Türkmənistan əmin əllərdədir

Azərbaycanla Türkmənistan dost və qardaş ölkələrdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.
Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun respublikamıza səfəri baş tutdu. Uğurla keçən səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov aktual müzakirələr aparmaqla yanaşı, bir sıra tədbirlərə də qatıldı. Ən yaddaqalan məqamlardan biri isə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad olunmuş Qarabağa səfəri oldu. Prezident İlham Əliyevin Türkmənistana səfəri isə qarşılıqlı əlaqələrimizdə yeni səhifə açır.
Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir. Mühüm amillərdən biri isə dövlətimizin başçısının səfəri zamanı Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Görüşdə Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizin başçısı Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədinin əhəmiyyətini qeyd edərək bildirib: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar.” Bu sözlər regional əməkdaşlığın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi əsaslarını vurğulayır.
Qardaş türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək vermələri də çox qürurvericidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev vurğuladı ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında ölkəmizdə səfərdə olarkən Füzuli şəhərində Türkmənistanın hədiyyəsi kimi məscid tikilməsini təklif edib. Hazırda həmin məscidin tikilməsi üçün müvafiq işlər aparılır. Məlumdur ki, postmüharibə dövründə dost dövlətlər, xüsusilə də türkdilli ölkələr bizimlə bir yerdədirlər. Qardaş Türkiyə elə ilk vaxtlardan bir sıra layihələrin icrasına fəal şəkildə qoşulub. Qarabağda aparılan quruculuq işlərinə Qırğızıstan Respublikası da öz töhfəsini verib. Belə ki, cari il iyulun 3-də Azərbaycanın Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda dost ölkənin vəsaiti ilə inşa olunan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər. Bütün bunların fonunda Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi türk dövlətlərinin və xalqlarının Azərbaycan xalqı ilə həmrəyliyinin göstəricisidir. Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və qarşılıqlı münasibətlərimizin inkişafında yeni mərhələnin əsasını qoyacaq.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı