Kreml riskə getdi, NATO ilə birbaşa savaşa başladı: Qərb dərhal sərt reaksiya verməzsə, Rusiya dünyanı girov alacaq
Siyaset
Oxunub: 164
11 sen 2025 | 09:00
Kreml riskə getdi, NATO ilə birbaşa savaşa başladı: Qərb dərhal sərt reaksiya verməzsə, Rusiya dünyanı girov alacaq


ABŞ və NATO dövlətləri indi taleyüklü seçim qarşısında qalıb, Rusiyaya qarşı vaxt itirilmədən prinsipial addımların atılması Kremli olduqca çətin vəziyyətə sala bilər... Ancaq kollektiv Qərb Rusiyanın qlobal savaş və nüvə müharibəsi şantaşına “girov” düşərsə, onda Kreml bütün dünyada təşəbbüsü ələ keçirtmək imkanları qazanmış olacaq...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı inkişaf istiqamətlərini dəyişməyə başlayıb. Artıq bu savaş qlobal sınaq faktoruna çevrilmiş kimi görünür. Belə ki, ABŞ və Qərb, eləcə də, Rusiya Ukrayna savaşı üzərindən yaxın gələcəyə yönəlik prioritet strateji hədəflərini tədricən sınaqdan keçirtməyə çalışır. Ona görə də, hazırda Rusiya və Qərb arasında qarşıdurmanın yeni mərhələsinin mümkün məzmunu olduqca müəmmalı xarakter daşıyır. Və bu baxımdan, indi bütün dünyanın böyük bir hərbi təhlükə qarşısında olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının daha geniş coğrafi areala yayılma ehtimalı hazırda daha inandırıcı variant kimi görünür. Hər halda, ABŞ və Qərbin həm Ukrayna savaşı, həm də Rusiya ilə bağlı verəcəyi prinsipial qərar qlobal müharibə təhlükəsi ilə bağlı təsəsvvürləri tamamilə aydınlaşdıra bilər. Ona görə də, indi hələ də tərəddüdlər içərisində olan kollektiv Qərbin böyük sınaq qarşısında olduğu mövcud reallıqdır. Və bu reallığa reaksiya verilməsi üçün isə kollektiv Qərbin artıq o qədər də çox zamanının qalmadığı inkaredilməz problemdir.

Məsələ ondadır ki, kollektiv Qərb daxilində Rusiya prezidenti Vladimir Putinin Ağ Ev sahibi Donald Trampı davamlı olaraq, aldadılan tərəf durumuna saldığı qənaətinə gəlməyə başlayıb. Belə ki, ABŞ-da Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Ağ Ev sahibi ən azından iki dəfə Rusiya lideri tərəfindən aldadılmış kimi görünür. İlk dəfə fevral ayında Ukrayna savaşının konkret şərtlər və plan çərçivəsində dayandırılması barədə Tramp-Putin anlaşmasının baş tutduğu bildirilir. Ancaq aprel ayında prezident Donald Tramp Rusiya lideri Vladimir Putinin həmin anlaşmanı pozduğunu rəsmən etiraf etməli olmuşdu. Və ardınca Ağ Ev sahibi Rusiyaya sülh anlaşması üçün iyun ayına qədər vaxt verdiyini vurğulamışdı.

Maraqlıdır ki, həmin möhlət sona çatdıqdan sonra da prezident Donald Tramp Rusiyaya qarşı vəd etdiyi “dağıdıcı sanksiyalar”ın tətbiqini təxirə saldı. Belə məlum oldu ki, ABŞ və Rusiya arasında siyasi-diplomatik müzakirələrin yeni mərhələsi başlayıb. Ancaq yenə də anlaşma mümkün olmadı. Nəticədə Ağ Ev sahibi Rusiya liderinə növbəti dəfə sülh üçün möhlət elan etdi. Həmin zaman intervalı da sona çatmaq ərəfəsində prezident Vladimir Putin növbəti dəfə manevr edərək, Ağ Ev sahibi Donald Tramp ilə birbaşa görüşmək istədiyini bildirdi. Və bu iki lider arasında Alyaska görüşü baş tutdu, anlaşmalar əldə olundu.

Ancaq Kreml Alyaska anlaşmalarını da çox qısa zamanda pozdu. Prezident Donald Tramp Rusiya lideri tərəfindən növbəti dəfə aldadıldığını yenə rəsmən etiraf etməli oldu. Ardıncasa, yenə də Rusiyaya konkret vaxt verildi, həmin müddər ərzində sülh əldə olunmazsa, Rusiyaya və onun iqtisadi-ticari tərəfdaşlarına qarşı “dağıdıcı sanksiyalar tətbiq ediləcəyi bildirildi. Və Kreml bu dəfə də Ağ Evin ümidlərini doğrultmadı, əksinə, daha da aqressivləşərək, Ukraynaya qarşı ağır zərbələr endirməyə üstünlük verdi.

Ona görə də, indi ABŞ və Qərb böyük sınaq qarşısındadır. Çünki Rusiyaya sülh anlaşması üçün verilmiş üçüncü möhlətin də vaxtı artıq sona çatıb. Ağ Ev bəyan edib ki, Rusiyaya və onun tərəfdaşlarına qarşı dağıdıcı sanksiyaların tətbiqi ilə bağlı sənəd artıq ABŞ Konqresinə göndərilib. Əsas məqsəd kimi isə Rusiyanın iqtisadiyyatının tamamilə çökdürülməsi, Kremlin iqtisadi-ticari tərəfdaşlardan məhrum buraxılması göstərilib. Eyni zamanda, Ukraynaya ABŞ istehsalı olan ən müasir hücum silahlarının tədarükünə də artıq başlanılıb. Və həmin silahların dəyərini məhz Avropa Birliyi ödəyəcək.

Göründüyü kimi, ABŞ NATO üzvü olan Avropa Birliyi ölkələri ilə birlikdə Rusiyaya qarşı prinsipial xarakterli radikal addımlar atmağa hazırlaşır. Əgər, həmin addımlar həqiqətən atılarsa, bu, Rusiya üçün fəlakət mərhələsinin başlanğıcına çevrilə bilər. Çünki əksər Qərb ekspertləri hesab edirlər ki, Rusiya ABŞ və NATO ölkələrinin növbəti iqtisadi zərbələrinə tab gətirə bilməz. Böyük ehtimalla Rusiya iqtisadiyyatının çöküşü qaçılmaz olacaq. Və bu, növbəti mərhələdə ümumiyyətlə, Rusiyanın keçmiş SSRİ-nin məlum taleyini yaşayaraq, süquta uğramasına səbəb ola bilər.

Ancaq son hadisələr onu göstərir ki, Kreml ABŞ və NATO üzvü olan Avropa dövlətlərinin Rusiya iqrisadiyyatını çökdürmək niyyətinə seyirçi qalmaq istəmir. Belə ki, Rusiya artıq bu niyyətə sərt reaksiya verib və Polşaya hərbi zərbə endirib. Polşa həm Avropa Birliyinin, həm də NATO-nun tam hüquqlu üzvüdür. Ona görə də, Rusiyanın Polşaya hərbi zərbə endirməsi olduqca təhlükəli addımdır. Çünki NATO Nizamnaməsinin beşinci maddəsinə görə, üzv dövlətlər mütləq Polşaya hərbi dəstək verməyə borcludurlar. Və bu, o deməkdir ki, Rusiya əslində, yalnız Polşaya deyil, həm də NATO-ya hərbi zərbə endirib.

Ona görə də, indi yalnız Polşanın deyil, həm də NATO-nun buna necə reaksiya verəcəyi böyük maraq doğurur. Əgər, Polşaya hərbi zərbələr davamlı xarakter daşıyarsa, bu, NATO və Rusiya arasında savaşa çevrilə bilər. Rusiyanın isə NATO ilə savaşda uzun müddət davam gətirmək şansı o qədər də cəlbedici xarakter daşımır. Bu baxımdan, NATO ilə savaşda məğlubiyyətin artıq qaçılmaz olacağı təqdirdə, Rusiyanın əlindəki sonuncu mexanizmdən – nüvə silahından istifadə edə biləcəyi də qətiyyən istisna deyil. Və Kreml bu barədə bir neçə də xəbərdarlıq etdiyindən, Rusiyanın son aqressiv davranışlarının qlobal nüvə savaşına səbəb ola biləcəyi tamamilə inandırıcı görünür.

Belə anlaşılır ki, ABŞ və NATO ölkələrinin dağıdıcı sanksiyalarına Rusiya iqtisadiyyatının tab gətirə bilməyəcəyini nəzərə alan Kreml bütün dünyanı qlobal savaş və nüvə müharibəsi ilə şantaj etməyə çalışır. Əsas məqsəd ABŞ və NATO ölkələrini Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkindirməkdən ibarətdir. İndi əgər, ABŞ və NATO üzvü olan Avropa ölkələri Rusiyanın bu şantajı qarşısında geri çəkilərlərsə, onda, Kreml özünün tam cəasızlıq şəraitində təhlükəsiz hiss edəcək. Və bu baxımdan, qlobal savaşa bağlı nüvə şantajı ilə Kreml öz beynəlxalq rəqiblərinə Rusiyanın siyasi iradəsini qəbul etdirməyə çalışacaq.

Bütün bunlar onu göstərir ki, ABŞ və NATO dövlətləri indi böyük sınaq qarşısındadır. Rusiyaya qarşı vaxt itirmədən prinsipial addımların atılması Kremli olduqca çətin vəziyyətə sala bilər. Ancaq kollektiv Qərb Rusiyanın qlobal savaş və nüvə müharibəsi şantaşına “girov” düşərsə, onda Kreml bütün dünyada təşəbbüsü ələ keçirtmək imkanları qazana bilər. Və bu halda, Kremlin yalnız Ukrayna ilə kifayətlənməyərək, həm post sovet məkanında, həm də başlanğıcda Şərqi Avropada Rusiyanın neoimperialist sistemini bərpa etmək həvəsinə düşə biləcəyi də qətiyyən istisna deyil.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı