İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı
Siyaset
Oxunub: 1 147
15 mar 2016 | 21:00
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdıPrezidentlər Esenboğa hava limanına eyni maşında gediblər.

20:52 / Prezidentin səfəri başa çatdı

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi hava limanına gələrək yola salıb.
Belə ki, Əliyev və Ərdoğan Prezident sarayından Esenboğa hava limanına eyni maşında gediblər. Ərdoğan Azərbaycan prezidentini təyyarəyə qədər müşaiyət edərək həmkarının jestinə festlə qarşılıq verib.
Ərdoğan Əliyevin təyyarəsi havaya qalxana qədər gözləyib.

19:53 / 2 ölkə arasında 6 sənəd imzalanıb

Martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı
ANS PRESS-in məlumatına görə, imzalanan sənədlər aşağıdakılardır.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzaladılar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzaladılar.
17:15 / Türkiyə və Azərbaycan prezidentləri ay sonunda yenə görüşəcək

“Önümüzdəki günlərdə də hörmətli Əliyev ilə görüşləri davam etdirəcəyik. Bu ay sonunda Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində bir araya gələcəyik”.

R.T.Ərdoğan Azərbaycan Prezidentinin İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə də dəvət olunduğunu vurğulayıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

17:05 / Ərdoğan Azərbaycana gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək. Bu barədə Türkiyənin dövlət başçısı İlham Əliyevlə birlikdə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Konfrans aprelin 25-27-də baş tutacaq.

Prezidentlərin mətbuat konfransından öncə iki ölkə arasında 6 sənəd imzalanıb.
16:07 / "Biz bu gün türk xalqının yanındayıq"

"Biz bu gün türk xalqının yanındayıq. Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq." ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.
İlham Əliyev Türkiyədə

"Biz əminik ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, türk xalqını sarsıda, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Türkiyə və Azərbaycan birlik, dayanıqlıq göstərir. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında ən yaxın olan dövlətlərdir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün sənədlərin imzalanması, danışıqlar bir daha bunu sübut edir. Türkiyənin dünyadakı rolu, mövqeyi möhkəmlənir.
Türkiyə nə qədər güclü olsa, biz də bir o qədər güclü olacağıq. Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin ədalətli həllinin tərəfdarı olub. Bu dəstək bu gün də göstərilir. Türkiyənin bizə göstərdiyi dəstək çox önəmlidir".
İ.Əliyev deyib ki, Azərbaycan və Türkiyə arasında olan əlaqələr bütün sahələri əhatə edir. Onun sözlərinə görə, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. "Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Türk xalqına səadət, əmin əmanlıq, yeni qələbələr arzu edirəm".
"Biz əslində bu toplantını Bakıda keçirəcəkdik. Amma terrorla əlaqədar bu olmadı. Sağ olsun, qardaşım İlham Əliyev, dedi, biz gələk, bu toplantını Ankarada edək". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı ilə birlikdə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Azərbaycan milləti qara gün dostu olduğunu bu səfərlə bir daha göstərdi. "Bir daha təşəkkür edirəm. Burada verilən mesajın əslində hər kəs tərəfindən diqqətlə oxunmasını arzu edirəm.
Ankarada baş verən hadisə terror təşkilatının alçaq üzünü bir daha göstərdi. Hədəfi millətin arasına qorxu salmaqdır. Amma bunu əsla bacara bilməyəcəklər. Terroru maşa olaraq istifadə edənlər Türkiyəni əsla diz çökdürə bilməyəcəklər. Tam əksinə, özləri diz çökəcəklər".
Ərdoğan başda İ. Əliyev olmaqla bütün azərbaycanlı qardaşlara təşəkkür edib. Onun sözlərinə görə, Türkiyə başda Qarabağ məsələsi olmaqla azərbaycanlı qardaşlarının yanında olub və olmaqda davam edəcək.
Türkiyənin dövlət başçısı deyib ki, müstəqilliyini qazandığı 25 ildə Azərbaycanın ortaya qoyduğu uğura görə türkiyəli qardaşları olaraq daima alqışlayıblar. Onun sözlərinə görə, Türkiyənin Azərbaycan ilə birlikdə həyata keçirilən ən böyük layihəsi TANAP-dır. “Bu layihə üzərində işlər sürətlə davam edir. Hətta layihəni nəzərdə tutulan vaxtdan öncə bitirməyə çalışırıq. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi də öncəlik verilən layihələrdəndir. Londondan Pekinə qədər dəmiryolu nəqliyyatını təmin edəcək bu layihəni İnşaaAllah dekabr ayında birlikdə açacağıq”.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib