“İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir” - Yenilənib

“Bildiyiniz kimi, Prezident İlham Əliyev avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfər edib. Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri tarixi əhəmiyyətə malikdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında bildirib.
“Belə ki, Vaşqinton razılaşmaları yalnız Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə təsir göstərən tərəfləri ilə yadda qaldı.
Böyük liderləri fərqləndirən ən mühüm cəhətlər onların dövlətçilik təfəkkürü, strateji düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə həyata keçirir və yeni tarixi reallıqlar yaradır. Vaşinqton razılaşmaları da məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı əldə edilmiş razılaşmalar ümumilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir”, - spiker qeyd edib.
S.Qafarovanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir:
“Bu hadisə bütün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır. Vaşinqton razılaşmasının nəticəsi olaraq, Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və Naxçıvan MR-lə maneəsiz bağlantını təmin etmir. O həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş regionda işbirliyi üçün yeni imkanlar yaradır.
Bakı-Tbilisi-Ceyhan, Cənubi Qaz Dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat dəhlizinə önəmli yeniliklər gətirəcək. ABŞ-nin bu məsələdə Azərbaycana dəstəyi bəzi ölkələrin Azərbaycana əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi. Zəngəzur dəhlizinin “Tramp marşrutu” adlandırılması da heç təsadüfi deyil. Bu, bir daha Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız sülh və əməkdaşlığa xidmət etdiyini təsdiq etdi”.
***
Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov qeyd edib ki, Azərbaycanın yeni tarixi yaradılır:
“Biz həmin yeni tarixin səhifələrinin şahidiyik. Bu gün Azərbaycanın həmin tarixi səhifələri İlham Əliyev tərəfindən yaradılmaqdadır. Prezident İlham Əliyev həm də regionun yeni tarixinin yaradılması missiyasını üzərinə götürüb. Vaşinqton görüşü, əldə olunan nailiyyətlər bölgənin və böyük coğrafiyanın yeni tarixinin yaradılmasının göstəriciləridir.
Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və həmin görüşlərdə əldə olunan nailiyyətlərdir. Diplomatiya sahəsində əldə olunan nailiyyətlər daha çox şəxsiyyət və lider amilinə istinad edir. Bu mənada Vaşinqtonda əldə olunan diplomatik qələbənin yeganə müəllifi İlham Əliyevdir. Vaşinqton razılaşması böyük tarixi əhəmiyyətə malikdir. Digər parametr isə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanətin təmin edilməsidir. Bəlkə də bu görüşə qədər Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə şübhə ilə yanaşanlar və əngəl olmaq istəyənlər var idisə, artıq onlar öz fikirlərindən daşınmağa məhkum olacaqlar”.
***
Xüsusi iclasda çıxış edən vitse-spiker Ziyafət Əsgərov deyib ki, Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə səfəri Azərbaycanla ABŞ arasında yeni bir səhifənin başlanğıcını qoyub:
“Bu səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan arasında mühüm sənədlər imzalandı. Ən önəmlisi isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsisi haqqında sülh sazişi layihəsinin paraflanması oldu. Bu sənəd uzun illərdən bəri davam edən qarşıdurmalara son qoyulması və dayanıqlı sülhün bərqərar olması baxımından tarixi addımdır. Saziş layihəsi regionda sülhü təmin edəcək, həmçinin yeni nəqliyyat, iqtisadi imkanların açılmasına şərait yaradacaq. Bu sənəd Azərbaycanın diplomatik qələbəsinin ən vacib göstəricisidir, ərazi bütövlüyümüz, suverenliyimizin beynəlxalq hüquqa əsaslanan qeyd-şərtsiz təsdiqidir”.
***
Deputat Fazil Mustafa fikirlərinə müdriklərin deyimi ilə başlayıb:
“Müdriklərin siyasətlə bağlı bir deyimi var: elə yol izləməlisən ki, geridə qalanlar sənə yetişməyə, irəliyə tələsənlər səni gözləməyə məcbur qalsınlar. İlham Əliyevin liderliyində Azərbaycanın izlədiyi də məhz bu yoldur.
Vaxtilə Avropa Birliyini, onun dəstəyi ilə öz ərazi bütövlüyünü dəstəkləməyə çalışan postsovet ölkələrini yəqin ki, unutmamısınız. Sənədlərdə, münasibətlərdə bizdən irəli getmişdilər. Avropa Şurasının, Avropa Birliyinin, ABŞ Konqresinin qətnamə və qərarlarında Gürcüstanın, Moldovanın , Ukraynanın hər dəfə ərazisinin işğal olunmasından bəhs edən bəndlərdə bu ölkələrə açıqca dəstək verənlər Azərbaycanın işğala məruz qalması faktını yalnız unutmaqla kifayətlənmirdilər, həm də işğalçı Ermənistana avantaj yaratmaq üçün ölkəmizə qarşı bütün qaralayıcı addımlardan istifadə edirdilər. Yekun nə oldu? Onların davamlı olaraq dəstəklədiyi ölkələr heç biri ərazi bütövlüyü problemini həll edə bilmədi. İndi həmin tələsən, şuraya, konqresə, birliyə arxayın olanlar geriyə dönüb öz torpaqlarını öz gücü, iradəsi ilə işğaldan azad etmiş Azərbaycana həsədlə baxırlar ki, necə oldu siz bu problemi postsovet məkanında yeganə ölkə olaraq Avropa Şurasının, Avropa Birliyinin maneələrinə rəğmən çözə bildiniz? Ardınca Avropa Birliyinə, NATO-ya daxil olmaq üçün tələsdilər. Buna görə vizasız gediş-gəliş hədiyyəsini də aldılar”.
F.Mustafanın sözlərinə görə, Azərbaycan yenə də bu qurumlarla optimal müstəqillik məsafəsini saxlamağı bacardı: “İndi sual olunur: bu tələsənlərdən kimisə siyasi və ya hərbi cənnət olaraq təbliğ olunan həmin məkana qəbul etdilərmi? Azərbaycan bu şuraların, bu birliklərin, bu kollektiv təhlükələrin, kollektiv konqreslərin üzərindən uçaraq Minsk qrupunu dəfn etdi, 907-ci düzəliş kimi tanınan 33 illik sanksiyanı çöpə atdırdı, ermənilərin Azərbaycan torpaqları üzərindən böyümə xəyallarını, ümidlərini gorbagor etdi. Nəticə ortadadır. ABŞ kimi dünya gücü ilə Ağ evdə Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu yaradıldı. Eyni zamanda Azərbaycan və Ermənistan arasında birgə Bəyannamə imzalandı, ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflandı. İlham Əliyev həm də erməni xalqına ekosiyasi sağlamlıq və rifah hüdudlarını göstərdi. Prezident İlham Əliyevin dəmir yumruğu və diplomatiyası sayəsində öz siyasi ərazi hüdudlarına qaytarılmış bu dövlətin bundan sonrakı dövrdə hansı yolu gedəcəyini belə səmimi şəkildə izah etdi. Bununla O, həm də faydalı qonşu olmanın modelini göstərmiş oldu”.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı