Əliyev-Putin salamlaşması və Pekin paradı: İlham Əliyev, Mehriban Əliyeva Çində Azərbaycana nə qazandırdı?
Çində keçirilən hərbi paraddan əvvəl Azərbaycan və Rusiya liderləri salamlaşıb; vitse-spiker: “Möhtəşəm paradda iştirakdan millətimiz yalnız qürur duya bilər”
Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib. Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədri Si Cinpin qoşunların baxışını tamamladıqdan sonra parad bölmələri Pekinin Tiananmen meydanında hərəkətə başlayıb. Çinin paytaxtı Pekindəki Tiananmen meydanında keçirilən paradı 24 ölkənin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva izləyib.
Paradda 10 mindən çox insan iştirak edib, yüzlərlə təyyarə və digər hərbi texnika nümayiş olunub. Tamaşaçılar burada Çin istehsalı olan qabaqcıl raket texnologiyaları, tanklar, təyyarələr və pilotsuz sistemləri görə biliblər. Xüsusilə PLA Hərbi Hava Qüvvələri yeni nəsil təyyarələrin bir neçə növünü nümayiş etdirib, onlardan bəziləri ilk dəfə geniş ictimaiyyətə təqdim olunub. Çin ordusu Pekində keçirilən paradda məhvetmə radiusu bütün planeti əhatə edən “DF-5C” strateji qitələrarası nüvə raketini təqdim edib. Parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-31" və "DF-61" təqdim olunub.
Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətləri başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Birinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Pekində olan Azərbaycan Prezidenti İlham Əliyev parad öncəsi iştirakçı dövlət başçıları ilə qeyri-rəsmi söhbətlər aparıb. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti dövlət başçısı həmkarları ilə ünsiyyətdə olarkən binaya Rusiya Prezidenti Vladimir Putin daxil olub. Onlar salamlaşdıqdan sonra digər dövlət başçıları ilə ünsiyyətə davam ediblər.
Qeyd edək ki, paraddan əvvəl Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən dövlət başçılarının görüşməməsi Rusiya və Azərbaycan mediasının diqqətini cəlb edib.
Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, İkinci Dünya müharibəsində Avropada faşist Almaniyası və Uzaq Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı müstəsna rol oynayıb: “1945-ci il sentyabrın 2-də ABŞ-nin Sakit okeandakı "Missuri" xətt gəmisində Yaponiyanın təslim olması haqqında aktın imzalanması ilə İkinci Dünya müharibəsi başa çatıb. Müharibənin sona çatmasının 80 illiyi münasibətilə Pekində keçirilən hərbi paradda cənab Prezidentimiz İlham Əliyevin iştirakı tarixi əhəmiyyət daşımaqla, həm tarixi keçmişə, həm İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlıların ruhuna ehtiramdır, həm də müasir şəraitdə neofaşizmə, neonasizmə və revanşizmə qarşı mübarizədə bərabər olmağın vacibliyini göstərir. Dünya müharibəsində azərbaycanlıların iştirakı və qəhrəmanlığı bir neçə sahədə olub: sovet ordusu sıralarında ön cəbhədə vuruşublar; arxa cəbhədə əmək şücaəti göstərərək cəbhəni isti paltar və ərzaqla təmin ediblər; müharibə motorlar müharibəsi olduğundan Azərbaycan neftlə cəbhəni təchiz edib; işğal altındakı ölkələrdə partizan hərəkatında iştirak ediblər; antifaşist müqavimət hərəkatında igidliklər göstəriblər; SSRİ-nin xarici aləmə çıxışı Azərbaycandan keçərək olub, Azərbaycan nəfəslik rolunu oynayıb; beynəlxalq hava xəttində yalnız Bakı-Tehran hava xətti işləyib; Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi lend-liz sistemi ilə alınan silahlar Azərbaycan ərazisindən keçərək cəbhəyə aparılıb; legioner dəstələrində Hitler Almaniyasına qarşı təxribatçılıq fəaliyyətləri aparılıb, aerodromların tikintisi, texnikanın təmiri yubadılıb və s.; kəlmeyi-şəhadəti öyrədərək yəhudiləri ölümdən xilas ediblər və s."
Musa Qasımlı qeyd edib ki, dünya nəhəngi Çinin paytaxtı Pekində keçirilən möhtəşəm paradda dövlətimizin iştirakı ilə millətimiz yalnız qürur duya bilər.
Dünən, 12:00
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
Dünən, 11:33
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Dünən, 11:28
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
Dünən, 10:58
“Bu, Rusiya ilə müharibə deməkdir”
Dünən, 10:24
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
Dünən, 10:00
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Dünən, 09:42
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
Dünən, 09:15
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
Dünən, 09:00
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dünən, 00:49
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
11-09-2026, 16:00
İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
11-09-2026, 15:30
Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
11-09-2026, 14:22
Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
11-09-2026, 14:00
“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 13:39
ABŞ-İran savaşı BU TARİXDƏ bitir
11-09-2026, 13:38
Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
11-09-2026, 13:35
Prezidentə müraciət etdilər
11-09-2026, 13:16
Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
11-09-2026, 12:00
Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 11:06
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
11-09-2026, 11:02
Dövlət bağçalarında yerlərin sayı artırılıb
11-09-2026, 10:59
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
11-09-2026, 10:27
İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
11-09-2026, 10:23
Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
11-09-2026, 10:15
Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...