Zəngəzur dəhlizi artıq “Çin səddi”ni də aşdı: Cənubi Qafqazın geopolitik xəritəsi dəyişir
Siyaset
Oxunub: 141
3 sen 2025 | 09:00
Zəngəzur dəhlizi artıq “Çin səddi”ni də aşdı: Cənubi Qafqazın geopolitik xəritəsi dəyişir


Zəngəzur dəhlizi artıq sadəcə, Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil, bu geoiqtisadi layihə Avrasiyanın böyük oyunçularını bir araya gətirən yeni “geopolitik düyünə” çevrilməyə başlayıb... Azərbaycan və Türkiyə üçün Zəngəzur dəhlizi strateji üstünlüklər, eləcə də regional liderlik imkanları açır, bundan sonra Cənubi Qafqazın geopolitik xəritəsinin indikindən ciddi şəkildə fərqlənəcəyi artıq qətiyyən şübhə doğurmur...
Cənubi Qafqazın bəzi qlobal əhəmiyyətli regional mövzuları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən son sammitində gündəmə gətirilib. Belə ki, Çinin Tiencin şəhərində keçirilən “ŞƏT +” formatlı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı diqqət mərkəzində oldu. Prezident İlham Əliyev son iki ildə Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulamaqla yanaşı, Zəngəzur dəhlizinin yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıdığını açıq şəkildə ifadə edib. Azərbaycan lideri bildirib ki, bu önəmli marşrut həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək və regionun bütün qonşularına fayda gətirəcək.

Azərbaycan liderinin çıxışının məzmunu onu göstərir ki, rəsmi Bakı Zəngəzur dəhlizinə sırf iqtisadi marşrut kimi yox, Avrasiya məkanının strateji inteqrasiya xətti kimi baxır. Bu isə Azərbaycanın logistika qovşağı rolunun daha da möhkəmlənəcəyinə qətiyyən hər hansı şübhə yeri buraxmır. Eyni sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan da Zəngəzur dəhlizi ilə bağlı mövzuya toxunmaq məcburiyyətində qalıb. Erməni baş nazir bildirib ki, hazırda ölkələr arasında ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanan nəqliyyat əlaqələrinin açılması müzakirə olunur. Və bu, faktiki olaraq, Ermənistanın da regional tranzit marşrutlarının işə salınmasına razı olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlara paralel olaraq, baş nazir Nikol Paşinyanın Vaşinqtonda əldə edilən razılaşmalara istinad edərək, ABŞ-la yeni nəqliyyat-kommunikasiya proqramından danışmasıda maraqlı mesaj sayılır. Belə ki, erməni baş nazir “Beynəlxalq sülh və rifaha doğru Tramp yolu” adlı investisiya təşəbbüsündən danışmaqla, rəsmi İrəvanın bu prosesi yalnız Azəırbaycan və Türkiyə ilə deyil, həm də Qərb siyasi dairələri ilə də balanslaşdırmaq niyyətini biruzə vermiş oldu. Və üstəlik, bu məsələ ilə bağlı Rusiya-İran tandeminin maraqlarını nəzərə almağa həvəsli olmadığını sezdirərək, Cənubi Qafqazda geopolitik qarşıdurmanın dərinləşə biləcəyini sezdirdi.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan liderlərinin Zəngəzur dəhlizinin açılmasına yönəlik mesajları Türkiyənin tam dəstəyini qazanmış kimi görünür. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə birmənalı yanaşdığını qətiyyən gizlətmədi. Türkiyə lideri hesab edir ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaza sülh və sabitlik gətirəcək. Yeni sərhəd-keçid məntəqələrinin və marşrutların işə düşməsi isə ticarətə və iqtisadi əməkdaşlığa güclü təkan verəcək. Prezident Rəcəb Tayyib Ərdoğan eyni zamanda, açıq şəkildə göstərdi ki, rəsmi Ankara Zəngəzur dəhlizi ilə bağlı layihəni yalnız iqtisadi fürsət deyil, həm də Türkiyə-Azərbaycan strateji əməkdaşlığının təməl prioritetləri sırasında hesab edir.

Digər tərəfdən, Azərbaycanın ŞƏT çərçivəsində Çinin təşəbbüslərinə – Qlobal İnkişaf, Təhlükəsizlik və Sivilizasiya proqramlarına verdiyi dəstək rəsmi Pekin üçün Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artırır. Çünki rəsmi Pekin hesab edir ki, Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün mühüm tərkib hissəsi olmaq potensialına malidir. Belə ki, Zəngəzur dəhlizi Çinə həm Orta Asiya üzərindən Avropaya daha qısa iqtisadi-ticari “pəncərə” perspektivi açır, həm də Rusiyadan yan keçən alternativ marşrut şansı yaradır. Və bütün bunlar Cənubi Qafqazı dünya nəhəngləri sırasında yer alan Çin üçün strateji regiona çevirir.

Onu da qeyd etmək lazımdır ki, Çindən fərqli olaraq, Rusiya və İranın Zəngəzur dəhlizinə yönəlik ziddiyyətli mövqeləri hələ də dəyişməz qalır. Belə ki, Kremldə Zəngəzur dəhlizi Rusiya üçün həm yeni imkan, həm də risk qaynağı hesab olunur. Belə ki, bir tərəfdən, Zəngəzur dəhlizi Şimal-Cənub xəttinə bağlandıqda, Rusiyanın Hind okeanına çıxışını sürətləndirə bilər. Digər tərəfdənsə, bu marşrut işə salındıqdan sonra Rusiyanın Ermənistan üzərindəki təsirini zəiflətmək, rəsmi İrəvanın Qərbə, hətta Çinə inteqrasiyasını belə, gücləndirmək potensialına malikdir.

Təbii ki, İran da Zəngəzur dəhlizinə münasibətdə təxminən Rusiya ilə oxşar dilemma ilə üz-üzə qalmış kimi görünür. Belə ki, İran uzun illər ərzində yerləşdiyi regionun tranzit mərkəzlərindən biri kimi çıxış edir. Ancaq Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra isə İran tranzit marşrutlarından kənarda qala bilər. Halbuki, eyni zamanda, Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizi ilə sinxronlaşdırılarsa, onda İranın bundan genişmiqyaslı geoiqtisadi qazanc əldə edə biləyi qətiyyən istisna deyil. Və bu baxımdan, həm Rusiya, həm də İran hazırda öz ənənəvi mövqelərinin girovuna çevrilməklə yanaşı, həm də müəyyən mənada, tərəddüdlər içərisindədir.

Təbii ki, Zəngəzur dəhlizinin Cənubi Qafqaz üçün kifayət qədər ciddi geopolitik nəticələrinin ola biləcəyi də qətiyyən istisna deyil. Belə ki, Zəngəzur dəhlizi ətrafında yaranan situasiya Azərbaycan-Türkiyə İttifaqının regional tranzit və logistika mərkəzinə çevrilmək üzrə olduğunu göstərir. Ermənistan isə Avrasiya layihələrinə inteqrasiya, yoxsa Qərbin dəstəyi ilə alternativ nəqliyyat-kommunikasiya platformaları arasında seçim etməli olacaq. Çin Zəngəzur dəhlizi sayəsində Avrasiyada yeni strateji marşruta çıxış əldə edəcək. Rusiya və İran isə hazırda həm maliyyə-iqtisadi fayda, həm də nəzarət itkisi riski ilə üzləşmiş kimi görünürlər.

Belə anlaşılır ki, Zəngəzur dəhlizi artıq sadəcə, Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil. Bu dəhliz Avrasiyanın böyük oyunçularını bir araya gətirən yeni geopolitik düyünə çevrilməyə başlayıb. Azərbaycan və Türkiyə üçün Zəngəzur dəhlizi strateji üstünlüklər, eləcə də regional liderlik imkanları yaradır. Və Zəngəzur dəhlizi açıldıqdan sonra Cənubi Qafqazın geopolitik xəritəsinin indikindən ciddi şəkildə fərqlənəcəyi də artıq qətiyyən şübhə doğurmur.
Bu gün, 09:40
Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib
Bu gün, 09:36
Bakıda moped divara çırpıldı, sürücü öldü
Bu gün, 09:30
İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
Bu gün, 09:27
Avtobusdakı görüntüləri gündəm oldu
Bu gün, 09:23
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Bu gün, 09:00
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
14-03-2026, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
14-03-2026, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var