edib rahatlıqla seçkilərə getməyə hazırlaşır. Nəzərə almaq lazımdır ki, həmin bina və bu kimi “nümayəndəliklər” yalnız separatizm ideyasının genişləndirilməsi və keçmiş qondarma qurumun fəaliyyətinin daha da dərinləşdirilməsi mahiyyətini daşıyırdı. Bu gün isə yeni geopolitik reallıqlara Ermənistan və bütün geosiyası mərkəzlər hazır olmalıdırlar, yeni reallıqlar əsasında fəaliyyət qurmalıdırlar. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və Azərbaycanla sülh müqaviləsi imzalayırsa, deməli, Ermənistan ərazisində Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir quruluş, qurum, “nümayəndəlik” də olmamalıdır.
Ermənistanın baş naziri 8 avqust Vaşinqton razılaşmasına uyğun davranış nümayiş etdirir. Bu, həm onun öz ölkəsi üçün, həm də Azərbaycan üçün müsbətdir. Ermənistan sərhədində giriş-çıxış möhüründə Ağrıdağın təsvirinin yığışdırılması, Ermənistanda bilik günündə tədris müəssisələrində Azərbaycana müsbət jestin edilməsi və bu kimi məsələlər onu deməyə əsas verir ki, Nikol Paşinyan real sülh istiqamətində artıq praktiki addımlar atmağa cəhd edir".
Ekspertin sözlərinə görə, Paşinyanın bu siyasəti daxildə revanşist qüvvələri narahat edən vəziyyətdir: “Çalışırlar ki, kilsənin gücü ilə Ermənistanda hakim komandanın siyasi imicinə zərbə vursunlar və sülh prosesinə mane olsunlar. Lakin hesab edirəm ki, bu cür cəhdlərin artıq ciddi bir təsiri olmayacaq. Paşinyan qarşısına qoyduğu prosesi sona qədər aparmaqda qərarlı görünür. Ona görə də düşünürəm ki, Paşinyan Ermənistanı "Qərbi Ermənistan", “Ağrıdağ” (“Ararat”) kimi mənasız ideologiyalardan, “artsax”ın mənasız simvollarından xilas edə biləcək. Çünki bunlardan Ermənistan nə qədər tez xilas olsa, bu, erməni xalqının özü üçün bir o qədər xeyirlidir.
Ermənistan xalqı bilməlidir ki, ölkələrində “artsax nümayəndəliyi binası”nın qalması onların övladlarının gələcəyi üçün təhlükə mənbəyinin qalmasıdır. Həmin “nümayəndəlik binası” erməni gəncləri ölümə aparan bədnam ünvandır. Ermənilər gərək hətta məhkəməni-filanı gözləmədən həmin ünvanı özləri ayağa qalxıb süpürüb kənara atsınlar. Erməni valideynlər öz övladlarının yaxşı gələcəyi naminə bunu etməlidirlər".
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı