Azərbaycan Minsk Qrupunu birdəfəlik dəfn etdi: Ancaq Rusiya yeni “Qafqaz yürüşü” planı qurur

Cənubi Qafqazda bir tərəfdən, Azərbaycan-Ermənistan sülh prosesi beynəlxalq dəstək qazanaraq, irəliləyir, rəsmi Bakı həm Qərb, həm də Şərq platformalarında aparıcı geopolitik iradə mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir... Digər tərəfdən isə Ermənistandakı siyasi böhran regiondakı sabitlik perspektivini kövrəkləşdirir, erməni kilsəsinin Paşinyan hakimiyyəti ilə qarşıdurması Rusiyanın maraqlarına uyğun yeni mexanizmə çevrilir...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda yeni siyasi mərhələnin ilkin əlamətləri artıq müşahidə olunmağa başlayıb. Belə ki, uzun onilliklərdən sonra bu regionda sülh gündəliyi avanqard prioritet olaraq, ön plana keçməkdədir. Ancaq bu yeni situasiya və sülh gündəliyi regiona qonşu iki dövlətin Rusiya və İranın geopolitik maraqlarına qətiyyən uyğun gəlmir. Ona görə də, həm Kreml, həm də rəsmi Tehran kənardan kobud müdaxilə ilə regional sabitliyə aparan bu önəmli prosesi pozmağa çalışır. Və bu baxımdan, Cənubi Qafqazın gələcək taleyi böyük ölçüdə region ölkələrinin kənar təsirlərə duruş gəritmək imkanlarından asılı olacaq.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülh prosesinin inkişafı üçün ortaq fəaliyyətə yönəlik ünsiyyət imkanlarını artıq dəfələrlə sınaqdan çıxarıblar. Bu baxımdan, Çinin ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti də Cənubi Qafqaz üçün diqqətçəkici hadisələrlə yadda qaldı. Belə ki, bu sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş regionda sülh gündəliyinin aktuallığını bir daha təsdiqlədi.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan liderləri konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin önəmini vurğulayaraq, bu iki ölkə arasında keçirilmiş Vaşinqton sammitindən sonra əldə edilən müsbət dinamikanı xüsusi olaraq, qeyd ediblər. Buna paralel olaraq, ATƏT-in Minsk Qrupunun ləğv olunması isə postmünaqişə dövrünün yeni siyasi-diplomatik reallığını birmənalı şəkildə təsdiqləmiş oldu. Ancaq Ermənistan daxilində erməni kilsəsi və Paşinyan hakimiyyəti arasındakı qarşıdurma, eləcə də, rəsmi İrəvanın Rusiya ilə münasibətlərindəki gərginlik Cənubi Qafqazda sabitliyin hələ çox kövrək olduğunu da göstərir.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın ŞƏT kuluarlarında baş tutan görüşü təsadüfi bir təmasdan daha çox, yeni geosiyasi balansın göstəricisi kimi qiymətləndirilir. Əgər, bir müddət öncə sülh prosesi əsasən Qərb platformaları – ABŞ və Avropa Birliyi çərçivəsində aparılırdısa, bu dəfə Şərq mərkəzli siyasi təşkilatda dialoqun davam etdirilməsi Azərbaycan və Ermənistanın çoxvektorlu diplomatiya aparmağa çalışdığını göstərir. Azərbaycan üçün bu, sülh gündəliyinin beynəlxalq legitimliyinin möhkəmlənməsi deməkdir. Ermənistan isə ABŞ ilə paralel olaraq, Rusiya və Çin kimi dövlətlərlə də münasibətlərini balanslaşdırmağa çalışır.
Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesi artıq pozitiv məntiqi sonluğa böyük sürətlə yazınlaşır. Belə ki, ATƏT-in Nazirlər Şurasının Minsk Qrupunu və onunla bağlı strukturları ləğv etməsi ilə Qarabağ münaqişəsinin beynəlxalq hüquqi-siyasi formatda son qalıqları da artıq aradan qalxmış oldu. Yəni, Cənubi Qafqazda Qarabağ münaqişəsinin sona çatdığı beynəlxalq səviyyədə də təsdiqləndi. Azərbaycan üçün bu, uzun onilliklər boyu yürüdülmüş məqsədyüönlü siyasi-diplomatik fəaliyyətin qələbə ilə yekunlaşmasının təsdiqidir, çünki vaxtilə Rusiyanın formalaşdırdığı status-kvonun dirçəldilməsi artıq mümkün deyil.
Ancaq Ermənistan üçün bu, əslində, ənənəvi və uydurma narrativlər üzərindən manevrlər etmək imkanlarının ciddi şəkildə məhdudlaşması deməkdir. Rəsmi İrəvan onilliklər boyu Minsk Qrupundan Ermənistanın maraqları çərçivəsində yararlanmağa çalışırdı, ancaq indi bu “məkrli oyunlar”la bağlı yol artıq tamamilə bağlanıb. ABŞ və Qərb üçün də yeni mərhələ başlanır, çünki vasitəçilik formatı bundan sonra artıq Vaşinqton xətti üzərində qurulur. Beləliklə, Minsk Qrupunun ləğvindən sonra Cənubi Qafqazda siyasi-diplomatik təsir mexanizmləri uğrunda əsas mübarizənin məhz Rusiya və Qərb arasında gedəcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Rusiya Ermənistan üzərində təsir mexanizmlərinin bəzilərini hələ də qoruyub, saxlamağa nail olub. Belə ki, Ermənistandakı Rusiya hərbi bazaları, ölkəyə ABŞ və Avropa Birliyini yerləşdirməyə çalışan rəsmi İrəvan üçün kifayət qədər ciddi problemdir. Digər tərəfdən, Rusiya kəşfiyyatına bağlı erməni casus şəbəkəsi də faəliyyətini davam etdirir. Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Kreml bu casus şəbəkəsindən Paşinyan hakimiyyətini devirmək üçün yararlanmaq niyyətində olduğunu biruzə verir.
Hətta baş nazir Nikol Paşinyan ŞƏT çərçivəsində prezident Vladimir Putin ilə görüşərkən, erməni kilsəsinin rəhbərliyi Rusiya yönlü siyasi qüvvələrlə görüşərək, hakimiyyət çevrilişini müzakirə etməsi Ermənistanda daxili parçalanmanın daha da dərinləşdiyini göstərir. Erməni kilsəsi ənənəvi casusluq fəaliyyəti çərçivəsində Kreml ilə yaxınlığı qoruyur və Rusiya yönlü radikal-revanşist qüvvələrin əsas dayağına çevrilib.
Paşinyan hakimiyyəti isə Qərbə inteqrasiyanı prioritetləşdirərək, Ermənistanı yeni istiqamətə aparmaq istəyir. Bu ziddiyyət, faktiki olaraq, daxili siyasi mübarizəni dini-ideoloji çalarlarla daha da mürəkkəbləşdirir. Ona görə də, Rusiya üçün erməni kilsə Ermənistan daxilində qarışıqlıq yaratmaq imkanlarını qorumaq üçün əlverişli “alət”dir. Və bu baxımdan, hazırda Paşinyan hakimiyyətinə qarşı “dini-ideoloji təhdid” metodu Kremlin “hərbi-siyasi təzyiqlər paketi”nə artıq əlavə olunmuş kimi görünür.
Bütün bunları nəzərə aldıqda, Qərbə inteqrasiya siyasəti yürüdən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan baş nazir Nikol Paşinyanın ŞƏT sammiti çərçivəsində prezident Vladimir Putin ilə görüşü rəsmi İrəvanın Rusiyanı Ermənistana qarşı tamamilə düşmənə çevirməkdən çəkindiyini də göstərir. Erməni baş nazir üçün bu görüş həm Rusiya tərəfindən gələn daxili təzyiqləri yumşaltmaq, həm də Ermənistanın tamamilə Qərbə yönəldiyi görüntüsünü balanslaşdırmaq məqsədi daşıyır. Ancaq Kremlin strateji yanaşmasının dəyişə biləcəyi qətiyyən inandırıcı görünmür. Belə ki, Kreml Ermənistanı Qərbə inteqrasiyadan çəkindirmək üçün erməni casus şəbəkəsindən – erməni kilsəsi və Rusiya yönlü siyasi qüvvələrdən daha aktiv istifadə edəcəyi istisn deyil. Və bu isə baş nazir Nikol Paşinyan üçün növbəti parlament seçkiləri ərəfəsində ciddi riskdir.
Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda hazırda iki paralel prosesin getdiyi ortaya çıxmış olur. Bir tərəfdən, Azərbaycan-Ermənistan sülh prosesi beynəlxalq dəstək qazanaraq, irəliləyir. Rəsmi Bakı həm Qərb, həm də Şərq platformalarında aparıcı geopolitik iradə mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir. Digər tərəfdən isə Ermənistandakı siyasi böhran regiondakı sabitlik perspektivini kövrəkləşdirir. Erməni kilsəsinin Paşinyan hakimiyyəti ilə qarşıdurması Rusiyanın maraqlarına uyğun yeni mexanizmə çevrilir.
Belə anlaşılır ki, Cənubi Qafqazın gələcək taleyi artıq yalnız Azərbaycan və Ermənistan arasındakı birbaşa dialoqa deyil, həm də Paşinyan hakimiyyətinin ölkə daxilində yaratmaq məcburiyyətində olduğu siyasi balansa da bağlıdır. Çünki hazırda Paşinyan hakimiyyətinin qarşısında olduqca çətin seçim dayanır. Belə ki, rəsmi İrəvan indi ya Ermənistanda daxili təzyiqləri dəf edərək, sülh gündəliyini davamında israrlı davranmalıdır, ya da Rusiya yönlü siyasi qüvvələrin revanşist planlarına təslim olmalıdır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı