Rusiya Qafqazın üzərini “qara buludlar”la örtür: ABŞ və Qərb həm Bakıya, həm də İrəvana “təhlükə” mesajı verdi

Azərbaycan və Ermənistan sülh prosesində ABŞ və Qərbin verəcəyi beynəlxalq təminatlara, yoxsa neoimperialist Rusiyanın “regional mexanizmlər”inə” etibar etməyin daha vacib olduğunu dəqiqləşdirməli olacaq... Rusiyanın Cənubi Qafqazı yenidən qarışdırmağa çalışdığı bir situasiyada, böyük ehtimalla regionun gələcək geopolitik arxitekturasını müəyyən etməli olan prinsipial seçim qaçılmaz xarakter daşıyacaq...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz ətrafında təhlükəli proseslərin cərəyan etdiyi müşahidə olunur. Hər halda, bu region uğrunda dünya nəhənglərinin amansız mübarizə apardıqları inkaredilməz reallıqdır. ABŞ Dövlət Departamenti və Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin “səyahət xəbərdarlıqları” isə situasiyanın olduqca təhlükəli mərhələyə yaxınlaşdığını göstərir. Belə ki, hər iki ölkə öz vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən ərazilərə səfər etməməyi tövsiyə edib. Və rəsmi açıqlamalarda bu bölgələrin hər an “silahlı toqquşma riski” ilə üzləşə biləcəyi qeyd olunur.
Onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıqların məhz avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasından sonraya təsadüf etməsi xüsusi paradoks təsiri bağışlayır. Çünki həmin vaxtdan üzü bəri iki qonşu ölkənin sərhəd bölgəsində ciddi hərbi insident qeydə alınmayıb. Bu məqam həm də onu göstərir ki, ABŞ və Böyük Britaniyanın “səyahət xəbərdarlıqları” yalnız təhlükəsizlik məqsədli deyil, həm də siyasi xarakter daşıyır.
Yəni, belə çıxır ki, Ağ Ev və rəsmi London regionda hərbi toqquşma riskini öncədən qabardaraq, iki önəmli mesaj verir. Birincisi, ABŞ və Böyük Britaniya öz vətəndaşlarının təhlükəsizliyini “profilaktik diplomatiya” ilə təmin etdiklərini göstərir. Digər tərəfdən isə, regionda ciddi geopolitik maraqları olan bu iki nəhəng dövlət Cənubi Qafqazda sabitliyin hələ də tam təmin olunmadığını beynəlxalq gündəmdə saxlamağa çalışır. Və bu baxımdan, indi Cənubi Qafqaz üçün olduqca həssas dönəmin olduğu qətiyyən şübhə doğurmur.
Ancaq bütün bunlara baxmayaraq, ABŞ prezidenti Donlad Trampın Azərbaycan və Ermənistana münasibətdə “dostluq diplomatiyası”nı davam etdirdiyi də müşahidə edilir. Belə ki, Ağ Ev sahibi Donald Trampın son açıqlamaları regional prosesləri daha fərqli, həm də pozitiv istiqamətlərə yönəldə biləcək məzmun daşıyır. O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı “böyük liderlər” adlandıraraq, münaqişənin həllində vasitəçi olmasından məmnunluğunu vurğulayıb. Ağ Ev sahibi Donald Tramp bunu həm şəxsi diplomatik uğuru, həm də ABŞ-ın geopolitik nüfuzu üçün “əbədi dostluq” layihəsi kimi təqdim etib.
Göründüyü kimi, prezident Donald Trampın Cənubi Qafqaza yanaşma tərzi ənənəvi ABŞ diplomatiyasından ciddi şəkildə fərqlənir. Çünki Ağ Ev sahibinin siyasi-diplomatik üslubu daha çox şəxsi münasibətlərə əsaslanır. Bu isə yaxın gələcəkdə imzalana biləcək Azərbaycan-Ermənistan yekun sülh sazişini Tramp administrasiyasının əsas uğurlarından biri kimi təqdim etmək planına işarədir. Və bu, prezident Donald Trampın həm də Avropa Birliyinə, həm də Rusiyaya ABŞ-ın daha effektiv vasitəçilik imkanlarına malik olduğunu qəbul etdirmək istəyini də biruzə verir.
Təbii ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşması və regiondakı mövcud geopolitik dinamika Rusiyanı ciddi şəkildə narahat edir. Ona görə də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasında Azərbaycan və Ermənistanda “3+3” formatında xarici işlər nazirlərinin görüşünün vaxtının və yerinin razılaşdırılmasına yönəlik çağırış xüsusi yer tutur. “3+3” formatı isə yalnız altı ölkənin - Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və İranın daxil olduğu regional əməkdaşlıq platformasıdır.
Maraqlıdır ki, Kreml bu formatı tez-tələsik gündəmə gətirməklə, Rusiyanın Cənubi Qafqaz hədəfləri baxımından, iki əsas məqsəd güdür. Birincisi, Kreml “3+3” formatı üzərindən hərəkət edərək, Azərbaycan- Ermənistan münasibətlərini ABŞ və Qərbin vasitəçiliyindən çıxarıb, regional çərçivədə saxlamağa cəhd göstərir. Buna paralel olaraq, Türkiyə və İranın da prosesə daxil edilməsi ilə daha çox “regional balans” yaratmaq, faktiki olaraq, ABŞ və Qərbi regional geopolitik məkandan kənarlaşdırmaq niyyəti güdür.
Ona görə də, ABŞ və Böyük Britaniyanın “səyahət xəbərdarlıqları”nı, prezident Donald Trampın dostluq mesajları ifadə edən açıqlamalarını və Rusiyanın “3+3” formatı üzrə təşəbbüslərini ümumiləşdirdikdə aydın görünür ki, Cənubi Qafqazdakı sülh prosesi artıq yalnız Azərbaycan və Ermənistan arasında deyil, həm də dünya nəhənglərinin rəqabət poliqonunda da əsas təsiredici faktordur. Bu səbəbdən də, regional sülh prosesinin Cənubi Qafqazın geopolitik məkanından çıxaraq, qlobal qarşıdurma mövzusuna çevrilməsi qətiyyən təəccüblü deyil.
Belə anlaşılır ki, indi Azərbaycan- Ermənistan sülh prosesinin gələcək taleyi yalnız bu iki ölkənin siyasi iradəsindən asılı olmaya da bilər. Ona görə də, böyük ehtimalla yaxın vaxtlarda əsas həlledici faktor kimi, məhz bu iki dövlətin dünya nəhəngləri arasında edəcəyi seçimin daha ön plana keçə biləcəyini də düşünmək olar. Hər halda, Azərbaycan və Ermənistan sülh prosesində ABŞ və Qərbin verəcəyi beynəlxalq təminatlara, yoxsa neoimperialist Rusiyanın “regional mexanizmlər”inə” etibar etməyin daha vacib olduğunu dəqiqləşdirməli olacaq. Və Rusiyanın Cənubi Qafqazın üzərini “qara buludlar”la örtməyə çalışdığı bir ssenaridə, böyük ehtimalla regionun gələcək geopolitik arxitekturasını müəyyən etməli olan seçim qaçılmaz xarakter daşıya bilər.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı