23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatı sayəsində bu gün Azərbaycan bayrağı bütün ərazilərimizdə əzəmətlə dalğalanmaqdadır
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı.
O zaman Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.
Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Heç kimə sirr deyildi ki, Qarabağın işğalı və bölgədə 30 ildən artıq xunta rejiminin varlığı həmin ərazilərdə hüquqi dövlət quruculuğuna əngəl olub. Xankəndi və digər ərazilərdə mövcud olmuş qeyri-qanuni idarəçilik səbəbindən o torpaqlarda Azərbaycan qanunları işləməyib.
Yəni bütün atributlar, orqanlar hamısı qondarma idi, hətta Ermənistan belə onun müstəqilliyini tanımırdı. Bununla belə, antiterror tədbirlərinə qədər bölgədə saxta erməni polisindən tutmuş pul vahidinə qədər onlara aid olub, Azərbaycanın bu ərazilərində nə manatımız işləyib, nə qanunlarımız, nə seçkilərimiz keçirilib. İki ildir ki, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran və digər ərazilərimizdə hüquqi idarəçilik bərqərar olub. Ona görə də hüquqi dövlət quruculuğu prosesi antiterror tədbirlərindən sonra bu ərazilərə də çatıb.
Bundan əlavə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının Xankəndidə keçirilməsi uzun illər separatizm yuvasına çevrilmiş mühüm hadisə idi. İndiyə qədər Xankəndidə beynəlxalq konfranslar keçirilməmişdi.
Qeyd edək ki, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması məhz 1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”nda öz əksini artıq tapmışdı. İndi isə işğaldan azad edilmiş ərazilərdə dövlət strukturları, o cümlədən də hüquqi təsisatlar ləngimədən formalaşdırılır. Əlbəttə ki, burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə hüquqi dövlət prinsiplərinə əməl olunması üçün müvafiq strukturların qısa zamanda fəaliyyətə başlamasıdır. Yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımız və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə istər səfər edən, istərsə də o torpaqlarda məskunlaşmaq, yaxud sahibkarlıqla məşğul olmaq, iş yerlərinin açılmasında iştirak etmək, xidmət sektorunu canlandırmaq istəyində olanlar ilk növbədə hüquqi təsisatlarla qarşılaşmalıdır. İnsanlardan əvvəl bu ərazilərə ilk növbədə qanun ayaq açmalıdır. Təbii ki, qanunun aliliyinin təmin olunduğu yerdə rifah və rahat yaşayış da olacaq.
İşğaldan azad edilmiş ərazilərdə bütün dövlət strukturları, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları olacaq. Bu istiqamətdə ilk görülən işlərdən biri kimi məhz hüquqi təsisatların formalaşdırılması Azərbaycan dövlətinin qanunun aliliyini üstün tutduğunu göstərir. Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizlədiyi, ərazi bütövlüyümü təmin etdiyi günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb. O deməkdir ki, ərazilər işğaldan azad edildikcə orada artıq hüquqi təsisatlar formalaşırdı.
Baxmayaraq ki, sonrakı dövrdə Azərbaycan ittihamlara məruz qaldı. Müxtəlif beynəlxalq təsisatlar, bəzi Avropa ölkələrinin parlamentləri qətnamələr qəbul etdilər ki, guya Qarabağ ermənilərinin hüquqları pozulub. Lakin Azərbaycan onlara hüquqi dövlətdə yaşamağı təklif etmişdi. Onlar antiterror tədbirlərinə qədər legitimliyi olmayan uydurma “artsax respublikası”nın əski parçası olan “pasportu”nu daşıyırdı. Azərbaycan Ordusu bölgəyə qanuni idarəçilik gətirdi və dinc ermənilərə də vətəndaşımız olmaq çağırışı edildi. Sadəcə, qalmaq istəmədilər və regionu tərk etdilər. Həmin anti-Azərbaycan mərkəzlər isə əsl öz ölkələrində belə bir absurd reallığa dözə bilməzdilər - ölkənin bir hissəsində tamamilə başqa “qanun”lar işləsin.
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa və qanunvericiliyə uyğun addımlar atıb: “Ona görə də heç bir dövlət açıq etiraz edə bilmədi. Fransa, Kanada kimi ölkələr, ABŞ Konqresində bəzi qüvvələr cəfəng bəyanatlar səsləndirdilər, ondan sonra uzağa gedən nəticələr olmadı. Çünki Azərbaycan digər sivil ölkələrin etdiyini həyata keçirmişdi. Məgər Fransada, yaxud Niderlandda qanunsuz silahlı birləşmə yaratmaq, özünün prezidentini, parlamentini seçmək olarmı? Hər bir dövlətin öz qanunları var, suverenliyi toxunulmazdır. Azərbaycanın bir hissəsində isə hüquqi dövlətçilik olmayıb və ordumuz bu problemə son qoyub. Bundan sonra Azərbaycan qanunları, dövlət qurumları Xankəndidə və digər şəhərlərimizdə əbədi işləyəcək. Həmçinin məskunlaşma artdıqca ictimai-siyasi fəaliyyət də olacaq. Yəni siyasi partiyaların, QHT-lərin yerli təşkilatları açıla bilər. Necə ki, digər rayonlarımızda da var”.
Ekspert hesab edir ki, hüquqi dövlət quruculuğu istiqamətində növbəti addımların atılması zəruridir. Onun fikrincə, indi Azərbaycanın hər bir yerində öz qanunları işləyir, növbə anklav kəndlərimizə də çatacaq. R.Məmmədova əlavə edib ki, bu məsələlərdə Ermənistana güzəşt olmamalıdır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı